Qərb COP29-dan niyə “narahatdır”?
26.11.2024 [09:12]
Bayden administrasiyası və Aİ rəhbərliyi öhdəliklərdən yayınmaq istəyir
Qlobal problemlərin həllində hər zaman təşəbbüskar mövqeyi ilə seçilən Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı mühüm müzakirələrlə yadda qaldı. Ölkəmizin bu beynəlxalq məsələdə önə çıxması, təşəbbüskarlığı ələ alması və illərdir ki, həllini gözləyən iqlim problemləri ilə bağlı əsaslı nəticələr əldə etməsi isə bir sıra “güclərin”, xüsusilə Qərbin ürəyincə deyildi. Təsadüfi deyil ki, hələ COP29 ərəfəsində bütün dünya ABŞ və Avropa İttifaqı (Aİ) liderlərinin qlobal iqlim dəyişiklikləri probleminin həlli məsələsində məsuliyyəti öz üzərlərindən atmaq, bu məsələləri siyasiləşdirmək cəhdlərinin şahidi oldu - bu isə öz növbəsində beynəlxalq iqlim siyasətinin effektivliyini sual altına qoydu. Qərbin bu siyasəti xüsusilə, inkişaf etməkdə olan ölkələrdəki iqlim dəyişikliyi fəsadlarını yüngülləşdirmək məqsədilə nəzərdə tutulan 100 milyard dollarlıq maliyyə öhdəliyinin icrasını təxirə salmağa yönəlmiş addımlarla müşayiət olundu. Başqa sözlə, Qərb karbon emissiyalarının azaldılması yönündə üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmaq üçün yollar axtarırdı.
COP29 ümid işığı oldu
Vurğulandığı kimi, maliyyə mexanizmləri ilə bağlı yaranan qeyri-müəyyənliklər, əsasən, ABŞ və Aİ liderlərinin ortaq taktikasından qaynaqlanır. Bu cür maneələr, qlobal istiləşmə kimi təxirəsalınmaz problemlərin həllinə kölgə salmaqla yanaşı, beynəlxalq ictimaiyyətin inamını da sarsıdır. Ən çox təsirlənən tərəflər isə adətən iqlim dəyişikliklərinin ən böyük fəsadlarını yaşayan kiçik ada dövlətləri və Afrikadakı inkişaf etməkdə olan ölkələrdir. COP29 isə beynəlxalq ictimaiyyət üçün yeni bir ümid işığı oldu - İqlim məsələlərində tərəfsiz və ədalətli mövqeyi ilə seçilən Azərbaycan qlobal problemdən çıxış yollarının müzakirəsi üçün neytral platforma təşkil və təmin etdi. Bu, həm də böyük güclərin manipulyasiyalarını minimallaşdırdı.
Bayden administrasiyası problemləri Trampa “ötürür”?
ABŞ-ın hazırkı administrasiyası COP29 zamanı iqlim məsələlərinə dair müzakirələri konkret nəticələrə yönəltməkdən daha çox, siyasi maraqları ön plana çıxarmağa çalışdı. Bu yanaşma, qlobal iqlim məqsədlərinə çatmaq üçün tələb olunan maliyyə resurslarının ayrılmasında ciddi problemlər yaratdı. Bayden administrasiyası iqlim dəyişikliyinə qarşı mübarizə mövzusunda özünü lider kimi təqdim etsə də, onun daxili siyasətində əsas diqqət ABŞ-ın gələcəkdə iqlim öhdəliklərini məhdudlaşdırmağa və yeni seçilmiş prezident Donald Trampa problemlər qoymağa yönəlib. Bu yanaşma, xüsusən də beynəlxalq müzakirələrdə iqlim mövzusunu real məqsədlərdən yayındıraraq, sadəcə görüntü siyasəti həyata keçirmək nümunəsi kimi diqqəti cəlb edir.
Təəssüfləndirici haldır ki, Bayden administrasiyasının bu siyasətini Avropa İttifaqı rəhbərliyi də dəstəklədi - Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin iqlim məqsədlərinə ayrılan vəsaitlərin minimuma endirilməsi yönündə addımlar atmaq, bu yöndə müzakirələr açmaq istəyirdi. Bu, Aİ-nin öz maliyyə məsuliyyətindən yayınmaq cəhdləri kimi də qiymətləndirilə bilər.
Fon der Lyayenin “qaçmasının” səbəbi...
Əslində, Fon der Lyayenin COP29 sammitinə qatılmaması, Qərbin bu mötəbər tədbirdə əsas müzakirələrdən kənarda qalmağa çalışdığını açıq şəkildə göstərir. Bu addım, bir tərəfdən Aİ-nin öz iqlim məqsədlərinə olan səthi yanaşmasını nümayiş etdirir, digər tərəfdən isə Qərbin böyük maliyyə öhdəliklərindən qaçmaq niyyətini açıq şəkildə ortaya qoyur. Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üçün maliyyə dəstəyi ayırmaqda qeyri-kafi addımları inkişaf etməkdə olan ölkələrin davamlı inkişaf perspektivlərinə mane olur. Fon der Lyayenin sammitdə iştirak etməməsi həm də bu mənada Avropanın əsl niyyətini gizlətmək cəhdi kimi də qəbul edilə bilər. Fon der Lyayen bilirdi ki, Bakıda Qərbin öhdəliyi ilə bağlı məsələ əsas müzakirə predmeti olacaq - bundan yayınmağın “ən rahat” yolu isə müzakirədən qaçmaqdır. Beləliklə, COP29 sammitinə qatılmamaq Avropanın bu tədbiri siyasi təzyiq vasitəsinə çevirmək cəhdlərinin bir hissəsi idi. Bununla belə, Azərbaycanın neytral mövqeyi və ədalətli vasitəçi kimi çıxışı bu cür cəhdləri səmərəsiz etdi.
Qlobal platforma yaradıldı...
Azərbaycan COP29 sammiti vasitəsilə beynəlxalq iqlim gündəliyinin əsas müzakirə platformasına çevrildi. Bu, həm qlobal tərəfdaşlıq üçün yeni imkanlar yaratdı, həm də Qərbin maliyyə maneələri fonunda inkişaf etməkdə olan ölkələrin səsinin eşidilməsi üçün unikal şərait təmin etdi. Bakı sammiti konkret maliyyə hədəflərinin müəyyən olunmasını dəstəkləyərək, böyük dövlətlərin məsuliyyət daşımasını təşviq etdi. Bu mövqeyimiz, ölkənin beynəlxalq iqlim siyasətində oynadığı fəal rolu göstərməklə yanaşı, onun qlobal problemlərə həssas yanaşmasını bir daha sübut etdi.
Maliyyə mexanizmləri ilə bağlı yaranan qeyri-müəyyənliklər, əsasən, ABŞ və Aİ liderlərinin ortaq taktikasından qaynaqlanır. Bu cür maneələr, qlobal istiləşmə kimi təxirəsalınmaz problemlərin həllinə kölgə salmaqla yanaşı, beynəlxalq ictimaiyyətin inamını da sarsıdır.
Fon der Lyayen bilirdi ki, Bakıda Qərbin öhdəliyi ilə bağlı məsələ əsas müzakirə predmeti olacaq - bundan yayınmağın “ən rahat” yolu isə müzakirədən qaçmaqdır. Beləliklə, COP29 sammitinə qatılmamaq Avropanın bu tədbiri siyasi təzyiq vasitəsinə çevirmək cəhdlərinin bir hissəsi idi.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54

