Xarici diplomatlar Xankəndi və Şuşada...
19.04.2025 [12:27]
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edib.
Əvvəlcə diplomatlar Qarabağ Universitetinə gəliblər. Universitetdə keçirilən tədbirdə çıxış edən Hikmət Hacıyev nümayəndə heyətinə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi müharibə cinayətləri barədə məlumat verib. O bildirib ki, Azərbaycanın apardığı düzgün və uğurlu siyasət təkcə münaqişəni sonlandırmadı, eyni zamanda, uzun illər işğal altında qalan torpaqlarımızın geri qayıtması ilə nəticələndi. Bu illər ərzində müharibə cinayətləri törətmiş şəxslər hazırda şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar. H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında rəhbərlik etdiyi təhsil ocağı, tədris prosesində əldə edilən uğurlar və qarşıya qoyulan hədəflərdən danışıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-bərpa işləri həyata keçirilir, yeni müasir yollar çəkilir. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Xankəndi şəhəri və digər yaşayış məntəqələrində sahibkarlar üçün əlverişli mühit formalaşdırılır. Artıq Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində minlərlə insanın daimi məskunlaşması təmin edilib. “Tarixi qələbədən dərhal sonra dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Bu gün dövlətimizin bütün mümkün imkanları və resursları bu ərazilərin bərpasına yönəldilib. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri dövlət başçısının birbaşa nəzarəti altında yüksək templərlə davam etdirilir”,- deyən xüsusi nümayəndə əlavə edib ki, əhalinin geri dönüşü üçün sosial infrastruktur - məktəblər, tibb müəssisələri, ictimai xidmət binaları və yaşayış sahələri tikilir və istifadəyə verilir. 2024-cü ildən etibarən şagirdlərimiz öz doğma şəhər və kəndlərində müasir standartlara cavab verən məktəblərdə təhsil alırlar.
Xankəndi şəhərində Qarabağ Universitetinin təsis olunmasının və fəaliyyətə başlamasının bu bölgədə elmi, təhsil və intellektual mühitin dirçəlməsində mühüm rol oynayacağını söyləyən E.Yusubov deyib: “Bu gün burada müşahidə etdiyiniz dəyişikliklər, sadəcə, inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır”.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları və tikinti-quruculuq işləri barədə məlumat verib.
Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universiteti ilə tanış olub, tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərgi zalına baxış keçirib, incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi dinləyiblər. Xarici diplomatlar sonra Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olub, Zəfər meydanının qarşısında xatirə şəkli çəkdiriblər.
Sonra diplomatik korpusun nümayəndələri Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, bu küçədə dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.
Nümayəndə heyəti sonra Aşağı Gövhər Ağa məscidinə gəlib. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb.
Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib. 23 binadan ibarət yaşayış kompleksində şuşalıların rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

