Nərgiz Paşayeva: Bizim rus dilini itirməyə haqqımız yoxdur
11.04.2013 [17:14]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva “RİA-Novosti” agentliyinə müsahibə verib.
Nərgiz Paşayeva bir sıra dövlət və hökumət mükafatlarına, o cümlədən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına və rus incəsənətinin xaricdə təbliğinə böyük töhfəsinə görə Rusiyanın “Dostluq” ordeninə layiq görülüb. Bu günlərdə ona Avropa Ticarət Kommersiya və Sənaye İqtisadi Palatasının “Xidmətlərə görə” Qızıl ordeni təqdim edilib. MDU rəhbərliyinin fikrincə, Bakı filialı qısa müddətdə regionun ən yaxşı ali təhsil müəssisələrindən birinə çevrilib.
Filialın fəaliyyət göstərdiyi illərdə Azərbaycana 1100-dən çox moskvalı müəllimin gəldiyini qeyd edən Nərgiz Paşayeva deyib: “Əlbəttə, burada universitet həyatı ilə yanaşı, rusiyalı tərəfdaşlarımızın dostlar, ünsiyyət və maraqlardan ibarət öz çevrəsi formalaşır. Artıq Bakı onlar üçün təkcə peşə maraqları sahəsini təmsil etmir, bu şəhər onlar üçün getdikcə daha yaxın və doğma olur və onlar hər dəfə buraya gəlməyə can atırlar. Zənnimcə, MDU-nun Bakı filialı bəşəri münasibətlərin, elmlərarası, millətlərarası və əlbəttə, dövlətlərarası əlaqələrin inkişafı baxımından yüksək missiya yerinə yetirir. Bu istiqamətdə aparılan iş böyük maarifçilərin, ictimai xadimlərin, xalqın mütərəqqi qüvvələrinin hələ ötən əsrlərdə Azərbaycanda əsasını qoyduqları şanlı tarixi ənənələrin davamıdır və ali məktəbimizi məhz bu baxımdan qiymətləndirmək lazımdır”.
Azərbaycan regionun tolerant ölkəsi və inkişaf etmiş dövləti bu gün olmayıb. Bu, həqiqətən uzun sürən tarixi prosesdir. Hələ XII əsrdə dahi Nizami Gəncəvi Azərbaycanda xalqlar dostluğunu, bütün irqlərdən olan insanların birliyini tərənnüm edirdi. Heç nə bünövrəsi və ənənələri olmadan birdən-birə baş vermir.
Nərgiz Paşayeva müasir Azərbaycanda rus dilinin rolundan danışarkən deyib: “Rus dilinin əhəmiyyəti təkcə Azərbaycan üçün deyil, istənilən digər postsovet respublikası üçün aşkardır. Rus dilini təkcə ona görə bilmək vacib deyildir ki, bu dil uzun zaman kəsiyində tərkibində olduğumuz böyük dövlətin dilidir. Rus dilini bilmədən biz özümüzü bütövlükdə dünyanın tərəqqisi, elmin və təhsilin nailiyyətləri, habelə dünyanın ictimai həyatı və mədəniyyəti barədə hərtərəfli informasiya almaq imkanından məhrum edirik”.
Müsahibədə filialın fəaliyyətindən, ali məktəbdə tətbiq edilən yeniliklərdən söz açan rektor deyib: “Hazırda ali məktəbdə 5 fakültə - riyaziyyat, filologiya, kimya, yeri gəlmişkən, respublikada yeganə olan psixologiya, habelə iqtisadiyyat fakültələri fəaliyyət göstərir. Universitetin potensialı, demək olar, hər il genişlənir. Son misal: bu yaxınlarda universitetimizdə olan MDU-nun iqtisadiyyat fakültəsinin dekanı iki qrup təşkil etmək üçün daxil olan tələbələrin sayını artıraraq 25 nəfərdən 50 nəfərə çatdırmağı təklif etmişdir. Artıq bu il biz iqtisadiyyat fakültəsində yerlərin sayını artırmağı planlaşdırırıq. Bu yaxınlarda müzakirə etdiyimiz daha bir yenilik dördillik tədrisin başa çatmasını və bakalavr diplomlarının alınmasını gözləmədən filialın bazasında iqtisadiyyat fakültəsinin ikiillik magistraturasını açmaqdır. Bu, onunla bağlıdır ki, universitetimizin hazırladığı “iqtisadçı-menecer” ixtisasının peşə spektri kifayət qədər genişdir. Riyaziyyat üzrə bakalavr dərəcəsi olan, habelə başqa ali məktəblərin bazasında təhsil almış, müəyyən ixtisası olan, lakin öz təhsilini tamamlayıb MDU-nun diplomunu almaq istəyən tələbələr indi magistraturaya ərizə verə bilərlər. Hesab edirəm ki, bu, Azərbaycan sakinləri üçün böyük imkandır, çünki MDU-nun iqtisadiyyat fakültəsinin magistraturasının diplomu kifayət qədər sanballı və lazımlı kateqoriyadır”.
Nərgiz Paşayeva “RİA-Novosti”yə müsahibəsində təkcə Azərbaycanın deyil, eləcə də Rusiyanın teatr mühitində tanınan, yaradıcısı və rəhbəri olduğu “ÜNS” Yaradıcılıq Səhnəsi, habelə qızı Aidə Mahmudovanın təsis etdiyi “YARAT!” Yaradıcılıq Məkanı barədə suallara da cavab verib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27

