Azərbaycanda həyata keçirilən uğurlu siyasət yeni nailiyyətlər üçün ciddi zəmin yaradır
16.03.2012 [01:46]
- Rüstəm müəllim, bildiyimiz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilməkdədir. Bu proqramların uğurlu nəticələri haqqında fikirlərinizi bilmək istərdik...
- Hazırda yüksək inkişaf mərhələsinə qədəm qoymuş müasir Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Sözsüz ki, respublikamızın yüksək artım templəri əldə etməsinin və indiki meqainkişaf erasına çatmasının başlıca məntiqi elmi-iqtisadi məzmunu Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib.
Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi model Azərbaycanın son illər davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Bu model çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir. Regionların inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları da məhz modernləşmə və tərəqqi modelinin prioritet konseptlərini təşkil edir. ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosio-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 8 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
- Milli Məclisin Regional məsələlər komitəsinin üzvü kimi bələdiyyələrlə sıx təmaslarda olursunuz. Bir neçə il öncə bu sahədə islahatlar oldu və bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildi. Birləşmə prosesi müsbət nəticələrini verirmi?
- Təbii ki, müsbət nəticələr var. Zaman keçdikcə bu nəticələr özünü daha çox göstərəcək. İlk əvvəllər bələdiyyə qanunvericiliyi yaradılarkən belə bir müddəa vardı ki, vətəndaşların rəyindən asılı olaraq hər bir yaşayış yerində bələdiyyələr yaradıla bilər. Bu səbəbdən o dövrdə 2757 bələdiyyə fəaliyyət göstərirdi. Amma kiçik bələdiyyələrin maddi-texniki bazasının olmaması səbəbilə onların fəaliyyəti qənaətbəxş sayıla bilməzdi. Onların kadr potensialı zəif idi, ödənişləri yığa bilmirdilər və s. problemlər var idi. O səbəbdən də bələdiyyələrin birləşdirilməsi zərurəti ortaya çıxdı. Bu, çox düzgün proses idi. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq belə bir addımın atılması bələdiyyələrin gələcək fəaliyyəti üçün bir stimul sayıla bilərdi. Bu baxımdan, bələdiyyələrin birləşməsi ən vacib məsələlərdən biri sayıla bilər. 1000-dən artıq bələdiyyə birləşdi və bu gün ölkəmizdə 1718 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrə istiqamət verən, metodik yardım göstərə bilən şəhər, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları fəaliyyət göstərir. Bu çox normal və qanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir. Bu qurumların yaradılması bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə yaxından kömək göstərir. Digər tərəfdən, bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların toplantılarında iştirak etməkdə və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır.
Hesab edirəm ki, gənc Azərbaycan bələdiyyələri beynəlxalq təcrübəni öyrənərək öz fəaliyyətlərini daha da təkmilləşdirəcəklər. Bələdiyyələrin inkişaf etməsi üçün güclü maliyyə imkanları olmalıdır. Hazırda isə bir çox bələdiyyələrin maliyyələşməsi aşağı səviyyədədir. Bir müddət öncə komitəmizin bir qrup üzvü Türkiyəyə səfər edərək bələdiyyələrin iş təcrübəsi ilə maraqlandı. Bu ölkədə bələdiyyələr ölkənin həyatında vacib rol oynayır, onlara məxsus iaşə obyektləri, səhiyyə, təhsil müəssisələri fəaliyyət göstərir. Hesab edirəm ki, ölkəmizdə də bələdiyyələr regionların sosial-iqtisadi inkişafında mühüm rol oynamalı, quruculuq işlərində yaxından iştirak etməlidirlər.
- Rüstəm müəllim, bu yaxınlarda Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən deputat qrupunun tərkibində Sankt-Peterburq şəhərində səfərdə olmusunuz. Seçkilərlə bağlı təəssüratlarınız necədir?
- Bəli, beynəlxalq müşahidə missiyasının tərkibində martın 4-də Rusiyada keçirilən prezident seçkilərinin gedişini izlədik. Mən Sankt-Peterburq şəhərində bir sıra seçki məntəqələrində səsvermənin gedişini müşahidə etdim. Qeyd edim ki, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunmuşdu və bu prosesdə müasir seçki texnologiyalarından istifadə edilirdi. Bir müşahidəçi kimi deyə bilərəm ki, seçkilərdə seçici fəallığı var idi və hər bir vətəndaş öz seçki hüququndan istifadə edərək istədiyi namizədə səs verirdi. Şəxsən mən hər hansı qanun pozuntusuna rast gəlmədim. Eləcə də, məntəqələrdə ayrı-ayrı partiyaları təmsil edən yerli müşqahidəçilərlə də söhbətimiz zamanı onlar ciddi qanun pozuntusunun baş vermədiyini bildirdilər. ümumiyyətlə, hesab edirəm ki, Rusiyada seçkilərin nəticələri bu ölkənin vətəndaşlarının iradəsini əks etdirir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

