Kemi Seba siyasi məhbusdur
17.10.2024 [08:54]
Fransa polisi onu neokolonializmə qarşı mübarizə apardığı üçün həbs edib
Özünü demokratiyanın “beşiyi” hesab edən Fransa müstəmləkəsi altında olan xalqlara qarşı repressiv siyasətini davam etdirir. Fundamental hüquqlarını tələb edən, haqsızlığa qarşı etiraz səsini ucaldan insanların fikirlərinə hörmətlə yanaşmaq əvəzinə, rəsmi Paris onları cəzalandırmaq yolunu tutub. Oktyabrın 14-də Parisdə Fransa polisi tərəfindən Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış ictimai fəal Kemi Sebanın həbs edilməsi də bunun göstəricisidir. Məlumatlara görə, K.Seba restoranda həmkarlarından biri ilə nahar edərkən saxlanılıb. Fransa bu məsələ ilə bağlı münasibət bildirməyib.
Fransa hökuməti onu vətəndaşlıqdan niyə məhrum edib?
Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmlə fəal mübarizə aparır. O, həm də Fransa neokolonializminin əsas tənqidçilərindən biridir. K.Seba 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 2024-cü ildə Fransa hökuməti Parisin müstəmləkəçilik siyasəti nəticəsində Afrika ölkələrinə vurduğu ziyana görə ölkə hakimiyyətini açıq şəkildə tənqid etdiyi və Fransanın dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün onu vətəndaşlıqdan məhrum edib.
Fransa hakimiyyəti K.Sebanı mövqeyindən geri çəkilməyə məcbur etmək üçün dəfələrlə həbs edib. Fransa vətəndaşlığını itirməsinə cavab olaraq Niger prezidenti K.Sebanı xüsusi müşavir təyin edib, bir sıra Afrika ölkələri isə ona diplomatik pasport verib. K.Sebanın müxtəlif sosial şəbəkələrdə geniş auditoriyası var. O, “Facebook”da 1,3 milyon, “TikTok”da 370 min, “Instagram”da 306 min, “X”da 280 min, “YouTube”da isə 230 min izləyiciyə malikdir.
Bakı Təşəbbüs Qrupu K.Sebanın həbsini pisləyib
Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu (BTQ) Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasına dair bəyanat yayıb. BTQ Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib. Qeyd olunub ki, bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına qarşı kobud bir pozuntu deyil, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq kimi qiymətləndirilməlidir.
Bəyanatda bildirilib ki, Kemi Seba uzun illər ərzində neokolonializm siyasətlərinə qarşı çıxan və Afrikanın müstəqillik uğrunda apardığı mübarizədə önəmli simalardan biridir: “Onun saxlanılması, ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübut edir. Bu cür hərəkətlər, Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir. Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır”.
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları müdafiəçilərini və beynəlxalq təşkilatları bu qanunsuz hərəkəti qınamağa və Fransa hökumətini Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb: “Hər bir şəxsin qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc tətbiq edərək insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur. Afrika xalqlarının öz gələcəklərini azad və ədalətli şəkildə müəyyən etmək hüququ təmin olunmalı və onların suverenliyinə qarşı edilən hər hansı müdaxilə qəti şəkildə rədd edilməlidir. Biz, Bakı Təşəbbüs Qrupu olaraq, bu hadisəni Fransanın Afrikada uzun illərdir davam edən neokolonial siyasətinin bir təzahürü kimi görür və regionda həqiqi dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş etdirilməsinə çağırırıq”.
Kemi Seba Azərbaycanda da səfərdə olub
Xatırladaq ki, Kemi Seba Azərbaycanda da səfərdə olub. O, oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib. Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Kemi Seba “neoliberalizm” adı altında Qərb dəyərlərinin bir çox ölkələrə yeridildiyini bildirib. Onun sözlərinə görə, lakin bu dəyərlər bir çox ölkədə müqavimətlə qarşılanır: “Berlin divarının dağıdılmasından sonra Avropa dövlətləri Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri bunu bilir və buna imkan vermirlər”. “Azərbaycan hazırda Fransa ilə gərginlik yaşayır. Siz nəzərə alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət çəkirik. Bəzi şəxslər panafrikanizmlə bağlı böyük tədbirin Bakıda keçirilməsini təəccüblə qarşılayırlar. Lakin ümumi vəziyyətə nəzər yetirsək görərik ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir, deməli, dekolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasındadır. Azərbaycanın Fransanın insan hüquqları ilə bağlı bəyanatlarından artıq təngə gəldiyini bilirik. Afrikalılara gəldikdə, insan hüquqları fransız oliqarxiyasının yadına düşmür. Rəsmi Parisin Qarabağla bağlı mövqeyi Afrika ölkələri, Qviana, Martinika və Qvadelupaya münasibətilə daban-dabana ziddir. Fransa Qarabağdan fərqli olaraq Reünyon və Yeni Kaledoniyada öz müqəddəratını təyinetmə məsələsindən danışmır”, - deyə Kemi Seba çıxışında vurğulamışdı.
Seba Bakıda jurnalistlərə açıqlamasında isə bildirmişdi ki, Fransa hökuməti onlar üçün ciddi bir problemə çevrildiyimizi artıq başa düşür: “Əlbəttə ki, bizim hərəkətlərimizi müxtəlif yerlərdə Fransanın kəşfiyyat xidməti izləyirdi. Onlar gördükdə ki, bizi saxlamaq və manipulyasiya etmək mümkün deyil, repressiyaları gücləndirmək qərarına gəldilər. Fransanın məqsədi neomüstəmləkəçilikdir, çünki onlar müstəmləkəçiliyə qarşı mübarizəni təhdid olaraq görürlər. Buna baxmayaraq, “Sarı jiletlilər” hərəkatının üzvləri arasında bizim mübarizəmizi dəstəkləyənlər də var. Fransa hökuməti vətəndaşlığımızı əlimizdən almaqla mübarizəmizi zəiflətməyə çalışırdı. Lakin anlamadı ki, biz artıq bir sistem qurmuşuq və səsimizi bütün dünyaya çatdırırıq. Azərbaycandan əvvəl daha 5 ölkədə fəaliyyət göstərmişik və əlbəttə, dünyanın dörd bir yanında bu mübarizəni davam etdirəcəyik ki, xalqlarımıza dəstək olaq və Fransanın təzyiqlərinə qarşı duraq”.
K.Seba Bakıya səfəri zamanı “ASAN xidmət” mərkəzini və 1 saylı Bakı DOST Mərkəzini də ziyarət etmişdi.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58

