Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Hal-hazırda Azərbaycan-İran münasibətləri normal səviyyədədir

Əli Həsənov: Hal-hazırda Azərbaycan-İran münasibətləri normal səviyyədədir

14.09.2012 [16:16]

“Hal-hazırda Azərbaycan-İran münasibətləri normal səviyyədədir. Keçmişdə, xüsusilə də “Eurovision” ərəfəsində İranın bəzi dairələrinin apardığı anti-Azərbaycan kampaniyası fonunda kəşkinləşmiş münasibətlər aradan qalxmaqdadır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
O bildirib ki, bu münasibətlərin normallaşması artıq öz təzahürünü göstərir: “Həm İran, həm Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətləri bundan sonra mehriban qonşuluq, dostluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində davam etdirməyə hazır olduqlarını bəyan ediblər”.
Paylaş:
Baxılıb: 978 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30