Trüdonun xələfi
11.03.2025 [08:58]
Trampla razılaşacaqmı?
Keçmiş “baş bankir” ABŞ-a qarşı...
Yaxın zamanda Şimali Amerika qitəsində tarixdə yaşanmayan ciddi proseslərin cərəyan etməsinin şahidi ola bilərik - böyük ehtimalla, ABŞ ilə Kanada arasında diplomatik-siyasi və iqtisadi qarşıdurmaların baş verməsi gözlənilir. Görünən odur ki, ABŞ iddiasından geri çəkilmir, Kanada isə ümumiyyətlə, güzəştə getmək fikrindən uzaqdır. Tramp administrasiyasının Kanada məhsullarına tətbiq etdiyi taariflərə cavab olaraq, Ottava da ABŞ-a qarşı adevkat tədbirlər görməyə hazırlaşır. Təbii ki, qarşılıqlı cavab xarakterli addımlar və ortaq məxrəcə gəlməmək ABŞ-Kanada münasibətlərinin ziyanına olacaq.
Kanadada yeni “nəfəs” - iqtisadçı
Karni hansı yeniliklərlə gəlir?
Qeyd edək ki, Kanadanın baş naziri Castin Trüdonun Liberal Partiyasının rəhbərliyindən istefa verməsinin ardından təşkilata yeni rəhbər seçilib. Martın 9-da Kanada Liberal partiyasında daxili səsvermə zamanı keçmiş mərkəzi bank rəhbəri Mark Karni hakim partiyanın yeni lideri seçilib - o, növbəti seçkilərə qədər Kanadanın müvəqqəti baş naziri kimi fəaliyyət göstərəcək. Mark Karni Harvard Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb və daha sonra Oksford Universitetində magistr və doktorantura təhsilini tamamlayıb. Karyerasına dünyanın ən nüfuzlu maliyyə şirkətlərindən biri olan “Goldman Sachs”da başlayan Karni, London, Tokio, Nyu-York və Toronto kimi mühüm maliyyə mərkəzlərində çalışıb. Karni 2008-ci ildə Kanada Mərkəzi Bankının sədri vəzifəsinə gəlib və həmin il baş verən qlobal maliyyə böhranında ölkənin bank sektorunu uğurla idarə edib. Onun strateji qərarları Kanada iqtisadiyyatını çöküşdən qoruyub və beynəlxalq arenada nüfuzunu artırıb.Eyni zamanda, o, “Bloomberg L.P.” və “Brookfield Asset Management” kimi iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Lakin bu ilin əvvəlində Karni siyasətə tam şəkildə qoşulmaq üçün bütün bu vəzifələrindən imtina etdi.
İqtisadiyyat və iqtisadi-maliyyə idarəetmə mexanizmləri üzrə çox güclü təcrübəsinin olmasına, beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərməsinə baxmayaraq, Mark Karninin ölkənin baş naziri seçilməsi bəzi kanadalı siyasətçilər tərəfindən xoş qarşılanmayıb - müxalif qüvvələr onun xalqın maraqlarından daha çox beynəlxalq maliyyə institutlarının maraqlarını qoruyacağını iddia edir.
Karninin Trampa münasibəti
Mark Karni hakim partiyanın yeni lideri seçildikdən sonra partiya nümayəndələri qarşısında çıxış edib - o, çıxışında ABŞ-Kanada münasibətlərinə də toxunub. Karni ABŞ-la ticarət müharibəsində Kanadanın qalib gələcəyinə əmin olduğunu bildirib. Kanadanın gələcək baş naziri öz tərəfdaşlarına müraciətdə Kanadanın heç vaxt, heç bir şəkildə Amerikanın bir parçası olmayacağını deyib - o, qeyd edib ki, daha güclü iqtisadiyyat qurmaq, etibarlı tərəfdaşlarla yeni ticarət əlaqələri qurmaq və sərhədlərimizi qorumaq üçün zəruri tədbirlər görəcəyik. Karni Trampla qarşıdurmanın fövqəladə səylər tələb edəcəyi barədə xəbərdarlıq edib: “Amerikalıların resurslarımıza, suyumuza, torpağımıza, ölkəmizə ehtiyacı var. Əgər onlar istəklərinə nail olsa idilər, bizim həyat tərzimizi məhv edərdilər”.
İki ölkə arasında ticari və enerji qarşıdurmaları yaşana bilər
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Karninin baş nazir olacağı müddətdə ABŞ-Kanada münasibətləri bir neçə istiqamətdə proqnozlaşdırıla bilər. “Trampın Kanada mallarına tariflər tətbiq etməsinə qarşı Kanada da cavab tədbirləri tətbiq edə bilər, çünki Karni artıq dollara qarşı əks tariflər təklif edəcəyi barədə anons verib. Alüminium, polad və süd məhsulları kimi əsas sektorlar üzrə mümkün mübahisələrin intensivləşməsi gözlənilir. Kanada ABŞ-dan uzaqlaşaraq öz ticarətini diversifikasiya edəcək, AB, Böyük Britaniya və Asiya ilə əlaqələri gücləndirmək üçün daha geniş təşəbbüs göstərəcək”, - deyən politoloq Karninin enerji və iqlim siyasətində də ciddi addımlar atacağını bildirib: “İqlim fəaliyyətinin güclü müdafiəçisi olan Karni, Trampın enerji daşıyıcıları ilə bağlı siyasətinə qarşı çıxacaq. Keystone XL boru kəməri və ya digər enerji infrastrukturu layihələri ilə bağlı fikir ayrılıqları daha da qızışacaq”.
NATO çərçivəsində hərbi və müdafiə sahəsində əməkdaşlıqda narazılıq
Ə.İbrahimov vurğulayıb ki, Karninin dövründə Kanadanın alyansda siyasi çəkisi arta bilər: “Tramp NATO müttəfiqlərini müdafiə xərclərini artırmadığına görə tənqid edir və bu baxımdan Kanada hərbi büdcəsini artırmaq üçün təzyiqlə üzləşə bilər. Əgər Tramp ABŞ-ın NATO-ya dəstəyini zəiflədərsə, Kanada qlobal məsələlərdə daha müstəqil təhlükəsizlik rolunu öz üzərinə götürə bilər”.
Karni, ABŞ-ın potensial ayrılmasına qarşı tarazlıq yaratmaq üçün Avropa ilə daha güclü hərbi əlaqələr axtarışında olacaq.
Suverenlik və milli gərginlik
“Trampın Kanadanın “51-ci ştat” ola biləcəyinə dair şərhləri artıq sərt reaksiyalara səbəb olub. Karni hökuməti Kanadanın suverenliyini müdafiə etmək üçün daha iddialı bir yanaşma tətbiq edə bilər. Bu da diplomatik münaqişələrə səbəb olacaq,” - deyə Ə.İbrahimov bildirib. O qeyd edib ki, yeni baş nazir Kanadanın ABŞ-dan asıllığını azaltmaq üçün digər müttəfiqləri ilə daha sıx təmaslar içərisində olacaq.
Siyasi və ideoloji sahədə toqquşma
Politoloq sonda deyib ki, Tramp və Karni çox fərqli siyasi ideologiyaları təmsil edirlər: “Trampın populizmi ilə Karninin texnokratik liberalizmi bir-birinə ziddir. İki lider arasında ictimai mübadilələr, Tramp və Trüdo arasındakı keçmiş gərginliyə bənzər şəkildə daha da qızışa bilər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31

