/ / Heydər Əliyev Fondunun hazırladığı “Eurovision Bakıda” filminin və kitabının təqdimat mərasimi keçirilib
Heydər Əliyev Fondunun hazırladığı “Eurovision Bakıda” filminin və kitabının təqdimat mərasimi keçirilib
04.05.2013 [10:35]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə olub
Mayın 3-də “Nizami” Kino Mərkəzində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Eurovision Bakıda” filminin və kitabının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.
Mərasim Azərbaycan tarixini, mədəniyyətini və zəngin turizm potensialını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Təqdimat mərasimində 2012-ci ilin may ayının Azərbaycan üçün çox əlamətdar bir hadisə ilə yadda qaldığı, ölkəmizin “Eurovision” Mahnı Müsabiqəsinə ev sahibliyi etdiyi xüsusi vurğulanıb.
Bildirilib ki, Azərbaycan təmsilçiləri ilk dəfə 2008-ci ildə müsabiqəyə qatılıb. Diqqətə çatdırılıb ki, “Eurovision” Mahnı Müsabiqəsində ölkəmizin iştirak etməsinin təşəbbüskarı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva olub. Məhz bu dəstəyin nəticəsində ölkəmiz hər il müsabiqədə uğurla təmsil olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri təyin edilməsi bu tədbirin ən yüksək səviyyədə keçirilməsinə şərait yaradıb.
Sonra “Eurovision Bakıda” filmi nümayiş olunub. Filmdə Avropanın ən mötəbər yarışması olan “Eurovision” Mahnı Müsabiqəsində qələbəyə gedən yol, bu yarışmaya Prezident İlham Əliyevin dəstək və diqqəti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti əksini tapıb. Filmdə müsabiqənin keçirildiyi “Baku Crystal Hall”un tikintisi, “Eurovision-2012” ilə bağlı təşkil edilən mərasimlər və yarışmanın Bakı şousu da yer alıb. Nümayəndə heyətlərinin və qonaqların paytaxtımızda qarşılaşdığı qonaqpərvərlik, Təşkilat Komitəsinin uğurlu fəaliyyəti və yüksək təşkilatçılığı barədə məlumat verilib.
Bu ekran işində, həmçinin müsabiqənin keçirildiyi müddətdə şəhərimizin qonaqlarının nəqliyyat və otel məsələlərinin yüksək səviyyədə həll edildiyi, Avropanın kütləvi informasiya vasitələrində ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, Avropa Yayımları Birliyi ilə əməkdaşlıq, “EuroClub” və “EuroVillage” barədə verilişlərin yayımı, yarışma müddətində bir çox yeniliklərin tətbiqi, Azərbaycana gələn xarici vətəndaşların viza prosedurlarının sadələşdirildiyi diqqətə çatdırılıb.
Sonra “Eurovision Bakıda” kitabı haqqında da məlumat verilib.
Nəşrin ön səhifəsində “Eurovision-2012” Mahnı Müsabiqəsi Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın musiqi yarışması ilə bağlı fikirləri yer alıb. 192 səhifəlik kitabda “Eurovision” yarışmasının Bakıda keçirilməsi ilə bağlı görülən hazırlıq işlərini, ölkəmizin bu möhtəşəm mahnı müsabiqəsinə uğurla ev sahibliyini, yarışmanın gedişi prosesini əks etdirən maraqlı fotoşəkillər toplanıb. Bu nəşr bir daha təsdiq edir ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsində rol oynayan bu böyük Ümumavropa musiqi bayramı dünya mədəniyyəti xəzinəsinə öz töhfəsini verib, Azərbaycandan yüz milyonlarla auditoriyaya möhtəşəm təqdimatı ilə yaddaşlarda həkk olunub.
Qeyd edək ki, Azərbaycan Avropanın bu məşhur yarışmasında dörd il layiqli iştirakçı kimi tanındıqdan sonra qonaqpərvər ev sahibliyi ilə də öz sözünü deyə bilib, “Eurovision”un Bakı şousu əsl bayrama çevrilib. Paytaxtımızda təşkil edilən bu yarışma hər bir kəsi qədim Odlar yurduna toplamaqla yanaşı dünyanı Azərbaycan haqqında geniş məlumatlandırıb. Şəhərimizin gözəlliyini, qədim Bakımızın müasir simasını, xalqımızın səmimiliyini hiss edən hər bir qonaq mədəniyyətimizi, ölkəmizi daha çox sevib. Bu sevginin qazanılmasına kimi fəaliyyəti, layihəyə dəstəyi, kimi də sadəcə təbəssümü, xoş davranışı ilə öz töhfəsini verib.
“Eurovision-2012” Mahnı Müsabiqəsi həm xalqımızın, həm də ölkəmizə gələn qonaqların yaddaşından uzun zaman silinməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

