Kanada nəşri Azərbaycana qərəzli münasibətinə görə “BBC”ni qınayıb
05.06.2025 [20:46]
“BBC” kimi qlobal nüfuza malik media qurumunun Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistana tərəfkeşlik etdiyi görünür.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikir Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist və siyasi şərhçi Reyçel Avrahamın Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunan “BBC-nin qərəzi üzə çıxdı: Ermənistanı dəstəkləmək, qlobal yayımda İsraili ləkələmək” sərlövhəli məqaləsində yer alıb.
Müəllif məqaləni “dünyanın ən nüfuzlu yayım orqanlarından birinin faktların təhrifi yolu ilə Qafqaz və Yaxın Şərqdəki münaqişələrdə fikir ayrılıqlarını alovlandırmasına dair araşdırma” adlandırıb.
Qeyd olunub ki, dünya mediasında saxta xəbərlər qlobal fenomenə çevrilib. Təəssüf ki, bu vəziyyət “BBC” kimi tanınmış və nüfuzlu media orqanına da sirayət edib. “BBC”də bu yaxınlarda yayımlanan “Ermənistan Qafqazda Silikon Vadisi qurmağa necə çalışır?” sərlövhəli məqalə bu xüsusda hər şeyi deyir. Məqalədə Ermənistanın texnoloji startapları cəlb etmək “səyləri”ndən və bu tip digər mövzulardan bəhs olunması gözlənildiyi halda əsas diqqət üç “LED” işığına qoşulmuş qutu yaradan 9 yaşlı erməni uşağına ayrılıb. Reyçel Avraham bu situasiyada məqalənin əsl məzmununu tamamilə təhrif edən başlığın seçilməsini Ermənistanı şöhrətləndirmək cəhdi kimi qiymətləndirib.
İsrailli politoloq sözügedən məkrli başlıq seçimindən əlavə, “BBC”nin məqaləsində həm Qafqazda, həm də xaricdə Azərbaycanın tərəfdarlarının hiddətinə səbəb olan məsələlərdən birinə diqqət çəkib: “2,7 milyon əhalisi ilə dənizə çıxışı olmayan Ermənistan Cənubi Qafqaz regionunda ən kiçik ölkədir və qonşuları Azərbaycan və Türkiyə ilə sərhədləri həll edilməmiş ərazi mübahisələrinə görə onilliklər ərzində bağlıdır”. Daha sonra bununla bağlı tutarlı iradlar bildirilib. Ermənistanın coğrafi mövqeyinə, dənizə çıxışının olmamasına görə Azərbaycan və Türkiyənin məsuliyyət daşımadığını qeyd edərək, həmin məsələ ilə bağlı vacib suallar ünvanlayıb: “Ermənistan sahil xəttinəmi köçürülməlidir? Yoxsa onun sərhədləri Xəzər dənizinə, Qara dənizə, hətta Aralıq dənizinə doğrumu genişləndirilməlidir? Bəlkə “BBC” Ermənistanın hər üç dənizə çatmağına üstünlük verir?!”. Müəllif erməni təbliğat orqanında deyil, neytral olması gözlənilən nüfuzlu Britaniya media qurumunda yer alan belə bir iddianı ciddi qəbul etməyi problemli məsələ adlandırıb.
Yazıda “BBC”nin qərəzli davranışının təkcə Azərbaycanla məhdudlaşmadığı, onların dünyagörüşünü bölüşməyən digər ölkələrə, o cümlədən İsrailə də şamil edildiyi diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33

