Aİ missiyası tamhüquqlu hərbi nümayəndəliyə çevrilir?
24.01.2025 [10:45]
Fransa yenidən sülhə qarşı planlar qurur
Missiya müddəti başa çatan Aİ-nin Ermənistandakı “kəşfiyyat qrupu” ilə bağlı yeni məlumatlar ortaya çıxıb. “Caliber.az” saytına etibarlı mənbələrdən daxil olan məlumata görə, 27 yanvar tarixində Aİ kəşfiyyat missiyasının mandatının daha iki il müddətinə uzadılacağı gözlənilir. Prinsipial qərar artıq qəbul edilib, lakin məsələ bununla bitmir. Görünən odur ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və hərbi funksionallıq əlavə edilməsi düşünülüb. Saytın məlumatına əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır.
5 aprelin davamı...
İlk növbədə vurğulanmalıdır ki, Aİ-nin Cənubi Qafqazda formalaşacaq sülhə qarşı davranışının real nümunəsi kimi ortaya çıxan bu məqam özündə olduqca böyük təhlükələri ehtiva edir. Əslində, bu kimi yanaşma gözlənilən idi, ötən ilin aprelində Aİ, Bayden administrasiyası və İrəvan arasında əldə olunan “xüsusi razılaşma”nın bəzi bəndləri gizli saxlanılsa da, onların hərbi istiqaməti əhatə edəcəyi sirr deyildi. Hətta həmin dövrdə ABŞ-ın dövlət katibi Blinken və Aİ rəsmisi Ursula Fon der Lyayen Bakıya zəng vuraraq ciddi-cəhdlə bu razılaşmanın Azərbaycana qarşı yönəlmədiyini dilə gətirirdi. Amma razılaşmadan təxminən 9 ay sonra Bayden administrasiyasının Ermənistan ilə müttəfiqlik sazişi imzalaması, sənəddə müdafiə və təhlükəsizliklə bağlı əməkdaşlıq haqqında qeydlərin yer alması, bunun ardından isə Aİ-nin xüsusi “missiyası”nın vaxtının uzadılması, üstəlik, bu qrupun tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsi ehtimalının ortaya çıxması təsadüfi sayıla bilməz.
Azərbaycan iki ilə yaxındır ki, Ermənistanın aktiv silahlandırılması ilə bağlı SOS siqnalı səsləndirir - dünya ictimaiyyəti isə bu məsələyə nədənsə, hələ də susur. Baş verənlər göstərir ki, Ermənistan bu kimi davranışlar nəticəsində arxayınlaşır, sülhdən uzaqlaşır, yeni eskalasiyalar fikrinə düşür.
Binokllar silahla əvəz olunur?
Qeyd edək ki, 2023-cü ilin əvvəlindən etibarən “mülki monitorinq missiyası” adı altında Ermənistana yerləşdirilən bu qrupun missiyası bəlli oldu. Avropa İttifaqı, xüsusilə Fransa məhz bu yolla Ermənistana yerləşmək, oradan isə bölgəyə nüfuz etməyə çalışır. Amma bu mümkün olmur. Belə ki, Azərbaycanın qətiyyətli davranışı “mülki monitorinq” adı altında gizlənən qrupun əsl simasını üzə çıxarır. Heç bir effektivliyi olmayan “binokl diplomatiyası” isə sadəcə, lokal maraqların təcəssümüdür - hətta 2023-cü ilin martında Aİ missiyasının rəhbəri Markus Ritter “Deutsche Welle”yə verdiyi açıqlamada “Bizim yalnız binokl və fotoaparatımız var”, desə də son məlumatlar bunu təkzib edir.
Amma prosesləri təhil etdikdə qarşıya tamam fərqli mənzərə çıxır - Ermənistan Fransa tərəfindən aktiv silahlandırılır. Bu silahlandırma isə başqa bir xətlə - Avropa Sülh Fondu vasitəsilə aparılır. Ötən il məhz Fondun vasitəsilə bəlli bir məbləğ Ermənistana “yardım” kimi ayrılmışdı. Bu vəsaitin isə silahlanmaya yönəldildiyi hər kəsə bəllidir. Göründüyü kimi, Ermənistan özünün manipulyativ addımlarını davam etdirir. Sözdə sülhə razı olan İrəvan Aİ missiyasının yenidən ölkədə qalması ilə bağlı “arzularını” səsləndirir Aİ də bu arzunu tam fərqli bir “formada” reallaşdırır.
Makronun son “qala”sı...
Əslində, Aİ missiyasının Ermənistanda qalması əvvəlcədən bəlli idi. Bir neçə gün öncə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin ofisindən yayılan məlumatda bildirilirdi ki, Aİ-nin Ermənistanda mülki missiyasının yerləşdirilməsinin daha iki il müddətinə uzadılmasını təklif edilib. Üzv dövlətlərin isə bu təklifi müsbət qarşıladığı vurğulanmışdı. Bildirilmişdi ki, yaxın günlərdə bununla bağlı qərar qəbul ediləcək. Amma missiyanın özündə hərbi elementləri birləşdirəcəyi ilə bağlı hər hansı bir məlumat yox idi, burada əsas güman ondan ibarətdir ki, Aİ yeni dönəmdə digər güclərlə “mübarizədə” kənarda qalmamaq üçün özünün yerini Ermənistanda daha da möhkəmləndirməyə çalışır.
ABŞ-ın imzalanan sazişdən sonra müəyyən bir hərbi kontingentlə Ermənistanda təmsil olunacağı ilə bağlı xəbər Brüsseli də hərəkətə keçirib. Nəzərə alsaq ki, bu missiyanın görünməyən “çətiri” məhz Fransadır - bu qorxu anlaşılandır. Makronun apardığı qeyri-standart siyasi xətt Parisin bütün dünyada istisna olunmasına, hətta bəzi regionlardan qovulmasına yol açıb. Bütün strateji “qala”ları əldən çıxan, nekolonialist siması ifşa edilən Parisin son ümidi məhz Cənubi Qafqazdır. “Aİ missiyası” adı altında bölgəyə müdaxilə imkanlarını təftiş edən Fransa Ermənistanı silahlandırmaqla ümid edrdi ki, Cənubi Qafqazda möhkəmlənəcək.
Ermənistanın fikri belə soruşulmadı...
Amma son proseslər onu göstərir ki, Ermənistan Fransaya da xəyanət etdi - ABŞ ilə bağlanan saziş Parisin İrəvan üzərindən “layihələndirilən” maraqlarını yerlə yeksan edir. Bu mənada, Aİ Ermənistana qarşı sərt çıxışlarla yadda qalır. Xatırlayaq ki, ötən ilin sonlarında bölgədə sülh ilə bağlı proseslər aktivləşmişdi və həmin dövrdə Paris bu situasiyanı dəyişmək üçün əlindən gələni edirdi. Oktyabrın əvvəlində “müşahidəçi”lərin Azərbaycanla şərti sərhəddə baş çəkməsi halları “artdı”. Hətta onların bir qrupu Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gəldilər - sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı vardı. Həmin avtomobil karvanında gələn 6 nəfər şəxsin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu bildirilirdi. Paris baş verənlərdən narahatlıq keçirərək yeni təxribatlara əl atırdı - hətta Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan şərti sərhəddində Aİ missiyası ilə görüş keçirdi. Dekotini əvvəl də bildirirdi ki, plan missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaqdır - missiyasının geri qayıtmasına münasibət isə daha sərt oldu: “Missiyanın mandatı Brüsseldə müəyyən edilir”...
Bu, bir daha Ermənistanın müstəqil olmadığını, ümumiyyətlə, dövlət statusu ilə uyğun gəlmədiyini göstərən faktdır. Bir ölkənin ki, daxilində fəaliyyət göstərən hər hansı bir missiya ilə bağlı hətta fikri belə soruşulmursa... Burada hansısa bir dövlətdən danışmaq yersizdir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Fevral 23:50
Dünya
09 Fevral 23:35
YAP xəbərləri
09 Fevral 23:11
Xəbər lenti
09 Fevral 22:51
YAP xəbərləri
09 Fevral 22:35
Dünya
09 Fevral 22:32
Elm
09 Fevral 21:50
YAP xəbərləri
09 Fevral 21:23
Xəbər lenti
09 Fevral 21:10
Xəbər lenti
09 Fevral 21:09
Xəbər lenti
09 Fevral 21:09
YAP xəbərləri
09 Fevral 20:54
YAP xəbərləri
09 Fevral 20:34
Dünya
09 Fevral 20:19
Gündəm
09 Fevral 20:14
İqtisadiyyat
09 Fevral 19:51
Dünya
09 Fevral 19:42
YAP xəbərləri
09 Fevral 19:37
Dünya
09 Fevral 19:15
Sosial
09 Fevral 18:47
YAP xəbərləri
09 Fevral 18:32
Siyasət
09 Fevral 18:13
YAP xəbərləri
09 Fevral 17:25
Elanlar
09 Fevral 17:19
Gündəm
09 Fevral 17:15
Sosial
09 Fevral 17:09
YAP xəbərləri
09 Fevral 17:05
Siyasət
09 Fevral 17:02
Siyasət
09 Fevral 17:00
Sosial
09 Fevral 16:56
İqtisadiyyat
09 Fevral 16:49
Xəbər lenti
09 Fevral 16:48
Siyasət
09 Fevral 16:47
Sosial
09 Fevral 16:44
Xəbər lenti
09 Fevral 16:36
Xəbər lenti
09 Fevral 16:36
Siyasət
09 Fevral 16:31
YAP xəbərləri
09 Fevral 16:18
YAP xəbərləri
09 Fevral 16:17
Sosial
09 Fevral 16:09
Gündəm
09 Fevral 15:53
YAP xəbərləri
09 Fevral 15:19
İdman
09 Fevral 15:11
Siyasət
09 Fevral 14:40
YAP xəbərləri
09 Fevral 14:34
Sosial
09 Fevral 14:33
Analitik
09 Fevral 13:44
Gündəm
09 Fevral 13:43
YAP xəbərləri
09 Fevral 13:21
Siyasət
09 Fevral 12:44
Sosial
09 Fevral 12:27
Mədəniyyət
09 Fevral 12:26
Siyasət
09 Fevral 12:18
İqtisadiyyat
09 Fevral 12:14
İqtisadiyyat
09 Fevral 12:13
Hadisə
09 Fevral 12:12
YAP xəbərləri
09 Fevral 11:45
Sosial
09 Fevral 11:43
Dünya
09 Fevral 11:41
Hadisə
09 Fevral 11:29
Dünya
09 Fevral 10:40
YAP xəbərləri
09 Fevral 10:32
Dünya
09 Fevral 10:18
Siyasət
09 Fevral 10:12
Dünya
09 Fevral 09:45
Dünya
09 Fevral 09:23
Sosial
09 Fevral 08:59
Dünya
09 Fevral 08:41
Dünya
08 Fevral 22:40
Siyasət
08 Fevral 22:30

