Azərbaycanda radikal müxalifət iflasa məhkumdur
05.04.2011 [09:33]
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend-ə müsahibəsi:
- Bəzi müxalifət partiyalarının aprelin 2-də qanunsuz mitinq keçirtmək cəhdlərinin qarşısı alındı. Siz müxalifətin qanunsuz mitinqə cəhdini necə dəyərləndirirsiniz?
- Şənbə günü “ümumxalq mitinqi” və yaxud onların iddia etdikləri kimi hakimiyyətdən narazıların “inqilabı” açıq-aşkar müxalifətin sosial bazasının yoxluğunu, cəmiyyətdə öz arxasınca adam apara bilməmələrini bir daha sübut etdi. Və ümumiyyətlə hakimiyyətə etiraz edənlərin, hakimiyyətdən narazı olan insanların müxalifətin ətrafında deyil, əksinə, bunların özünə qarşı olduqları göründü. Bu səbəbdən müxalifətin “mitinq alındı”, “İlham Əliyev hakimiyyətinə qarşı böyük izdihamlar” kimi şüarlar səsləndirməsi boş şeydir, xülyadır və hamı hər şeyi gözü ilə gördü. Müxalifət yeganə olaraq nəyə nail ola bildi - öz simasını göstərdi. Artıq müxalifətin Azərbaycan cəmiyyətində, ictimai həyatında dağıdıcı, pozucu, dövlət həyatının ahəngini pozmaq siması göründü. Bunun da heç bir perspektivi yoxdur, belə cəhdlər də bir dəfə, iki dəfə, üç dəfə, bir neçə dəfə ola bilər. Buna görə də günün birində qanun qarşısında ciddi şəkildə cavab vermək lazım gələcək və cavab verəcəklər də. Müxalifətçilik belə olmur. Müxalifətçiliyin nə missiyası bu tipli fəaliyyət üzərində qurulur və ona söykənərək hakimiyyət uğrunda mübarizə aparılır, nə də bu yollarla, vasitələrlə müxalifətçilik etmək olmaz. Düşünürəm ki, bu mitinq göstərdi ki, Azərbaycanda radikal müxalifətin heç bir ciddi sosial dayağı yoxdur, Azərbaycan hakimiyyətinin cəmiyyətdə dəstəyi yetərincədir. Bakı şəhər sakinləri radikal müxalifəti kifayət qədər dəstəkləmir və belə müxalifətçilik iflasa məhkumdur.
- Radikal müxalifətin fəaliyyətində kənar qüvvələrin rolu ola bilərmi?
- Əlbəttə müəyyən rolu ola bilər. Desək ki, müxalifəti Azərbaycanın xaricindən qızışdıranlar yoxdur, əlbəttə yanılarıq. Lakin bunların iddia etdikləri kimi bu, nə Avropa İttifaqı ölkələri, nə ABŞ-ın rəsmi administrasiyası, nə də digər dünya dövlətləri, hansısa beynəlxalq təşkilatlar deyil. Bunlar mövcud hakimiyyətin siyasətini dəstəkləməyən, həzm edə bilməyən müəyyən qüvvələr ola bilər. Azərbaycana təzyiq göstərmək istəyən müəyyən dairələr ola bilər, çünki Azərbaycan tam müstəqil siyasət yürüdür, dövlətin siyasəti onun milli maraqlarına, onun xalqının istək və arzularına söykənir. Hansısa xarici dövlətin diqtəsi ilə deyil, öz milli maraqlarından irəli gələn siyasət qurur. Xaricdə bunlara etiraz edən hansısa dairələr ola bilər, onlar da Azərbaycanda hakimiyyətin dəyişməsində maraqlı ola bilərlər. Amma bütovlükdə bu müxalifətin nə daxildə ciddi sosial dayağı var, nə də xaricdən müxalifəti ciddi qüvvələr dəstəkləyir.
- Radikal müxalifətin bu cür etiraz aksiyaları keçiriləndə dialoq çağırışları aktuallaşır. Necə hesab edirsiniz, bu gün iqtidar-müxalifət dialoquna ehtiyac yaranıbmı?
- Sağlam müxalifətlə Azərbaycanda dialoq zəruridir. Bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətinin də belə dialoqlara, məsləhətləşmələrə, mütəmadi əməkdaşlığa ehtiyacı var və biz bunu aparırıq. Parlamentdə təmsil olunan siyasi partiyalar var, Azərbaycan dövlətinin dinc inkişafında, tərəqqi yolu ilə getməsində və Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində maraqlı olan digər siyasi qüvvələr var. Bu tipli radikal qüvvələrlə dialoq çox çətindir. Hakimiyyətin bunları nəyə dəvət etməklərindən asılı olmayaraq, özlərinin bəlli oriyentasiyaları var, bəlli maraqları var, bununla da getməyə çalışırlar. Hazırda bu tipli radikal qüvvələrlə dialoq çətindir - amma normal, sağlam müxalifətlə, partiyalar arasında dialoq bu gün mövcuddur, davam edir və gələcəkdə də olacaq.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35

