Rusiyaya çağırış: Vəziyyəti süni şəkildə gərginləşdirən addımlardan və bəyanatlardan çəkinin!
04.07.2025 [09:41]
Yekaterinburqda baş verən hadisə milli və insani dəyərlərə hörmətsizliyin göstəricisidir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin qanunsuz əməliyyatları nəticəsində günahsız insanlara qarşı həddən artıq güc tətbiq edilməsi, onların həyatına son qoyulması, xəsarət alması və azərbaycanlıların kütləvi şəkildə hədəfə çevrilməsi müasir dövrün prinsipləri ilə heç cür uzlaşmır. Beynəlxalq hüquq və bəşəri dəyərlər milliyyətindən, dilindən, dinindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasını tələb edir və bu kimi hallara haqq qazandırmaq mümkün deyil.
Milli ayrı-seçkiliyin bariz nümunəsi
Əslində, Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrı-seçkiliyin bariz nümunələridir. Yekaterinburq hadisəsi isə prosesin idarə olunduğunu aydın göstərir. Rusiyada digər xalqlara qarşı şovinist əhval, ruhiyyə hökm sürür, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya Rusiyaya gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir.
Yekaterinburqda baş verənlər ayrı bir hadisə kimi qiymətləndirilə bilməz. 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması, Azərbaycan rəsmilərinin əsassız şəkildə deportasiyası kimi hadisələr xalqımıza və onun hüquqlarına münasibətlə bağlı ciddi narahatlıq doğuran ardıcıllığı təşkil edir. Xüsusilə son aylarda Rusiya mediasında Azərbaycana qarşı aparılan təxribat xarakterli təbliğat narahatlıq üçün əsas yaradır. Eləcə də, Azərbaycan sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması kimi ağır insidentlərlə bağlı indiyədək lazımi tədbirlərin görülməməsi, günahkarların cəzalandırılmaması bu hadisələrin məqsədli xarakter daşıdığına dair narahatlığı daha da gücləndirir. Bu əməllər beynəlxalq hüquqa, qonşuluq prinsiplərinə və ümumbəşəri dəyərlərə tam ziddir.
Rusiya özünü müttəfiq hesab edirsə...
Belə yanaşmalar, həm də Rusiyanın müttəfiqlik prinsiplərindən tamamilə uzaq olduğunu göstərir. Əgər həqiqətən, Rusiya özünü Azərbaycana müttəfiq hesab edirsə, bu prinsiplərə uyğun addım atmalı, azərbaycanlılara qarşı zorakılıq hallarına son qoymalıdır. Eyni zamanda, Yekaterinburqda törədilmiş zorakılığa görə ədalətli mövqe sərgilənməlidir. Lakin ölkəmizin bu çağırışlarına rəğmən, Rusiya tərəfindən qeyri-konstruktiv bəyanatlar səsləndirilir. Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibinin və ölkəmizdəki səfirliyinin 2 iyul tarixli bəyanatları da bunun göstəricisidir. Həmin bəyanatlarda guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Moskvanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddia olunur.
Azərbaycan XİN iddiaları təkzib edib
Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu iddiaları əsassız hesab edir. Məsələ ilə bağlı nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkəmizdə qanunsuz fəaliyyət göstərən “Sputnik-Azərbaycan” filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb. Konsulluq dəstəyi məsələsinə gəldikdə, Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub. Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur.
A.Hacızadənin sözlərinə görə, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimailəşdirərək siyasiləşdirməyib: “Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09

