"Bizim etiraz səsimiz AKİ-nin yatan katiblərini oyatdı"
20.07.2012 [00:35]
Məlum olduğu kimi, iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) yaradılıb. ARKİ-nin təşəbbüs qrupunun və İdarə Heyətinin tərkibinə tanınmış kino xadimləri daxildirlər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, yaradılma təşəbbüsü irəli sürülmüş ARKİ-nin fəaliyyət istiqamətləri milli filmlərin beynəlxalq arenaya çıxarılması, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasından ibarət olacaq. Lakin bu qurumun yaradılması Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) rəhbərliyi tərəfindən qəzəblə qarşılanıb.Belə ki, Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurumun katibləri KİV-ə açıqlamalarında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına bir sıra ittihamlar səsləndiriblər. Sonuncu bu cür ittihamları isə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov səsləndirib.
öz növbəsində ARKİ-nin İdarə Heyətinin üzvü, tanınmış rejissor, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev qəzetimizə açıqlamasında səslənən ittihamların tamamilə əsassız olduğunu deyib: “öncə onu deyim ki, iddiaların əksinə olaraq ARKİ-ni təsis edən və orda təmsil olunan insanları kimsə ora zorla cəlb etməyib. Biz ürəyimizin səsinə qulaq asıb bu addımı atmışıq. Ən əsası bizi bu addımı atmağa Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi AKİ-nin fəaliyyətsizliyi və digər mənfi hallar olub. Mən əslində, bu cür ittihamları səsləndirən AKİ-nin bəzi katiblərinin mövqeyini başa düşürəm. Bu mənada ki, onlar özlərini müdafiə etməlidirlər. çünki indiyə qədər demək olar ki, kino sahəsində heç bir fəaliyyət göstərməyiblər və ona görə də, bizim qurumun yaranmasını bu cür təşvişlə qarşılayırlar. Yaratdığımız qurumu necə adlandırmağımıza gəlincə isə bu da bizim öz işimizdir. İkincisi iddia edirlər ki, guya biz R.İbrahimbəyovun yanına gedib, hər hansı təşəbbüslə çıxış etməmişik. Halbuki bu iddia da kökündən əsassızdır. çünki biz dəfələrlə AKİ-nin rəhbərliyinə müraciətlər etmişik. Amma bizim müraciətlər heç bir zaman öz həllini tapmayıb. Ona görə də, biz hesab etdik ki, artıq R.İbrahimbəyovla bir yerdə işləyə bilmərik və yeni qurumun yaradılmasına qərar verdik”.
Yeri gəlmişkən, ittihamlardan biri də ARKİ-nin Milli Kino Günü ilə bağlı təsis etdiyi mükafatla əlaqədardır. Lakin C.Quliyev bu ittihamın da yersiz olduğunu deyib: “Deyirlər ki, biz öz mükafatımızı onlardan bir gün sonra təsis etdik. Halbuki ARKİ-nin yaradılması üzrə təşəbbüs qrupunun ilk iclasında bu mükafat barədə söhbət olmuşdu. Sonradan isə biz həmin mükafatı təsis etdik. Eyni zamanda, bu məqamda mən qarşı tərəfə sual vermək istəyirəm-AKİ uzun illər öncə yaranmış bir təşkilatdır. Eyni zamanda, bizim görkəmli kinorejissorumuz, Xalq artisti, Azərbaycan kinosunun inkişafına böyük töhfələr vermiş və AKİ-nin fəaliyyətində də özünəməxsus rolu olan Rasim Ocaqov 2006-cı ildə vəfat edib. Niyə görə ötən 6 il ərzində AKİ bu böyük sənətkarın adına mükafat təsis etmirdi? Niyə məhz bizim qurum yarandıqdan sonra tez-tələsik bu mükafat təsis olundu? Bizim AKİ-yə iradlarımızdan biri o idi ki, bu ittifaq uzun illər Milli Kino Mükafatını verməkdən boyun qaçırırdı. Düzdür, bir müddət “Qızıl çıraq” mükafatı oldu. Amma sonradan bu mükafatın verilməsi də dayandı və bəhanələr gətirildi ki, pul yoxdu. Nədənsə birdən-birə bu gün pul tapıldı. Və AKİ-nin yatan katibləri oyandılar. çünki bizim etiraz səsimiz onları oyatdı. Mən çox sevinirəm ki, AKİ nəhayət ki, Rasim Ocaqov adına mükafat təsis etdi. Eyni zamanda, təəssüflənirəm ki, niyə görə bu günə kimi Azərbaycan kinosunun veteranı Fikrət Əliyev AKİ tərəfindən unudulmuşdu. Niyə bu günə qədər ona “Qızıl pəri” mükafatı verilmirdi? Niyə görə, “Yuxu” filminə “Qızıl pəri” mükafatı verilmədi? Yaxud niyə bu günə qədər bəzi insanlar AKİ-yə üzv olmaq istəmirdilər və yalnız biz fəaliyyətə başlayandan sonra onlar birdən-birə R.İbrahimbəyovun təşkilatına üzv qəbul olundular? Heç şübhəsiz, bu sualların cavabını R.İbrahimbəyovun özü və onun rəhbərlik etdiyi təşkilatın bəzi katibləri yaxşı bilirlər”.
Yeni qurumun üzvlərinin AKİ-nin üzvlük vəsiqələrini təhvil vermədiklərinə dair fikirlərə gəlincə C.Quliyev “Əgər AKİ-nin katiblərinə bu vəsiqələr lazımdırsa şəxsən mən günü bu gün həmin vəsiqəni qaytarıram. Bizim qurumda təmsil olunan digər şəxslər də qaytaracaqlar” deyib.
Cəmil Quliyev sonda şəxsən Əli İsa Cabbarova ünvanlanmış fikirlərini də dilə gətirib: “Əli İsa Cabbarov məlum müsahibəsində deyir ki, o müəllimlərinə hər zaman hörmət edir. çox yaxşı. Azərbaycan xalqının gözəl cəhətlərindən biri də odur ki, hər zaman müəllimə, böyüyə hörmət olub. Mən də üzümü ona tutub deyirəm ki, gəlin, bu ənənəni axıra qədər saxlayaq. Heç bir fitvaya, heç bir iftiraya getməyək”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

