6 milyon 422 minə yaxın seçici...
29.08.2024 [09:50]
MSK parlament seçkilərinə tam hazırdır
Məlum olduğu kimi, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar bülletenlərin dairə seçki komissiyalarına paylanılması avqustun 26-da başa çatdı. Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, seçki bülletenləri səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təhvil veriləcək.
MSK sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi, deputatlığa namizədlərin və seçicilərin son sayı ilə bağlı Real TV-nin suallarını cavablandırıb. O, qeyd edib ki, MSK növbədənkənar parlament seçkilərinə tam hazırdır: “Fəaliyyətimiz şəffaf keçir, müxtəlif media qurumları da MSK-nın gördüyü işləri davamlı olaraq ictimaiyyətə çatdırır.
Azərbaycanda seçki komissiyaları fəaliyyət göstərmək üçün müvafiq binalarla təmin olunub. Bu baxımdan ölkəmizdə MSK da daxil olmaqla dairə seçki komissiyaları üçün nümunəvi binalar tikildi. Məsələn, 125 dairənin yarıdan çoxu, təxminən 70 faizininin binaları yeni tikilib. Bəziləri isə əvvəllər mövcud olan binalar idi. Bu il həmin binalar ölkə başçsının müvafiq tapşırğına əsasən yeniləndi. Bölgələrimizin əksəriyyətində 15 ildən çoxdur ki, ciddi işlər aparılır, kəndlərdə və qəsəbələrdə də seçki təyinatlı binalar tikilir”.
M.Pənahov növbədənkənar parlament seçkilərində namizədlərin və seçicilərin sayını da açıqlayıb: “125 dairə üzrə 991 namizədin adı bülletenə daxil edilmişdi. Deputatlığa namizədlərdən biri 3 gün öncə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Ona görə də 990 namizəd var. 125 dairə üzrə siyahıya alınmış seçicilərimizin sayı isə 6 milyon 421 min 960 nəfərdir. Yəni, 6 milyon 422 minə yaxın seçici var. Bu seçicilər, ümumilikdə, 6478 məntəqədə səs verəcəklər. Onlardan 6343-ü daimi fəaliyyət göstərən məntəqədir, müvəqqəti məntəqələrimizin sayı isə 135-dir. Belə məntəqələr hərbi hissələr, sərhəd qoşunları və müvəqqəti təcridxanalarda olan seçicilərimizin səs verməsi üçündür. Müvəqqəti məntəqələrmizin də hər biri səsverməyə hazırdır”.
Azad edilmiş rayonlarda seçicilərin sayı...
MSK sədri bildirib ki, azad edilmiş ərazilərimizdə 54 məntəqə fəaliyyət göstərəcək: “Həmin məntəqələrin sayı “Böyük Qayıdış” planına əsasən müəyyən edilib. Prosesi elə təşkil etmişik ki, azad edilən bölgələrimizə qayıdan seçicilərin hamısı rahat səs verə bilsinlər. 42 min 200-ə yaxın seçicinin səs vermə hüququ var. Məntəqələrdən 34-ü daimi, 20-i isə müvəqqəti fəaliyyət göstərir”.
1000 məntəqədə veb kamera quraşdırılıb
M.Pənahov seçkilərdə şəffaflığın yüksək təmin edilməsindən də danışıb. O, qeyd edib ki, 1000 məntəqədə veb kameralar quraşdırılıb: “Veb kamerların quraşdırılması da artıq başa çatıb. Seçilən 1000 məntəqələrin hər birində Azərbaycan ərazisi tam əhatə olunub. Yeri gəlmişkən, bəzi seçicilərimizin şəxsiyyət vəsiqələrinin müddəti başa çatıb. Amma vətəndaşlar bundan narahat olmasınlar. Müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə bağlı bütün məntəqələrə göstərişlər verilib ki, vətəndaşlar tam sərbəst səs verə bilsinlər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

