/ / Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3
27.06.2024 [17:16]
İyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxılıb.
İclasda sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak ediblər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.
Sonra məruzəçi hakim, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” parlamentin 2024-cü il 21 iyun tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 981 - ci maddəsinin 1-ci hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edib. Azərbaycan Respublikası Prezidentinin sorğusunda göstərilib ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 105 səs çoxluğu ilə parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmin qərarla Azərbaycan Respublikasının Prezidentindən Milli Məclisin Azərbaycan Respublikasının Konstitusiyasının 981 - ci maddəsinə əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilib.
Azərbaycan Respublikasının Prezidentinin sorğusunda habelə bildirilir ki, Milli Məclisin qərarı üzrə yekun qərar qəbul etməzdən əvvəl hazırkı şəraitdə parlamentin buraxılmasının və növbədənkənar seçkilərin təyin edilməsi təşəbbüsünün Konstitusiyaya uyğunluğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin öyrənilməsi zəruridir.
Sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov çıxış edərək bildirib ki, Milli Məclisin qərarında əsaslı olaraq çox vacib məsələlər, problemlər qaldırılıb. O qeyd edib ki, xüsusilə də Konstitusiya Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli Qərarında çox maraqlı bir məsələyə toxunulub: “Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, Milli Məclis təbii olaraq deputatların mütləq əksəriyyəti ilə öz qərarlarının, öz işinin aparıb-apara bilməyəcəyi barədə qərar qəbul etməyə səlahiyyətlidir. Həmin qərardan bizim anlayışımız ondan ibarətdir ki, biz bu məsələdə Milli Məclisin həmin qərarını əsas götürüb ona hörmətlə yanaşmalıyıq. Bu halda Milli Məclis 105 səs çoxluğu ilə qərara gəlmişdir ki, seçkiləri daha əvvəl keçirmək daha məqsədəmüvafiqdir. Biz də hesab edirik ki, bu mövqe əsaslıdır”.
Cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev parlamentin müzakirə olunan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı danışıb. Konstitusiyanın 981 - ci maddəsinin parlamentin bu məsələ ilə bağlı müraciət etmək hüququnu məhdudlaşdırmadığını vurğulayan Fərid Hacıyev deyib: “Bu da nəzərə alınmalıdır ki, Milli Məclisin qərarında qeyd olunduğu kimi, COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır”.
Milli Məclis Aparatının rəhbəri bildirib ki, bu baxımdan seçkilərin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakını təmin edəcək. Beləliklə, Konstitusiyanın 56-cı maddəsində təsbit edilmiş vətəndaşların seçki hüququna təminat veriləcək. Bu, eyni zamanda, deputatlığa namizədlərin seçkiqabağı təşviqatı rahat şəkildə aparmalarına imkan yaradacaq.
İclasda ekspert qismində çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov diqqətə çatdırıb ki, bu ilin noyabrında bir çox ölkələrdən nümayəndə heyətlərinin iştirakı ilə ən mötəbər beynəlxalq tədbirlərdən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası Azərbaycanda keçiriləcək. Ekspert vurğulayıb ki, bu baxımdan həm parlament seçkilərinin, həm də adıçəkilən tədbirlərin yüksək səviyyədə təşkili böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, həmin dövrdə Milli Məclisin ölkənin ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkəmiz üçün bu əhəmiyyətli tədbir zamanı normativ fəaliyyətin davamı olaraq həyata keçirilməsi üçün Milli Məclisin çağırışının tam formalaşması zəruridir.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.
Müşavirədən qayıtdıqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib.
Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981 - ci maddəsinə uyğun hesab edilməlidir.
Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10

