“Bilirik ki, danışıqların nəticəsi yoxdur, amma...”
19.02.2013 [01:07]
Mübariz Qurbanlı: Bu, geopolitik mübarizə üçün toxmaqdır, lazım olanda sənə, lazım gələndə də ona vurulur
“Xocalı aeroportu məsələsi böyük fitnəkarlığın tərkib hissəsidir. İqtisadi cəhətdən də rentabelli olmayan bu məsələdə əsas məqsəd Azərbaycanı fitnəkarlığa cəlb etməkdir. Ola bilsin ki, kimlərsə müharibənin yenidən başlanması məsələsini Azərbaycanın üzərinə atmaq və hansısa addımımızdan sonra bəhanə əldə etmək istəyir”.
Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ermənistanın siyasi rəhbərliyinin və rusiyalı ekspertlərin verdikləri bəyanatları şərh edərkən deyib. Onun sözlərinə, Ermənistan ruh düşkünlüyü yaşayır: “İqtisadi cəhətdən Azərbaycanla Ermənistan müqayisə oluna bilməz. Azərbaycanda böyük beynəlxalq tədbirlər keçirilir və bunu dünya televiziyaları yayımlayır. Ramil Səfərov məsələsi prinsipial, mənəvi mahiyyət daşımaqla yanaşı, həm də siyasi məsələ idi. Biz erməni lobbisinə tərs sillə vurduq, erməni lobbisini əzdik. Ermənistan rəhbərliyi düşünürdü ki, biz bunu bacarmayacağıq. Bütün bunları görən ermənilərdə hazırda özünə inamı qaytarmaq cəhdləri edilir. Ara-sıra Xocalı aeroportu məsələsini gündəmə gətirməklə “biz Azərbaycandan qorxmuruq” mesajı verilir. İnanın ki, Ermənistanda erməni əhalisində Azərbaycandan çox böyük qorxu var. Bunlar da o qorxu sindromunu sındırmaq istəyirlər”.
Azərbaycanın güclü təzyiqlərinin olduğunu və bunun nəticə verəcəyinə əminlik ifadə edən M.Qurbanlı qeyd edib ki, hələlik Ermənistanın Azərbaycan hava məkanına daxil olmasına heç bir ölkə razılıq vermir: “Buna birbaşa “hə” deyənlər də sonradan öz fikirlərini dəyişiblər. Əsasən də Beynəlxalq Aviasiya Agentliyi dəhliz verməlidir ki, o da bunu vermir və Azərbaycanın razılığı olmadan bunun reallaşması mümkün deyil”.
“Azərbaycan əleyhinə bəyanatlar səsləndirənlərlə problemin həll yollarını müzakirə etmək paradoks deyilmi” sualına gəlincə isə YAP İcra katibinin müavini bildirib ki, Ermənistana Azərbaycanın danışıqlar masasında qalması lazımdır. Çünki, bu onun üçün böyük bir avantaj olar: “Biz bilirik bu danışıqların nəticəsi yoxdur, amma biz sona qədər danışıqlar masasında oturacağıq. Biz erməni hiyləsinə uymamalı, erməni toruna düşməməliyik. Bugünkü siyasətimizin əsas prioritetləri Ermənistanı iqtisadi gücdən salma, diplomatik zərbələr, hərbi üstünlük və danışıqlarda hərbi üstünlükdən istifadə etməkdir. Qarabağ məsələsi həm Ermənistan, həm də Azərbaycana təzyiq üçündür, bunu hamı bilir. Bu geopolitik mübarizə üçün toxmaqdır, lazım olanda sənə, lazım gələndə də ona vurulur”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27

