Türkiyə BRİCS-ə üzv olarsa...
06.06.2024 [10:55]
Rəsmi Ankara müzakirələri başlatmaq niyyətini açıqladı
Son illərdə siyasi-iqtisadi mühitdə bir tendensiya xüsusilə diqqət çəkir - “qlobal ağırlıq mərkəzi” Qərbdən Şərqə tərəf “yol alıb”. Xüsusilə, Avropa İttifaqı daxilində yaranan ziddiyyətlər, Qərbə münasibətdə fərqli yanaşmaların ortaya çıxması, o cümlədən, Qərbin özünün bir sıra məsələlərə yanaşmada nümayiş etdirdiyi fərqli standartlar bu məsələni daha da ciddiləşdirib. Artıq “soyuq qütbdən” “isti torpaqlara” yönələn maraq xətti özünün bütün detallarını açıq şəkildə ortaya qoyur. Həm iqtisadi, həm də siyasi gündəliyin aparıcı komponentlərinin Avropadan uzaqlaşması isə özlüyündə yeni gündəm formalaşdırır.
Məsələn, son illərdə qlobal siyasi mühitin aparıcı oyunçularından birinə çevrilmiş, iqtisadi-siyasi gücü ilə yanaşı, hərbi potensialı ilə göz oxşayan Türkiyə yeni bir mühitə tranformasiya istəyini açıqlayıb. Belə ki, Türkiyə BRİCS-ə qoşulmaq istəyir və bu məsələni assosiasiya ölkələrinin Nijni Novqorod sammitində müzakirə etmək niyyətindədir. Bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan məlumat verib. “Əlbəttə, biz BRİCS-ə üzv olmaq istərdik. Gəlin, görək bu il hər şey necə olacaq”, - Türkiyənin xarici işlər naziri Pekində Çin və Qloballaşma Mərkəzinə (CCG) səfər edərkən bildirib.
Fidan BRİCS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorodda iyunda keçirilməsi planlaşdırılan görüşündə də iştirak etmək niyyətində olduğunu bildirib. Nazir izah edib ki, bu sammitdə Türkiyənin assosiasiyaya qoşulması məsələsini müzakirə etmək istəyir. Qeyd edək ki, bu ilin oktyabrında BRİCS-in Kazanda keçiriləcək 16-cı sammiti baş tutacaq.
İnkişaf edən BRİCS...
Türkiyənin belə bir qərar verməsi təsadüf sayıla bilməz və yerləşdiyi regionun ən aparıcı dövləti sayılan rəsmi Ankaranın yanaşmasının mütləq şərtlərə və arqumentlərə söykəndiyi şübhəsizdir. Xüsusilə, BRİCS-in sıralarına nəzər saldıqda, Türkiyənin bu mövqeyinin detalları daha açıq şəkildə üzə çıxır. BR?CS+ (BRİCS - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının baş hərfləridir) dövlətlərarası assosiasiyadır. Tərkibində doqquz dövləti - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, BƏƏ, İran, Misir və Efiopiyanı birləşdirən təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan, Çin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb. BRİCS ölkələri arasında ikitərəfli münasibətlər siyasi kurslara qarışmamaq şərti ilə, bərabərlik və qarşılıqlı fayda əsasında qurulub. Təşkilatın təsisçilərindən olan Rusiya, Çin, Hindistan və Braziliya əhali, ərazi və ÜDM baxımından dünyanın on ən böyük ölkəsi sırasındadır. BRİCS ölkələrinin ümumi sahəsi 45,726,508 km və ümumi əhalisi təqribən 3,41 milyard nəfər təşkil edir - bu isə dünya quru səthinin təxminən 26,7 faizidir. BRİCS üzvləri həm də ən sürətlə inkişaf edən ölkələr kimi səciyyələndirilir. 2023-cü ilin avqust ayına olan məlumata görə, 40 ölkə BRİCS-ə qoşulmaqda maraqlı olduğunu bildirib, onlardan 20-yə yaxını rəsmi olaraq qəbul üçün müraciət belə edib. Üzvlük üçün rəsmi müraciət edən ölkələr sırasında Əlcəzair, Banqladeş, Belarus, Venesuela, Pakistan da var. Qrupun 2024-cü ilin sonuna kimi Şərqi Afrika ölkələri ilə qarşılıqlı əlaqələrinin daha da güclənəcəyi proqnozlaşdırılır - bunda əsas rol Misir, Efiopiya, İran və BƏƏ-nin birliyə daxil olması ilə bağlıdır. Ümumiyyətlə, BR?CS tezisi G7 dövlətləri kimi güclü iqtisadi blok yaratmaq potensialından qaynaqlanır.
Beləliklə, Türkiyə üçün möhtəşəm yeni bir aura formalaşdırmaq imkanında olan BRİCS həm iqtisadi cəlbediciliyi, həm də siyasi perspektivi ilə önə çıxır. Onsuz da Rusiya və digər BRİCS ölkələri Türkiyə məhsulları üçün kifayət qədər tanış məkanlar sayılır. İstər Türkiyənin yüngül sənaye, istərsə də kənd təsərrüfatı məhsullarının geniş ixrac coğrafiyası sayılan BRİCS-ə üzvlük hər iki tərəf üçün mühüm üstünlüklər vəd edir.
Ankara üçün yeni imkanlar...
İlk növbədə Türkiyə Aİ üzvlüyü “siyasi gündəmini” sonlandıracaq. Aİ üzvlüyünə “ən qocaman” namizəd sayılan Türkiyə 1987-ci ildən quruma müraciət ünvanlamışdı - 1999-cu ildə isə namizəd statusu almışdı. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlar aparsalar da, fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də, Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 8 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib. Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bir müddət öncə “İzvestiya” qəzetinə bildirmişdi ki, Türkiyə 2024-cü ildə Avropa İttifaqına üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil.
Beləliklə, Türkiyə onsuz da mühüm müsbət əlaqələrə malik olduğu dövlətlərin təmsil olunduğu BRİCS-ə üzv olmaqla özünün iqtisadi imkanlarını daha da artıracaq. Eyni zamanda, Şərq-Qərb istiqamətində mühüm logistik əhəmiyyət daşıyan Türkiyənin BRİCS-də təmsil olunması ÜDM-in artımına yol açacaq - bu, tranzit daşımalarda da xüsusi üstünlük formalaşdıracaq. Qurum üzvləri arasında fərqli qitələrin təmsilçilərinin yer alması isə Türkiyə üçün yeni inkişaf mərhələsi yarada bilər - bu yolla Ankaranın Cənubi Amerika, Cənubi Afrika və digər coğrafi məkanlarla əlaqələri həm də strateji əməkdaşlıq müstəvisinə yüksələ bilər.
Türkiyə BRİCS-ə güc qazandıracaq...
Türkiyənin BRİCS üzvlüyü həm də qarşı tərəfin - təşkilatın üzvü olan dövlətlərin iqtisadi-siyasi marağında olmalıdır. İlk növbədə Türkiyə dünyanın hazırda ən potensial inkişaf xətti əldə etmiş hərbi gücünə çevrilməkdədir. Yeni nəsil silahların istehsalı Türkiyəni təşkilat üzvləri üçün əvəzedilməz müttəfiq kimi xarakterizə edir. Eyni zamanda, dünyanın əsas iqtisadi oyunçusu olan bəzi dövlətlərin yer aldığı bu qurumda Ankaranın da təmsil olunması coğrafi anlamda yeni bir mərhələ olacaq. Avrasiyanın mərkəzində, strateji əhəmiyyətə malik su xəttinin, dəmir yolu xəttinin və quru yol? xəttinin üzərində yerləşən Türkiyə BRİCS üçün böyük tapıntıdır. Türkiyə iqtisadiyyatı statistika üzrə 15 rübdür ki, inkişaf etməkdədir. ÜDM 2024-cü ilin birinci rübündə əvvəlki ilin eyni rübünə görə 5,7 faiz artıb. Bu rəqəmlər onu göstərir ki, Türkiyə BRİCS-ə qoşulmaqla təşkilatın gücünə güc qata bilər.
Təşkilat üzvlərinin yeni müraciətlərlə bağlı verdikləri açıqlamalar da pozitivdir. Məsələn Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində deyib ki, Rusiya BRİCS-ə böyük marağı alqışlayır, lakin “təşkilat çətin ki, bütün üzv olmaq ölkələrin maraqlarını təmin etsin”. RİA “Novosti”nin verdiyi məlumata görə, Peskov BRİCSin bütün maraqlı dövlətlərlə əlaqə saxlamaqda maraqlı olduğunu vurğulayıb. “Bunun üçün, əslində indi müxtəlif formatlar düşünülür”, - Peskov bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, bu günə qədər 30-a yaxın ölkə müvafiq ərizələr göndərməklə BRİCS ilə “bu və ya digər formada” qarşılıqlı əlaqəni artırmağa hazır olduqlarını nümayiş etdirib: Çox fərqli siyasi və iqtisadi sistemlərə malik ölkələr BRİCS-ə qoşula bilər. Üzvlüklə bağlı qərar bütün üzv dövlətlərin konsensusu ilə qəbul edilir”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30

