Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
27.07.2013 [13:28]
İyulun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə Komissiyanın 5 iyun və 18 iyun 2013-cü il tarixli iclaslarının protokolları təsdiqlənib.
İclasda aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair məsələyə baxılıb. Məsələ barədə məlumat verən MSK sədri bildirib ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarına uyğun olaraq Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının sədr və üzvləri üçün növbəti kursların təşkil edilməsinə dair müvafiq hazırlıq işlərini başa çatdırıb. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dairə seçki komissiyalarının sədrləri üçün MSK-nın inzibati binasında, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçiriləcək. Kurslarda ali dövlət qurumlarının rəhbər şəxsləri mühazirələr oxuyacaqlar.
Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov dairə seçki komissiyalarının sədr və digər üzvləri, məntəqə seçki komissiyalarının sədrləri üçün 10 günlük seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların təşkilinə dair qərar layihəsi barədə məlumat verib. MSK qərara alıb ki, seçki komissiyalarının sədrləri üçün 2013-cü il iyulun 29-dan avqustun 4-dək Bakı şəhərində, dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə bu il avqustun 5-dən 7-dək regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.
MSK seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edib.
İclasda beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

