İqlim ailəsinin növbəti yüksək etimadı
05.12.2024 [09:21]
Azərbaycan COP16-nın Şərqi və Mərkəzi Avropa regional qrupunun sədri və Büro üzvü seçilib
Dekabrın 2-13-də Səudiyyə Ərəbistandada keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib. Sədrlik dövründə ölkəmiz, həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək. Adıçəkilən Qrupa Azərbaycanla birlikdə Şərqi və Mərkəzi Avropadan 15 dövlət daxildir. Ölkəmizin bu mötəbər təsisatın Büro üzvü və Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr seçilməsi növbəti böyük etimadın və hörmətin təzahürüdür. Bu, COP16 beynəlxalq iqlim ailəsinin ölkəmizin qlobal tədbirlərə ləyaqətli və xüsusi peşəkarlıq keyfiyyəti ilə ev sahibliyi etmək qabiliyyətinə verilən ali dəyərdir. 10 gün əvvəl COP29 sammitini mütəşəkkil təşkilatçılıq qabiliyyəti və məharəti ilə dünya COP hərəkatına təqdim edən Azərbaycanın daha bir uğurudur. 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik” ili kimi elan edərək dünyada nümunəvi ekoloji niyyət və əməlləri ilə fərqlənən Azərbaycan dünyanı yaşıl həmrəylik alyansında sıx birləşdirməklə əsil etibarlı tərəfdaş imicini möhkəmləndirib. Bu baxımdan, ölkəmiz COP16 toplantısında da layiqli yerini tutmaqdadır.
Su qıtlığı, ərzaq çatışmazlığı və torpaqların deqradasiyasına qarşı alyans
İqlim dəyişməsi su qıtlığı, ərzaq məhsullarının çatışmazlığı, torpaqların deqradasiyası və insanların yerdəyişməsi kimi mənfi təsirləri artırmaqdadır. Bu dəyişmələr ən həssas olan regionlarda münaqişə və qeyri-sabitlik üçün katalizator rolunu oynayır və qlobal problem olaraq dünya ölkələrinin narahatlığını artırır. Bu məqsədlə BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı qeyd edilən fəsadların aradan qaldırılmasında əsas aparıcı platforma rolunu oynayır.
2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və sair prioritet sahələr müəyyən olunub. On iki regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri isə COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu, həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir.
Bakı Çağırışı sülhməramlı iqlim fəaliyyətini təşviq edir
Qlobal su qıtlığı, ərzaq məhsullarının çatışmazlığı, torpaqların deqradasiyası və digər problemlər Azərbaycan üçün də olduqca həssas mövzudur və ölkəmiz bu istiqamətdə bir neçə ildir ki, qlobal koalisiya ilə fəal çalışır. COP29 sammitində ölkəmiz səhralaşma və su qıtlığının qarşısının alınması istiqamətində öz prinsipial qərarları ilə bir daha dünya ölkələrinin diqqətini çəkdi. Noyabrın 15-də COP29 çərçivəsində iqlim dəyişməsi, münaqişə və humanitar ehtiyaclar kimi aktual problemlərin həllinə yönəlmiş mühüm təşəbbüs - Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışına (BCCAP) start verildi. Bu, iqlim təsirlərinə və münaqişələrə həssas olan ölkələrə, xüsusən də humanitar ehtiyacları olanlara dəstəyin artırılmasına yönəlmiş strategiyanı formalaşdırmaq üçün yeni platformanın təməlinin qoyulması demək idi. Dünya miqyasında şimal və cənub ölkələrinin nazir və hökumət nümayəndələrini bir araya gətirən Bakı Çağırışı iqlim və sülh təşəbbüsləri əsasında konkret, həll yönümlü cavabların işlənib hazırlanması üçün yol xəritəsini də müəyyən etdi. Həmin platforma çərçivəsində Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi təsis edildi ki, bu da məhz COP29-un yeni uğuru oldu.
Beləliklə, sülhməramlı iqlim fəaliyyətini təşviq edən Azərbaycan COP16 ailəsi üçün həm də yeni fəaliyyət mexanzimlərinin əsaslarını yaradıb. Qeyd edək ki, ötən gün Ər-Riyadda keçirilən COP16 çərçivəsində görüşdə ölkəmizin ekoloji təşəbbüskarlığı bir daha yüksək qiymətləndirilib. COP29-un prezidenti Muxtar Babayevin ötən gün Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim üzrə elçisi Adel Əl-Cubeyr ilə görüşündə Azərbaycanın COP16-nın Büro üzvü və Regional Qrup rəhbəri kimi qlobal iqlim dəyişikliyinə davamlılıq sahəsində yeni uğurlara imza atacağına inam ifadə olunub. Bu, Azərbaycanın regional sədr ölkə kimi qlobal birlik və əməkdaşlıq ruhunu daha da möhkəmləndirəcəyindən xəbər verir.
ELBRUS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

