Milli Məclisin iclasında...
24.05.2025 [10:43]
13 məsələ müzakirəyə çıxarıldı
Mayın 23-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 13 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova mayın 19-20-də parlament nümayəndə heyətinin İspaniya Krallığında rəsmi səfəri haqqında məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində İspaniya Parlamenti Senatının sədri Pedro Rollan və Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə ayrılıqda görüşlər keçirilib. S.Qafarova qeyd edib ki, həmkarlarla söhbətlər zamanı Azərbaycan-İspaniya münasibətlərinin indiki vəziyyətindən, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğu diqqətə çatdırılıb. Bakıda keçirilmiş COP29 Konfransında İspaniya Hökumətinin Sədri Pedro Sançezin və parlament üzvlərinin Azərbaycana səfərlərinin əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, görüşlər çərçivəsində parlamentlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Spiker deyib ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahələrində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı vurğulanıb. Diqqətə çatdırılıb ki, görüşlərdə Cənubi Qafqazda mövcud vəziyyət barədə danışılıb. Azərbaycan-Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə həmsöhbətlərə geniş məlumat verilib. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. S. Qafarova İspaniyaya rəsmi səfərin uğurlu olduğunu qeyd edib.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda dəyişiklik layihəsi ikinci oxunuşda təqdim edilib. Bildirilib ki, dəyişikliyin məqsədi Nazirlər Kabinetinin Milli Məclis qarşısında verdiyi hesabatın təqdim edilmə prosedurunun çevikliyinin artırılması ilə bağlıdır. Təklif edilən dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırılması təklif olunur.
Sonra Milli Məclis “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nu təsdiq edib. Sənəd 2023-cü il avqustun 1-də Bakıda, sentyabrın 8-də isə Monreal şəhərində imzalanıb.
Mülki Məcəllədə dəyişikliklərə gəlincə, irsi transmissiya ilə bağlı yeni hüquqi mexanizmlər təklif olunur. Həmin mexanizmlər irsi transmissiya prosesində hüquqi boşluqların aradan qaldırılmasını hədəfləyir. Təklif edilən dəyişikliklərə əsasən, əgər mirasa hüququ olan şəxs, yəni vərəsə mirasın açılmasından sonra və lakin onu rəsmən qəbul etməzdən əvvəl vəfat edərsə, həmin vərəsənin hüquqları onun öz vərəsələrinə ümumi qaydada ötürüləcək. Beləliklə, ilkin miras qoyanın əmlakı, ölmüş vərəsənin vərəsələri tərəfindən, onun mirasının tərkib hissəsi kimi qəbul edilə biləcək.
İclasda “Yaşayış minimumu haqqında” Qanunda da dəyişikliklər birinci oxunuşda qəbul edilib. Qanun layihəsi ölkə ərazisində tibb, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən, Qanuna “Minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən edilir” məzmunlu yeni maddə əlavə edilir.
Dəyişikliklərin qəbulundan sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiqlənəcək.
Qeyd edək ki, iclasda gündəlikdə olan bütün məsələlər qəbul edilib. Spiker Sahibə Qafarova növbəti iclasın mayın 30-da keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

