Sarkisyanın bəyanatı onun nə dərəcədə məsuliyyətsiz tərəfdaş olduğunu sübut edir
29.07.2011 [10:35]
Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Gün.Az-a müsahibəsi:
- Elnur müəllim, Ermənistan prezidenti Serj Sarkisyanın məlum bəyanatında qeyd olunur ki, ermənilərin hazırkı nəsli Qarabağı azad edib. Bəyanatın bu hissəsi indiki reallıqda ümumilikdə Ermənistanla danışıqları mənasız edirmi?
- Ermənistan prezidenti Serj Sarkisyanın mənasız bəyanatları, əlbəttə, hamıda təəccüb doğurur. Ona görə ki, bu rəsmi dövlət siyasətinin rasionallığı baxımından müəyyən suallar meydana çıxarır. Eyni zamanda, belə bəyanatlar daha çox daxili siyasi amillərə bağlıdır. Bu, mahiyyət etibarı ilə danışıqlar prosesinə xələl gətirir və Ermənistanın qeyri-konstruktiv mövqeyini ortaya qoyur. Bu bəyanat bir daha göstərir ki, Ermənistan dünya ictimaiyyətini yanlış məlumatlandırmaq istəyir.
Dağlıq Qarabağ “azad edilib” ifadəsinin öz-özlüyündə səsləndirilməsində əsas məqsəd müharibənin təbiətinin yanlış anlamda interpretasiyasını təmin etməkdir. Tarixən Azərbaycan ərazisi olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib.
Bu işğal faktı bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Ermənistanın bu müharibədə tərəf kimi iştirak etməsi onun beynəlxalq məsuliyyətini önə çəkir. Beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan Ermənistan qeyri-qanuni gücdən istifadə nəticəsində yaradılmış vəziyyəti fərqli prizmadan təqdim etməklə öz cinayətini ört-basdır etmək istəyir. Serj Sarkisyan özü isə Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş şəxsdir.
Digər tərəfdən, Sarkisyan Dağlıq Qarabağ müharibəsini “milli azadlıq müharibəsi” kimi dəyərləndirməyə çalışır. O, bununla Dağlıq Qarabağda güc vasitəsilə yaradılmış vəziyyəti leqallaşdırmağa və Dağlıq Qarabağ ermənilərinin xalqların öz müqəddəratını təyinetmə hüququna uyğun olaraq hərbi gücdən istifadə edərək müstəqil dövlətə çevrilməsini sübut etmək istəyir.
Bu, əlbəttə, absurd bir ideyadır. Beynəlxalq hüquq belə bir norma tanımır və aparılan müzakirə və debatlar bir daha göstərir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü prinsipinə zidd ola bilməz. BMT Xartiyasında, Siyasi və mülki hüquqlar paktında, xüsusilə 1975-ci ildə uzun danışıqlardan sonra qəbul edilmiş Helsinki Yekun Aktının dekaloqunun 8-ci prinsipində “xalqların hüquqlarının bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququ” təsbit edilib.
Müxtəlif sənədlərdə və müxtəlif kontekstlərdə nəzərdə tutulan bu prinsip beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilməyib.
Ermənilərin Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirməzdən əvvəl regionun azərbaycanlı və erməni icması birgə yaşamışlar. Hər iki icma Dağlıq Qarabağı təmsil edir. Xalqdan söhbət gedə bilməz. Xalq anlayışının hüquqi tərifinin olmamasına baxmayaraq, beynəlxalq strukturlar onu millət anlamında nəzərdən keçirirlər.
Ermənilər xalq kimi öz müqəddəratını Ermənistan Respublikasında təyin ediblər. Belə bir hüquq milli azlıqlara, o cümlədən Dağlıq Qarabağ milli azlığına şamil edilmir. Serj Sarkisyan bu məsələni dərindən düşünməli və bilməlidir ki, saxta məlumatlarla beynəlxalq ictimai fikri formalaşdırmaq artıq mümkün deyil. Serj Sarkisyanın bəyanatı sadəcə onun nə dərəcədə məsuliyyətsiz tərəfdaş olduğunu sübut edir. Beynəlxalq birlik bunu adekvat qiymətləndirməli və Ermənistanı sülhə məcbur etməlidir.
- ümumiyyətlə, qardaş Türkiyəyə qarşı da ərazi iddiası irəli sürülən bu bəyanat barədə daha nə deyərdiniz?
- Ermənistan hələ də Türkiyəyə qarşı ərazi iddiasındadır. Sırf hüquqi baxımdan əsassız olan bu iddialar, əlbəttə, dövlətlərarası münasibətlərin korlanmasına, regional əməkdaşlığın və inteqrasiyanın təşəkkülünə zərbə vurmuş olur. Serj Sarkisyanın bəyanatında “Qərbi Ermənistanın azad edilməsi növbəti nəslin işidir” deməsi Ermənistan rəhbərliyinin tarixi düşmənçilik niyyətindən xəbər verir və əməkdaşlığı qeyri-mümkün edir.
Bu bir daha göstərir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı deyil. Halbuki, Türkiyə məlum şərtlər daxilində Ermənistanla münasibətlərin normallaşmasına tərəfdar olduğunu dəfələrlə bəyan edib. Sürix protokollarının imzalanmasından sonra keçən bu iki ildə baş verən proseslər bunu bir daha sübut edir.
Lakin Ermənistan heç bir güzəştə getmədən öz məqsədlərinə nail olmaq istəyir. Azərbaycan ərazilərini işğal altında saxlayaraq, sərhədlərin açılmasına nail olmaq istəyir. Bu, qeyri-ciddi yanaşmadır. Regional əməkdaşlıq, tərəqqi, inkişaf o zaman mümkün olur ki, dövlətlər mövcud problemləri qarşılıqlı anlaşma və kompromis şəraitində həll edir və gələcək naminə ümumi səyləri birləşdirir.
Bu baxımdan, Ermənistan rəhbərliyi dərk etməlidir ki, Ermənistanın gələcəyi regional izolyasiyada deyil, regional əməkdaşlıqdadır. Bunun üçün isə Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməli, Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoymalıdır.
Xəbər lenti
Hamısına baxDünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51

