Siyavuş Novruzov: Azərbaycanda Prezident İlham Əliyevə alternativ olan şəxs yoxdur
08.01.2013 [11:35]
“Müxalifəti təmsil edən istənilən namizədin seçkilərdə səs qazanmaq ehtimalı sıfıra bəradərdir”
“Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətdə kifayət qədər nüfuz qazanmış siyasi təşkilatdır. Bu partiya hakimiyyətə gəldiyi gündən indiyədək ölkəmizə yalnız uğurlar gətirib. Xüsusilə də, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi inkişaf tempinə görə, təkcə regionun yox, o cümlədən, dünyanın lider dövlətinə çevrilib”. Bunu SİA-ya açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
İcra katibinin müavini qeyd edib ki, Azərbaycan xalqı, cəmiyyətin ayrı-ayrı qrupları, siyasi qurumlar və ayrı-ayrı təşkilatlar məhz bu faktorları nəzərə alaraq YAP-ın Sədri İlham Əliyevi yenidən Prezident görmək istəyirlər: “Bu, YAP-ın keçirdiyi bütün tədbirlərdə bəyan edilib. Buna baxmayaraq Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyasının qurultayında rəsmi olaraq irəli sürüləcək”.
S.Novruzov bir məsələni də xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda YAP-ın Sədri, Prezident İlham Əliyevə alternativ ola bilən şəxs yoxdur: “Bir sıra siyasi təşkilatların prezidentliyə namizəd verəcəyi ehtimal edilir. Amma həmin şəxslərin öz namizədliklərini yalnız seçki prosedurunda iştirak etmək naminə irəli sürəcəyi bəllidir. Müxalifət partiyaları da vahid namizədlə bu seçkilərə qatılmaq həvəsindədir. Amma müxalifəti təmsil edən istənilən namizədin seçkilərdə səs qazanmaq ehtimalı sıfıra bəradərdir. Zəhmət çəkib namizədlər siyahısına düşməyə can atmasınlar. Onların şansı YAP-ın namizədi ilə birin yüzə nisbətindədir. Bu da çox az səsdir.
Yeni Azərbaycan Partiyası seçki strategiyasında belə bir xətti rəhbər tutub ki, xalqın, seçicilərin arzu və istəyi həyata keçsin, hamının yeganə seçimi olan Prezident İlham Əliyev yenidən Azərbaycana rəhbərlik etsin. Biz işlərimizi bu istiqamətdə qururuq”.
Azərbaycan Prezidenti İlham Əliyevin keçirilən rəy sorğularında bütün rəqiblərini böyük fərqlə üstələməsinə gəldikdə isə S.Novruzov bildirib ki, bütün bunlar Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi, sosial proqramların, yürüdülən uğurlu xarici və daxili siyasətin məntiqi nəticəsidir: “Prezident İlham Əliyev təkcə Azərbaycanda deyil, eyni zamanda, bütün dünyada tanınmış siyasi xadimdir. Azərbaycanda həyata keçirilən bütün iqtisadi islahatların, regional əhəmiyyətli iri layihələrin bilavasitə təşəbbüskarı və təşkilatçısıdır. Belə olan təqdirdə hörmətli Prezidentimizin keçirilən rəy sorğularında üstünlük əldə etməsi məntiqlidir. Azərbaycan son illərdə MDB-nin lider dövlətinə çevrilib. Bu, BMT-nin son insan inkişafı hesabatında yaydığı statistik məlumatdır. Azərbaycan demokratik quruculuğunun tam formalaşdığı bir dönəmdədir. Dövlətimiz bunu hər dəfə reallaşdırdığı layihələrdə də göstərir və sübut edir. Bu il Azərbaycan üçün çox uğurlu illərdən biri olub. Ölkəmizdə mədəni, siyasi, iqtisadi və dünya miqyaslı tədbirlərin həyata keçirilməsi ötən ilin yaddaqalan hadisələrindəndir. Bunu dünya ölkələri, xüsusilə, ABŞ və Avropa, eyni zamanda beynəlxalq təşkilatlar da bilir”.
Millət vəkili təəssüflə qeyd edib ki, ermənilərlə iş birliyində olan bəzi təşkilatlar, siyasi qüvvələr Azərbaycan xalqına, dövlət başçısına, dövlətçiliyimizə qarşı məqsədli şəkildə əks-təbliğat aparırlar: “Freedom House” təşkilatının Azərbaycana qarşı qərəzli mövqe tutaraq insan hüquqlarının vəziyyətinə dair hesabat yayması, o cümlədən, bu yaxınlarda “Reuters” Agentliyinin Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi ölkələrlə bir sıraya qoyması ölkəmizin bu günə kimi beynəlxalq terrorçuluğa qarşı mübarizəsinin, tolerantlığın, sülh və əmin-amanlığın bərqərar olması istiqamətində verdiyi bütün töhfələrin üzərindən xətt çəkməsi deməkdir. Eyni zamanda bu addımlar Azərbaycanın bütün dünyada artan imicinə kölgə salmaq məqsədi daşıyır. Həmin təşkilata Dağlıq Qarabağdan olan Baqdasaryan adlı erməninin rəhbərlik etməsi də məlumdur. Həmin bu şəxs Dağlıq Qarabağda azərbaycanlıların qətlə yetirilməsində, yurd-yuvalarından didərgin salınmasında, ümumiyyətlə, bir çox qanlı cinayətlərdə əli olan canidir. İndi ədalətdən danışır, Avropa təşkilatlarında Azərbaycanın əleyhinə işlər görür. Onun Azərbaycanda əlaltıları, ona dəstək olanlar isə AXCP və Müsavatın rəhbərləri, onların yaxın çevrəsidir. Bəla burasındadır ki, özünü Azərbaycan xalqının “cəfakeşi”, “himayədarı” kimi təqdim edən, əslində, bütün varlığı ilə bizə düşmən kəsilən erməni lobbisinin əlində oyuncağa çevrilən Əli Kərimli, İsa Qəmbər kimi siyasət dəllalları beynəlxalq təşkilatların planından xəbərdardırlar. Amma hakimiyyətə gəlmək naminə həmin təşkilatlarla iş birliyinə gedirlər. Bunlar xarici ianələr xatirinə Vətəni, xalqı satmağa hazırdırlar”.
Müxalifətin vahid namizədi kimi İsa Qəmbərin adının hallanmasına gəlincə, YAP icra katibinin müavini qeyd edib ki, Müsavat sədrinin namizədliyini irəli sürməsi o demək deyil ki, onun namizədliyi qeydə alınacaq: “Əslində, Azərbaycan qanunlarına görə, yaşı 35-dən yuxarı, əqli cəhətdən kamil olan, ali təhsilli istənilən şəxs prezidentliyə namizədliyini irəli sürə bilər. Müxalifət düşərgəsində xeyli müddətdir ki, vahid namizədlik uğrunda didişmə gedir. Hələlik heç kim bu tükənmiş siyasi təşkilatlar toplusunu təmsil etmək imkanı əldə edə bilməyib. İsa Qəmbər də həmçinin, onun namizədliyini öz ətrafındakılardan savayı heç bir müxalifət partiyası dəstəkləmir. Bu düşərgədə hələ partiyalar arasında mövqe müharibəsi gedir, bir-birini didib-parçalamağa hazırdırlar. Buna baxmayaraq, əgər müxalifət partiyaları vahid namizədlə seçkilərə qatılsalar belə, onların bir yerdə toplayacağı səslərin sayı ilə xalqın ümid yeri, yeganə seçimi olan, YAP-ın namizədi İlham Əliyevin qazanacağı seçici səsləri müqayisə oluna bilməz. Müxalifətin namizədi 1 faizlik barajı aşa bilsə sevinsin”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21

