Azərbaycan parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatıb
05.03.2013 [00:09]
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri başa çatıb.
ÇXR Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyətinin Pekində komitənin sədri Cia Çinqlin, sədr müavini Bay Liçen, habelə Çin Siyasi Məşvərət Şurasının Şaansi və Şanxay komitələrinin rəhbər şəxsləri ilə görüşlər keçirilib.
Səfərin yekunlarını AzərTAc-ın müxbirinə şərh edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk diplomatik münasibətlər qurduğu ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Azərbaycan ÇXR ilə münasibətlərin inkişafına daim böyük əhəmiyyət verir. Bizim bu səfərimizin də əsas məqsədi Çin-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması ilə bağlı fikir mübadiləsi aparmaq olub. Çin hazırda dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından biridir, bəzi iqtisadi parametrlərə görə isə dünyada birincidir. Belə bir dövlət ilə əlaqələrin genişləndirilməsi və bu əlaqələrin strateji səviyyəyə qaldırılması olduqca vacibdir. Səfər zamanı keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlər, siyasi, iqtisadi, humanitar əlaqələr, ümumilikdə, hər iki tərəfi maraqlandıran məsələlər müzakirə mövzusu olub. Biz münasibətlərimizin perspektivləri barədə fikir mübadiləsi apardıq.
Milli Məclis sədrinin müavini deyib ki, görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırılıb. Bu məsələnin burada qaldırılmasının böyük əhəmiyyəti var. Çünki 1993-cü ildə Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunan ərazilərindən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. Amma bu qətnamələr hələ icra olunmayıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Çinin bu məsələyə münasibətinin bir daha öyrənilməsi bizim üçün çox vacib idi.
Bundan başqa, görüşlərdə humanitar məsələlər barəsində fikir mübadiləsi apardıq. Biz Çin tərəfindən xahiş etdik ki, bu ölkənin universitetlərində təhsil almaq üçün Azərbaycana ayrılmış kvota artırılsın. Bu, iki ölkə arasında humanitar sahədə əməkdaşlığa bir töhfə olar. Bundan başqa, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekində büstünün qoyulması üçün yaradılan şəraitə görə Çin tərəfinə təşəkkür etdik.
İki ölkənin parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı müzakirələrin də aparıldığını qeyd edən Z.Əsgərov bildirib ki, Azərbaycanın çox yaxşı parlamentlərarası əlaqələrinin olduğu ölkələrdən biri də məhz Çindir. Mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Qərara aldıq ki, parlamentlərarası əməkdaşlığın daha da inkişafı üçün bu səfərlər daha intensiv olsun. Ümumilikdə, Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafı və genişləndirilməsi üçün böyük potensial var. Elə görüşlərdə də bu məqam bir daha vurğulanıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

