Milli Məclisin iclasında...
22.06.2025 [10:57]
Naxçıvan MR Konstitusiyasına dəyişikliklər edilir
İyunun 21-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 16 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova 17-18 iyunda Bakıda Milli Məclisin ev sahibliyi ilə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) tədbirləri barədə məlumat verib. Onun sözlərinə görə, ötən yarım il ərzində bu beynəlxalq təşkilata Azərbaycan parlamenti sədrlik edib.
Bakı QDƏT PA-nın tədbirlərinə uğurla ev sahibliyi etdi
Qeyd edilib ki, iyunun 17-də Parlament Assambleyasının 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirildi. Təşkilatın ötən dövr ərzində fəaliyyəti və digər məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. “İyunun 18-də Milli Məclisin sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası keçirildi. Qeyd edim ki, tədbirdə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nəfərə qədər təmsilçisi iştirak etdi. Toplantıda “Qara dəniz iqtisadi əməkdaşlıq regionunda intellektual və dayanıqlı nəqliyyat infrastrukturu vasitəsi ilə əlaqələrin möhkəmləndirilməsi və çevikliyin artırılması” mövzusu ətrafında müzakirələr aparıldı”,-deyən S.Qafarova tədbirdəki çıxışında Azərbaycanın təşəbbüsü ilə transmilli enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat infrastrukturunun inkişafı sahəsində görülmüş işlərin əhəmiyyətini vurğuladığını diqqətə çatdırıb. Eyni zamanda, bildirilib ki, Azərbaycan bu gün həm müasir çağırışların öhdəsindən gələn, həm də regional və qlobal gündəmi fəal şəkildə formalaşdıran, sülh, inkişaf və bərabər hüquqlu əməkdaşlığı müdafiə və təşviq edən dövlətdir.
Spiker deyib ki, tədbirin iştirakçısı olan xarici ölkə parlamentlərinin təmsilçiləri Füzuli rayonunu, Şuşa və Xankəndi şəhərlərini ziyarət ediblər: “Düşünürəm ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə törədilmiş dağıntılar, eləcə də azad edilmiş torpaqlarımızda həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri ilə tanışlıq ölkəmiz barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir”.
Sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası və müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir, habelə vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır. Müzakirələrdən sonra sənəd qəbul olunub.
Sonra Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Dəyişikliyə əsasən, mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir, miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi proseduru təkmilləşdirilir, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, həmçinin, müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” də təsdiq olunub. Sazişə əsasən Azərbaycan ilə Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir. Bu saziş bu il martın 12-də Bakı şəhərində imzalanıb.
Naxçıvan MR Konstitusiyasında nəzərdə tutulan dəyişikliklər...
Millət vəkilləri, həmçinin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa dəyişiklikləri (birinci oxunuş) müzakirə ediblər. Sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq. Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan MR ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır. Bu orqana rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir
İclasda, “Müdafiə haqqında” qanuna (birinci oxunuş) dəyişikliklər də müzakirə olunub. Layihəyə əsasən, ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir. Sənəddə qeyd olunur ki, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək. Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatının təhlili dövlətimizin ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə zərurət olduğunu göstərib: “Təqdim edilən qanun layihəsinə əsasən ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir və həmin Əsasnamə dövlət başçısı tərəfindən müvafiq normativ hüquqi aktla təsdiq olunur. Qanunvericilik təşəbbüsü hüququ qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilən və dövlətimizin müdafiəsinin təşkilinin hüquqi əsaslarını daha da təkmilləşdirən bu mühüm qanun layihəsi komitəmizdə də müzakirə olunub və Milli Məclisin iclasına tövsiyə edilib”.
Müzakirələrdən sonra sənəd qəbul olunub.
Deputatlar Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə də qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarının müəyyən edilməsini nəzərdə tutur.
Qeyd edək ki, millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46
