Zəngilanın işğalından 19 il ötdü...
30.10.2012 [07:09]
Azərbaycanın dilbər guşələrindən biri-Zəngilan rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 19 il ötür. Zəngilan ərazisi nəinki Azərbaycanın, ümumilikdə, insanlıq tarixinin ən qədim yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verirdi. Rayon statusunu 1930-cu ildə əldə edən Zəngilan rayonunun ərazisi 707 kv. km., əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Rayonun mərkəzi Zəngilan şəhəridir.
Beləliklə, XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, siyasi anarxiya, xaos, hakimiyyətsizlik və daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri, o cümlədən, ermənilərin başlatdığı seperatçılıq torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Bu isə, Azərbaycan tarixinə daha bir qara günün əlavə edilməsi ilə nəticələndi- 29 Oktyabr...
Qeyd edək ki, Zəngilan da digər rayonlar kimi müharibə alovunu 1990-cı ildən hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali o dövrün hakimiyyətindən gizləyib saxladıqları ov tüfəngləri ilə öz yurd-yuvalarını qorumaq üçün sipərə çevrildi. Əslində, Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq, reallaşmışdı. İşğala aparan xronologiyaya nəzər saldıqda bu daha aydın olur. Belə ki, 1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları intensivləşməyə başladı və nəticədə, fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndi basqına məruz qaldı. Rayon ərazisində açıq döyüş vəziyyəti hökm sürürdü.
1992-ci ilin iyunun 29-da edilən hücum kəskinləşir və artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tuturdu. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qaldı. 1993-cü ildə isə döyüşlər ara vermirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrildi. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəliləyib rayon mərkəzini mühasirəyə aldı. Beləliklə, oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olundu, bununla da, Zəngilanın mühasirəsi başa çatdırıldı.
Təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşdı. Ümummilli liderimiz Heydər Əliyev İran hökuməti ilə danışıqlar apardıqdan sonra Araz çayı üzərindəki bənddə su bağlandı və əhali çayı keçib xilas oldu. Buna görə də, zəngilanlılar Heydər Əliyevə daim minnətdardılar. Çünki İran hökumətinin razılığı əldə edilməsəydi Zəngilan əhalisi ya bir nəfərə kimi məhv olmalı, ya əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı...
Zəngilanın işğalı nəticəsində, dünya florasının incilərindən sayılan, dünyada ikinci, Avropada birinci nadir Çinar meşələri, yerüstü və yeraltı sərvətlər, o cümlədən, 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmiryol stansiyası, 2 Şərab zavodu, Konserv zavodu, dəmiryol deposu düşmənin əlinə keçdi...
Hazırda, Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıblar. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində, 33 döyüşçü qəhrəmancasına həlak olub, 7 nəfər polis işçisi itkin düşüb. Zəngilan 200 nəfərdən çox şəhid verib. İşğal nəticəsində 12800 uşaq zərər çəkib, 395 uşaq yetim qalıb. 44 nəfərin aqibəti isə bəlli deyil, 127 nəfər müharibə əlilidir...
Rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları olub.
Son olaraq qeyd edək ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət kursu Dağlıq Qarabağın, o cümlədən də, işğal altında olan digər rayonların işğaldan azad edilməsini mütləqləşdirir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və bu gün çox uzaqda deyil. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu işğal faktı ilə barışmayacaq və silahlı yolla da olsa biz öz torpaqlarımıza qovuşacağıq...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

