İsa Qəmbər-Əli Kərimli mübarizəsi yenidən qızışır
17.10.2012 [23:37]
Xalqdan heç bir dəstəyi olmayan, yalnız maraqlı xarici qüvvələrin əlaltısı qismində “siyasi fəaliyyətini və istiqamətini” müəyyənləşdirən Azərbaycanın radikal müxalifəti yenidən öz ampulasında çıxış etməyə başlayıb. Belə ki, məzmunundan asılı olmayaraq baş verən hər hansı bir hadisəni siyasi müstəviyə daşımağa cəhd göstərən, ağlına gələn iddianı ortaya ataraq özünün siyasi varlığını sübut etməyə çalışan radikal düşərgə yenə də “kütləvi aksiya” şousu keçirmək istədiyini deyir. Amma görünən budur ki, deməyə sözü, hər hansı bir konsepsiyası olmayan radikal düşərgə sadəcə hansısa fərqli maraqlar müstəvisində bu “aksiyanı” keçirmək istəyir.
Əslində, bu aksiyanın şou xarakteri daşıması hər kəsə aydındır. Çünki düşərgə başbilənlərinin BŞİH tərəfindən təklif olunan yerlərdə deyil, öz “istədikləri” məkanlarda aksiya keçirmək istəkləri hər şeyi bəlli edir. Bütün insan hüquq və azadlıqlarının qorunduğu, o cümlədən, sərbəst toplaşmaq azadlığının təmin edildiyi Azərbaycanın siyasi palitrasından silinmədiyini sübut etməyə çalışan Müsavat və Xalq Cəbhəsi partiyalarının rəhbərləri bilirlər ki, təklif edilən yerlərdə kütləvi aksiya keçirməyə gücləri, potensialları yoxdur. Bu səbəbdəndir ki, onlar öz aksiya-şoularını məhz fərqli məkanlarda keçirmək niyyətlərini dilə gətirirlər.
Radikal müxalifətin artıq ənənə halını alan bu tip “aksiyalarını” şəhərin insanların gur olan yerlərində keçirmə arzusunun səbəbləri isə bəllidir. Çünki onlara təklif olunan yerlərdə aksiya keçirmək üçün sadəcə potensialı olmayan düşərgə bu yolla öz zəifliyini ört-basdır etməyə çalışır. Heç uzağa getməyək, bu ilin əvvəlində təklif olunan yerlərdə keçirdikləri “mitinq”lər onların gücünü meydana çıxardı. Bəlli oldu ki, radikal düşərgənin hətta normal piket keçirmək üçün potensialı belə mövcud deyil. Sadəcə, şəhərin mərkəzində icazəsiz aksiyalar keçirməyə cəhd göstərən radikal düşərgə parklarda dincələn, evinə, işinə gedən insanları, o cümlədən, onların “özlərini yerə sürtmə şouları”na kənardan baxan insanları “öz tərəfdarları” qismində təqdim etməyə çalışacaq. Çünki hər zaman xalqın onların bu cür ucuz şoularına etinasız münasibəti düşərgənin işini əngələ salır. Hətta öz “aksiyalarını” istirahət günlərinə salan, icazəsiz aksiyalarını istirahət məkanlarında həyata keçirməyə çalışan radikal müxalifətə xalq tərəfindən heç bir ciddi reaksiya verilmir. Çünki xalq onların hansı məqsədlə bu şouya əl atdığını, hansı məqsədlər uğuruna özlərini yerə sürtdüklərini bilir.
Qeyd etdiyimiz kimi, radikal müxalifət əslində bu cür ucuz şoularla cəmiyyətin diqqətini özünə cəlb etməyə çalışsa da, bu mümkün olmur. Azərbaycan xalqının keçirilən seçkilərdə radikal müxalifəti birmənalı şəkildə rədd etməsi düşərgə təmsilçilərinin bu cəhdlərinin yalnız lokal şəkildə bir neçə qrupu küçəyə çıxarmaqla nəticələnir. Bu isə onların əsl “güclərini və dəstəklərini” nümayiş etdirir.
Digər tərəfdən, bu aksiya-şousunun arxasındakı başqa məqamlarda da cəmiyyətə bəllidir. Hər zaman xarici maraqların yerli təmsilçisi qismində çıxış etməyə hazır olan, maddiyyat qarşılığında xalqının və dövlətinin maraqlarını satmağa müntəzir radikal düşərgə rəhbərlərinin arasındakı çəkişmələr bir daha göstərir ki, bu dəfəki şou da həmin mübarizənin yeni fazasıdır. İstər Müsavat Partiyasının rəhbəri İsa Qəmbər, istərsə də AXCP sədri Əli Kərimli yenidən xarici pulları əldə etmək üçün qarşı-qarşıya durublar. Onlar aksiya-şoularını tərtib etməklə xarici pul mənbələrinə qarşıdan gələn seçkilərdə “daha fəal” ola biləcəkləri mesajını ötürmək istəyirlər. Yəni, radikal düşərgənin bu aksiya-şousunun arxasında heç də özlərinin iddia etdikləri məsələ deyil, son dövrlərdə pul mənbələrinin onlara azalan güvənini yenidən qazanmaq istəyi dayanır. Sadəcə, istər Ə.Kərimli, istərsə də İ.Qəmbər dərk edir ki, bunun üçün özünü “güclü” göstərmək lazımdır.
Təxmin etmək olar ki, iki partiya arasındakı qarşıdurmaların daha açıq fazaya keçəcəyi dönəm də məhz bu şoulardan sonrakı dövrdür. Ənənəvi olaraq daxili rəqabətdən başqa bir işləri olmayan bu iki partiyanın istəyi sadəcə digərindən bir addım önə çıxmaqdır. Bunun üçünsə istər Müsavat, istərsə də AXCP ənənəvi olaraq nəzarətində olan mətbu orqanlardan istifadə edəcək. Xatırladaq ki, bu iki partiya sədri arasında gedən çəkişmələr bir müddət öncə pik nöqtəyə çatdı və hər iki partiya sədri özünü müxalifətin vahid namizədi elan etdi. Üzdə müttəfiq fonu verməyə çalışsalar da, cəmiyyət bu iki şəxsin arasındakı düşmənçilik həddində olan münasibətdən xəbərdardı.
Bəli, radikal düşərgə özü də dərk edir ki, hər bir aksiya şousu onların gücsüzlüyünü, potensialının tükəndiyini bir daha nümayiş etdirir, bu düşərgənin öz qohum-əqrəbasından başqa elektoratının olmadığını ortaya çıxarır. Çünki xalqımız hər dəfə radikal müxalifətə yerlərini və kim olduqlarını göstərir. Azərbaycan xalqı bir daha inkişafı dəstəklədiyini, dövlətinin, hakimiyyətinin arxasında olduğunu nümayiş etdirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25

