TDT mühüm qlobal aktora çevriləcək
12.04.2025 [11:10]
Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları...
Yeni dünya nizamı ərəfəsində ənənəvi qlobal birliklər bir çox çətinliklərlə üz-üzə qalıb. Xüsusilə, ötən əsrdə iqtisadi, siyasi, hətta hərbi hədəflər uğrunda bir “tavan” altında birləşmək “məcburiyyətində” qalan ölkələr tarixi-ənənəvi fikir ayrılıqlarının yeni motivlərini yaşayırlar. Yeni iqtisadi reqlament fərdi maraqlar üzərində formalaşır - bu isə nəticə etibarı ilə regional əməkdaşlıq bağlarını ön plana çıxarır. Eyni coğrafiyada yaşayan, qlobal intqerasiya prosesinin ən aparıcı predmetlərindən sayılan milli kimliyə, etnik kökə bağlı funksional birliklər yaranan situasiyadan maksimum istifadə edə bilər. Başqa sözlə, hazırda bu kimi birliklərin inkişaf perspektivi olduqca böyükdür. Yeni dövrdə daxili iqtisadi gücün təmərküzləşməsi, geocoğrafi hərbi müdafiə refleksinin artması, ən mühüm ünsür sayılan nəqliyyat imkanlarının genişləndirilməsi və ən əsası beynəlxalq ticari şəbəkənin mühüm bir hissəsinə çevrilməsi qeyd edilən şansları bir neçə dəfə artırır.Böyük potensialımız var...
Azərbaycanın TDT-nin gələcək inkişafı ilə bağlı yaratdığı geostrateji potensial ölçüyəgəlməzdir. Birliyin daha möhkəm təməllər üzərində inkişaf etməsi üçün ötən ilin yayında Şuşada imzalanan Qarabağ əyyannaməsi təşkilatın tarixində yeni bir mərhələ yaradıb. Qarabağ əyannaməsi Türk dünyasının regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan, türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bir daha ortaya qoydu. Sənəddə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyi qeyd edilir. Beləliklə, bu sənəd yeni dövr üçün TDT-nin əsas inkişaf konsepsiyasına çevrilir.
Beləliklə, yeni dövrdə yeni inkişaf yolu yaradan TDT Azərbaycanın fəal iştirakı ilə münasibətlərini daha da irəliyə daşımaq əzmini ortaya qoyur. Təsadüfi deyil ki, ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında Prezident İlham Əliyev qeyd edib ki, Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir: “Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur”.
Qlobal məsələlərdə öz sözümüzü deməliyik...
Bəli, TDT-nin ən mühüm üstünlüklərindən biri etnik köklərə əsaslanması, qarşılıqlı maraqların qorunmasıdır. Biz, təşkilata üzv olan, orada bu və ya digər şəkildə təmsil olunan dövlətlərin hər birinin maraqlarına yüksək əhəmiyyət veririk - TDT-nin ən böyük fərqlərindən biri də məhz budur. Prezident çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük: “Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox. Bizdə yoxdur. Bu, bizi unikal edir. Bəs onda nə çatışmır? Bizim güclü beynəlxalq fəaliyyətimiz. Bu, kifayət deyil və biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik”.
Müstəqil ölkə qurulana qədər...
Vurğulandığı kimi, Azərbaycan hər zaman TDT üzvü olan, orada təmsil olunan dövlətlərin hüquqlarının müdafiəsi üçün səy göstərib. Dost, qardaş, müttəifq ölkələr arasında münasibətlərin inkişafına mühüm töhfələr verib - bu gün həmin fəaliyyət uğurla davam etdirilir. Yeri gəlmişkən, Azərbaycan Şimali Kipr Türk Respublikasının təşkilata qatılmasında olduqca mühüm rol oynayıb - eyni zamanda, bu ölkənin gələcək inkişafı ilə bağlı proseslərdə fəal iştirak edir. Prezident İlham Əliyev forumdakı çıxışında bildirib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb: “Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri Şimali Kipr Türk Respublikasına tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Yəni biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur”.
Dövlət başçısı deyib ki, “Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”.
P. SADAOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

