Ombudsman və insan hüquqları institutları...
04.10.2024 [09:07]
İqlim dəyişiklikləri ilə mübarizədə onların rolu önəmlidir
COP29 ərəfəsində ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bu baxımdan, yerli tədbirlərlə yanaşı, beynəlxalq konfransların keçirilməsi də önəm daşıyır. Yeri gəlmişkən, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə “İqlim dəyişikliyi və insan hüquqları: ombudsman və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu da qeyd edilən məsələ kontekstində əhəmiyyətlidir. Tədbir qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə müsbət təcrübələri paylaşmaq məqsədilə təşkil edilib. Tədbirdə ədliyyə naziri Fərid Əhmədov Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.
Forumda çıxış edən ombudsman Səbinə Əliyeva qlobal iqlim dəyişikliyinin ətraf mühitə, ölkələrin dayanıqlı inkişafına, eyni zamanda, insan hüquqlarının müdafiəsi və təmin edilməsinə bir sıra çətinliklər yaratdığını bildirib. Müvəkkil iqlim dəyişikliklərinin fəsadlarının yalnız bir ölkə və ya regionun ərazisi ilə məhdudlaşmadığını qeyd edərək, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmininə diqqətin artırılmasının vacibliyini vurğulayıb.
Ombudsman deyib ki, Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr ombudsmanın fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini həyata keçirərkən bu sahədə səlahiyyətli olan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edilir. Ombudsmanların Beynəlxalq Bakı Forumu kimi mötəbər tədbirdə Azərbaycan hakimiyyətinin hər üç qolunun yüksək səviyyədə təmsil olunması məhz birgə uğurlu əməkdaşlığın bariz göstəricisidir.
Torpaqlarımızın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığını qeyd edən ombudsman işğal zamanı həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ciddi ziyan vurulduğunu, ekosid törədildiyini diqqətə çatdırıb. Müvəkkil ölkəmizdə müxtəlif nadir bitki və heyvan növlərinin məhv edildiyini, ərazilərimizdən keçən çayların zərərli maddələrlə kəskin çirkləndirildiyini və bunun əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirib.
Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi mina terrorundan danışan ombudsman İkinci Qarabağ müharibəsindən bu vaxta qədər 380-ə yaxın şəxsin mina qurbanına çevrildiyini, basdırılmış minaların keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini, eləcə də mina partlayışlarının regionda ekoloji tarazlığın pozulması ilə nəticələndiyini söyləyib.
Səbinə Əliyeva Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərə uyğun olaraq iqlim dəyişikliyinin mənfi təsirlərinə və bundan yaranan mümkün risklərə qarşı mübarizəyə xüsusi önəm verdiyini qeyd edib, son illər ölkəmizdə ətraf mühitin qorunması və iqlim dəyişikliyinin fəsadlarının qarşısının alınmasına xidmət edən kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev çıxışı zamanı iqlim dəyişikliyi və onun ətraf mühitə mənfi təsirlərinin dünyanı narahat edən əsas qlobal problemlərdən biri olduğunu bildirib. O, iqlim dəyişikliyinin bərabərsizliyi daha da dərinləşdirdiyini və xüsusilə həssas qruplara ciddi təsir göstərdiyini diqqətə çatdırıb.
BMT İnkişaf Proqramının (BMTİP) ölkəmizdəki rezident nümayəndəsi Alessandra Rokkasalvo forumun istər mövcud problemlərin həlli yollarının axtarılması, istərsə də gələcək liderlərin yetişdirilməsi baxımından mühüm platforma rolunu oynadığını qeyd edib. O, BMTİP və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə keçirilən “İqlim dəyişikliyi və insan hüquqları” tədqiqat müsabiqəsi barədə məlumat verərək iqlim fəaliyyətində gənclərin mərkəzi rol olmasının əhəmiyyətini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Katibliyinin icraçı direktoru Noura Zaid Alrshoud çıxışı zamanı meşələrin qırılmasının, faydalı qazıntıların qeyri-qanuni istismarının, çayların çirkləndirilməsinin, minaların yerləşdirilməsinin ətraf mühitə ciddi ziyan vurduğunu qeyd edib, bu kimi halların beynəlxalq insan hüquqları və humanitar hüququn prinsiplərini ciddi şəkildə pozduğunu diqqətə çatdırıb. İcraçı direktor iqlim dəyişikliyi və onun nəticələrinin insan hüquqlarının səmərəli həyata keçirilməsinə mənfi təsir göstərdiyini qeyd edib.
Tədbirdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün konfrans iştirakçılarına videomüraciəti də dinlənilib.
Tədbirdə Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında panel sessiyaları təşkil edilib.
Tədbirin yekununda Ombudsmanların Beynəlxalq Bakı Forumunun Bəyannaməsi səsləndirilib və qəbul olunub.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

