Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilib
19.06.2025 [10:34]
Azərbaycan təşkilata sədrliyi Bolqarıstana təhvil verib
İyunun 18-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçirilib. Milli Məclisin spikeri, QDİƏT PA-nın sədri Sahibə Qafarova qonaqları salamlayaraq deyib ki, belə görüşlər xalqların bir-birinə daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir.
O, Azərbaycanın dövlət səviyyəsində dialoqa, dinc birgə yaşayışa və beynəlxalq əməkdaşlığa hər zaman böyük əhəmiyyət verdiyini bildirib. Onun sözlərinə görə, bu gün Bakı, ideyaların yarandığı, təcrübə mübadiləsinin aparıldığı, birlikdə regionumuzu yaxşılığa doğru dəyişə biləcək həll yollarının axtarıldığı yerə çevrilir.
Sahibə Qafarova: QDİƏT-in regionumuzdakı rolu unikaldır
Spiker qeyd edib ki, QDİƏT-in regionumuzdakı rolu həqiqətən unikaldır. Bu təşkilat Balkanlardan Qafqaza, Qara dənizdən Xəzər dənizinə qədər ölkələri birləşdirir. Onun sözlərinə görə, bu təkcə coğrafiya deyil. Bizi ümumi tarix, mədəniyyət, iqtisadi maraqlar, ən əsası isə sülh və inkişafa olan ümumi arzu birləşdirir.
Baş Assambleya çərçivəsində keçirilən müzakirələrin mühüm prinsiplərə - demokratiyaya, qarşılıqlı hörmət və etimada əsaslanacağına inamını ifadə edən S.Qafarova deyib ki, qərarların söz olaraq qalmaması üçün lazımi işlər görülməli, konkret addımlar atılmalı, insanların həyatını dəyişəcək real təşəbbüslər irəli sürülməli, dialoq siyasətə, siyasət isə real fəaliyyətə çevrilməlidir. Azərbaycan parlamentinin spikeri parlamentlər arasında əməkdaşlığın gücləndiriliməsinin, davamlı inkişafa töhfə verəcək qanunvericilik aktlarının uyğunlaşdırılmasının təşviq edilməsinin və qanunun aliliyinin gücləndirilməsinin vacibliyini ifadə edib. Vurğulanıb ki, sözdən konkret səmərəli, şəffaf və uzunmüddətli əməkdaşlıq mexanizmlərinə keçilməli, davamlı inkişafa xüsusi diqqət yetirilməlidir.
Baş Assambleya iştirakçılarının tədbir çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcəklərini bildirən Milli Məclisin sədri deyib ki, qonaqlar həmin ərazilərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalının dağıdıcı nəticələrini ilk baxışdan görə biləcəklər. Eyni zamanda, onlar bu ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin də şahidi olacaqlar.
“Yalnız regional deyil, beynəlxalq əməkdaşlığın inkişafına da töhfə verməliyik”
Qeyd edək ki, toplantıda QDİƏT PA-ya sədrliyin Azərbaycandan Bolqarıstana keçməsi barədə qərar qəbul olunub. Bolqarıstan Milli Assambleyasının prezidenti Nataliya Kiselova deyib ki, ölkəsi iyulun 1-dən növbəti 6 ay ərzində sədrliyi öz üzərinə götürəcək: “Biz sədrliyimiz dövründə böhranların idarə edilməsinə, beynəlxalq əməkdaşlığa diqqət edərək regional əməkdaşlığa töhfə vermək əzmindəyik. Bolqarıstan beynəlxalq inkişafa yönəlmiş məqsədyönlü addımları həyata keçirməyə çalışacaq. Bütün üzvləri bu ilin noyabrında Sofiyada keçiriləcək payız sessiyasına dəvət edirəm”. Onun sözlərinə görə, QDİƏT PA-nın bu tədbiri regionda iqtisadi əlaqələrin möhkəmləndirilməsi və səmərəli parlamentlərarası dialoqun təşviqi istiqamətində atılan növbəti əhəmiyyətli addımdır: “Bolqarıstan inanır ki, Qara dəniz regionu ölkələri üçün davamlı inkişaf və rifah yalnız iqtisadi əməkdaşlıq gücləndirilməklə təmin edilə bilər. Bu fundamental prinsip bizim ortaq hədəfimiz olaraq qalmalıdır. Xüsusilə də müasir dövrün dinamik qlobal dəyişiklikləri, hərbi münaqişələr və müxtəlif böhranlar fonunda. Ona görə də biz bu strategiyanın mərkəzinə mehriban qonşuluq münasibətlərini yerləşdirməli, yalnız regional deyil, eyni zamanda, beynəlxalq əməkdaşlığın da inkişafına töhfə verməliyik”.
Şimali Makedoniya Assambleyasının prezidenti Afrim Qaşi isə bildirib ki, ölkəsi Avropaya inteqrasiya prinisplərinə sadiq olaraq QDİƏT-in inkişafını əsas kimi görür. Onun sözlərinə görə, QDİƏT PA yalnız region ölkələrini bir araya gətirmir, eyni zamanda, gənc nəsillər arasında dialoqu təşviq edərək, xalqlarımızın daha sıx inteqrasiyasına töhfə verir. A.Qaşinin fikrincə, assambleya siyasi dialoqun mümkünlüyünün, hətta sabit və firavan gələcəyin qurulması üçün yeganə və ən doğru yol olduğunun bariz sübutudur. Bu dialoq ortaq məqsədləri, ümumi dəyərləri və sabitliyə olan birgə inamı əks etdirir.
Baş katib: Sülh, barışıq və əməkdaşlığı fəaliyyətlə təşviq etmək vacibdir
Çıxış edən QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev bildirib ki, Qara dəniz regionu yalnız iqtisadi əməkdaşlıq və təhlükəsizlik baxımından deyil, həm də mədəniyyətlərin qovuşduğu məkan olaraq çox önəmlidir. Bu region müxtəlif millətlərin, dillərin, dinlərin və mədəniyyətlərin bir arada sülh içində yaşadığı unikal bir coğrafiyadır: “Çoxmədəniyyətli və çoxdinli bölgədə yaşadığımız üçün fəxr edirik. Bu müxtəliflik bizim ən qiymətli sərvətlərimizdən biridir. Bu, sadəcə keçmişin mirası deyil, həm də gələcəyin açarıdır. Qara Dəniz regionu Türk mədəniyyətləri, slavyan xalqları, Balkan ölkələri, Cənubi Avropa və Latın mədəniyyətlərinin müxtəlif elementlərini özündə birləşdirən zəngin mədəniyyət palitrasına malikdir. Məhz bu zəngin mədəni irs üzərində biz gələcəyimizi qura bilərik. Bu irs bizə yalnız kim olduğumuzu xatırlatmır, həm də haraya doğru getdiyimizi müəyyən etməyə yardım edir. Biz bu irsi qorumaqla yanaşı, onu gələcək nəsillərə ötürməyə məsuliyyət daşıyırıq” - deyən Baş katib əlavə edib ki, sülh, barışıq və əməkdaşlığı fəaliyyətlə təşviq etmək vacibdir.
Qeyd edək ki, QDİƏT PA-nın 65-ci plenar sessiyasının gündəliyində olan məsələlər geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Tədbir iştirakçıları dünən, həmçinin Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər. Eləcə də Bakıdakı Zəfər parkı da ziyarət olunub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
