Xalq artisti: “Qadına əl qaldıran rejim uzunömürlü ola bilməz!”
29.10.2022 [10:36]
Xalq artisti Nurəddin Mehdixanlı ilə Güney Azərbaycandakı soydaşlarımızın taleyi, onların hüquqlarının qorunması istiqamətində görülməsi vacib olan işlər, İranın öz aləmində dövlətimizlə “təhdid” dilində danışması barədə müzakirələr apardıq.
"Yeni Azərbaycan” Xalq artistinin müsahibəsini təqdim edir:
- Artıq 1 aydan çoxdur ki, İranda etirazlar səngimir. Etirazların başlamasına səbəb Məhsa Əmini adlı gənc qadının “əxlaq polisi” tərəfindən öldürülməsi oldu. Bu halların baş verdiyi ölkəyə “İslam respublikası” deyə bilərikmi?
- Özünə İslam Cümhuriyyəti deyən bir ölkədə qadın döyülərək qətlə yetirilirsə, deməli, o ölkənin İslama aidiyyəti yoxdur. Həmin ölkədə sadəcə olaraq İslam adı altında pərdələnmiş bir rejim var. Hər xalqın qadına münasibəti fərqlidir. İranda isə qadına münasibət tarix boyu müsbət olmayıb. Əslində İran öz əcdadlarının qadına münasibətini bu gün də göstərir. Qadına əl qaldıran rejim uzunömürlü ola bilməz, qadını xoşbəxt olmayan millət xoşbəxt ola bilməz, qadını baş tacı edilməyən millət heç bir zaman özünə böyük millət deyə bilməz. Bu gün İranda baş verənlər, orada azadlıq istəyən, insan kimi yaşamaq tələbini ortaya qoyanlara qarşı edilən rəftarlar nə İslami, nə əxlaqi, nə də insanidir...
- İranda soydaşlarımızın ana dilində təhsil ala bilməməsi, uşaqlara türk adlarının qoyulmaması hər zaman aktual olub. Bu barədə nə düşünürsüz?
- İranın ana yasasının 15-ci maddəsində millətlərin ana dilində təhsil alması nəzərdə tutulur. Göründüyü kimi, onlar öz qanunlarına riayət etmirlər, lakin özlərini bütün dünyaya “mələk” kimi təqdim etməyə çalışırlar. Amma İslamın kitabı olan Quran-i Kərimdə deyilir ki, “Biz hər bir millətə öz dilində danışan peyğəmbər göndərdik ki, dediklərimizi onlara anlatsın”. Statistik göstəricilərə nəzər salsaq, İranda farslar milli tərkib etibarilə azlıq təşkil edir, orada 45 milyondan çox Azərbaycan türkləri yaşayır. Bir millət özünü ancaq milli dili vasitəsilə anlaya, tanıya bilər. Millətin dilini qadağan edirlərsə, onun özünütanıma prosesinin qarşısını kəsirlər. Ancaq soydaşlarımızın milli kimliklərindən uzaqlaşdırılması üçün yürüdülən siyasət gec-tez İranın öz sonunu gətirəcək. İranın varlığını min illər təmin edən, onun şah damarı, vuran əli, düşünən beyni olan Azərbaycan türklərinə heç bir mədəni haqq tanımırlar. Bir millətin övladına milli ad qoya bilməməsinin yalnız bir səbəbi var: Qorxu... İran çox gözəl bilir ki, Azərbaycan türkləri özlərinin milli kimliyinə sahib olanda onları hər hansı bir ideologiya, din, məzhəb adı altında zəncirdə saxlayıb qul edə bilməyəcəklər. Ancaq belə getməyəcək, zaman dəyişir. Türk şairi Mehmet Emin Yurdaqul 60-70 il öncə yazdığı şeirdə deyirdi:
2020-ci ilin ilıq bir yaz səhəri bütün Türk ulusları bir bayraq altında toplaşacaq,
2020-ci ilin ilıq bir yaz səhəri bütün dünyaya Türk günəşi doğacaq...
Həqiqətən də 2020-ci ildə Türk günəşi doğdu, o günəş Azərbaycandan doğdu.
- Amma bu gün İranda 50-dən çox erməni dilində məktəb var...
- Fars rejimi bütün millətlərin dilini qadağan edib. 45 milyonluq Azərbaycan türklərinə isə ana dilində təhsil almaq hüququ verilmir. Sayı 180 min nəfər olan ermənilərə ana dilində təhsil haqqı tanıyırlar, İran universitetlərində erməni dili fakültələri var. Güney Azərbaycanda 45 milyonluq millətin tarixi savaşmaqla keçib. Onlar özlərinin dil və milli kimlik haqqını qazanacaq. Yaxın 3-4 ildə İranın vahid dövlət kimi mövcudluğu sual altına düşmüş olacaq. Gedişat bunu göstərir, çünki 2020-ci ildən başlayan proses əslində 21-ci əsrin Türk əsri olduğunu ortalığa qoyur.
- Bəs, İranın Ermənistan sevgisinə səbəb nədir?
- Çünki onlar eyni millətdirlər. Elə məqamlar var ki, artıq açıq söyləmək lazımdır. Daha “palazaltı” oynamağın mənası yoxdur. Farslar bir millət olaraq maskalarını götürdülər və açıq oynayırlar. 10 il öncə Sarkisyan Tehranda rəsmi görüş keçirir və İranın o zamankı xarici işlər nazirinin dediyi söz var idi: “Biz ermənilərlə qardaş xalqıq, mənşə etibarilə eyni millətik”. Bunu İranın rəsmi dövlət adamı deyir. Onlar həqiqətən də qardaş dövlətlərdir, sadəcə bu gün biri İslam, digəri isə xristian pərdəsi adı altında türklər?ə düşmənçilik edirlər. Sanki hər iki ölkənin boynuna bir missiya qoyulub: İkisi də türk birliyinin qarşısında bufer zonadır. Farsların hər zaman üstümüzə gəldikləri bir əsər var: Firdovsinin “Şahnamə” əsəri. Bu əsərdə türkü təhqir edirlər, ona görə də Əmir Teymur İranı tutanda ayağını Firdovsinin məzarı üzərinə qoyub demişdi:
Qalx, ey hər kəlməsində Türkü təhqir edən fars.
Qalx da sinənin üstünə qoyulmuş Türkün qüdrətli ayağını gör!
İndi de, görüm, İsfahanmı gözəl, Səmərqəndmi?
Qalx da sinənin üzərindəki Türkün ayağını gör!.
Şuşanın işğalı “oyununu” quran da İran idi. Əvvəllər erməniləri silahlandıran, onlara yol verən, ərzaqla təmin edən İran idi, bu gün də eyni siyasəti yürüdürlər. Bu rejim məscidlərdə donuz saxlayanların yanında olursa, mən onlara müsəlman ölkəsi deyə bilmərəm! Ali Baş Komandanımız “vur” əmrini verir, torpaqlarımızı 44 gündə işğaldan azad edir və bütün dünyaya bəyan edir ki, “İndi biz reallıq yaratdıq və siz bu yeni reallıqları qəbul edin”. Amma bununla razılaşmırlar, Ermənistanın məğlub olmasını istəmirlər. Bütün dünyaya bəyan etmişik ki, biz savaş istəmirik və bütün qonşularımızla sülh şəraitində yaşamaq, iqtisadi-mədəni əməkdaşlıq qurmaq istəyirik. Ancaq razılaşmırlar, çünki onlara güclü Azərbaycan sərf etmir.
- Ölkəmizdə azyaşlı qızların başlarının bağlanılmasının şahidi oluruq. Buna münasibətiniz necədir?
- 21-ci əsr elm, texnologiya əsridir. Nə qədər elmə doğru getsək, bütün sahələrdə qalib gələrik. Biz min illərdən bəri müsəlmanıq, əcdadlarımız İslam dinini qəbul edib. Şübhəsiz ki, bu din ərəb yarımadasında meydana gəlib, amma ərəblər həmin dinə sahib çıxmayıblar. İslam dininin bayrağını 600 il əlində tutan və dalğalandıran türklər olub. Ona görə də kimsə bizə İslam dərsi verməyə çalışmasın! İslam əxlaq nümayişidir, yaşam tərzidir. İslam olmamışdan əvvəl türkün 33 maddədən ibarət ana yasası və inancı var idi - Tanrıçılıq. 33 maddəlik ana yasanın birinci maddəsi o idi ki, Tanrı təkdir və şəriki yoxdur. Biz İslamı tək Allahlıq anlayışı olduğu üçün qəbul etdik. Təəssüf ki, Quranın tələbləri yerinə yetirilmədi, Quran guya möcüzəsini, sehrini itirər anlayışı altında onu qəbul edən digər millətlərin dilinə tərcümə edilmədi. Əslində belə deyildi. Bu, parabizmi yaymaq siyasəti idi. İslam dini adı altında bizə ərəb əxlaqını sırıdılar. Ona görə bu gün İslam ölkələrinin yaşam tərzi ilə Quranda tələb edilən yaşam tərzi bir-birinə ziddir. Milyonlarla müsəlman evindən yığdığı pulları aparıb Səudiyyə Ərəbistanının ətəyinə tökür, onlar isə həmin pullarla qızıl qab-qacaqlarda yemək yeyirlər, amma Afrikada müsəlmanlar acından ölür...
İranın körpə uşaqlarımızın beynini əba, hicab, forma ilə aldadaraq özlərinin qurbanına çevirməkləri təhlükəli yoldur. Uşaqlarımıza orta məktəblərdə ədəb-ərkan öyrətməliyik, zaman keçdikcə isə dinimizi öyrənəcəklər. İran bizi məzhəbçilik yolu ilə qarşı-qarşıya qoymağa çalışdı. Bizi içimizdən vurmaqlarına icazə verməməliyik. Yeni nəslin tərbiyəsini xüsusi nəzarət altında saxlamaq lazımdır. Məktəblərimizdə ədəb-ərkanı, təlim-tərbiyəni təlqin etməliyik, amma dini fanatizmin yol tapmasına qətiyyən imkan vermək olmaz. Azyaşlı nə bilir ki, aparıb onun başını bağlayırlar? Körpələrimizə tariximizi öyrətməli, qəhrəmanlarımızı tanıtmalıyıq. Azyaşlı uşaqlar igid oğullarımızı, qəhrəman zabitlərimizi, generallarımızı, əsgərlərimizi tanımalı, bu tərbiyə ilə böyüməlidirlər. Uşaqlarımızı müti, qul ruhunda tərbiyə etməməliyik. Körpə uşaqlarla din oyunları oynamağı yanlış sayıram. O uşaqların öyrənəcəyi şeirlər atalarının, əmilərinin, dayılarının qəhrəmanlıqlarıdır.
- Zəngəzur dəhlizinin açılması ilə bağlı nə düşünürsüz?
- İranın Zəngəzur dəhlizinin açılmasına mane olmaqda məqsədi Azərbaycanın quru yolla Naxçıvana və Türkiyəyə birləşməsinin qarşısını almaqdır. Lakin hava yolu ilə ekstrimal şəraitdə lazım olan işləri görmək mümkün deyil. Quru və dəmir yolu xətti isə ən vacib və ucuz yoldur, eyni zamanda, insani əlaqələr üçün mühüm xarakter daşıyır. Hazırda İranı qorxudan Azərbaycanla Türkiyə arasında quru yolunun bərpasıdır. Bu gün Ermənistanda normal düşünənlər anlayırlar ki, xilasları Türkiyə və Azərbaycanla sülh bağlayıb iqtisadi münasibətlər qurmaqadır. İran düşünür ki, Azərbaycan və Türkiyə Orta Asiya respublikaları ilə quru yolu vasitəsilə ekonomik əlaqələr qurursa, o zaman İran bu yollardan istifadə üçün bizim nəzarətimizdəki ərazidən keçməli olacaq. İran türk ekonomik birliyinin yaranmasının qarşısını almaq üçün Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Lakin bu dəhlizin açılması Çinə, Pakistana, Rusiyaya sərf edir. Ona görə də Zəngəzur dəhlizi İranın və Ermənistanın istəklərindən asılı olmayaraq mütləq açılacaq!
- Bir az da İranın bu günlərdə Araz çayı boyu Azərbaycanla sərhədə yaxın yerdəki hərbi təlimlərindən danışaq...
- İranın bu addımları gülməli görünür. Onların Azərbaycana güc göstərməsi özlərinə ziyandır. Bu təlimlər İranın içərisində olan Azərbaycan türklərini qıcıqlandırmaqdır. İran ordusunun 70 faizi Azərbaycan türklərindən ibarətdir. Sabah hansısa hadisə baş verəndə həmin ordunun özünü necə aparacağı sual altındadır. Əvvəl də sərhədboyu ərszilərdə təhdid xarakterli hərbi təlimlər keçirmişdilər, amma nə baş verdi? İran ordusunun zabit və əsgərləri bozqurd işarəsi göstərdilər, şəkillər çəkib sosial şəbəkələrdə yaydılar. Beləliklə, təcili olaraq həmin ordunu sərhəddən çəkməli oldular. İranın hazırda hərbi sənayesi çox geridə qalıb, çünki sanksiya altındadır, müasir hərbi texnologiyalar əldə edə bilmirlər, özlərinin istehsal etdiyi texnologiyalar da dünya standartlarına cavab vermir. İran ordusu Azərbaycana hücum etmək fikrinə düşmüş olsa belə artıq Qarabağ savaşındakı silahlarla yox, daha yüksək keyfiyyətli silahlarla qarşılaşacaqlar. Bu da İrana baha başa gələ bilər. Düşünürəm ki, Azərbaycan İrana cavab olaraq təcili sürətdə İsraildə səfirliyini açmalıdır. Eyni zamanda Şuşada Türkiyənin, Pakistanın və İsrailin baş konsulluğu açılmalıdır. İran bir şeyi anlamalıdır, Azərbaycan müti ölkə deyil və onların daxilimizdəki kölələri Azərbaycana qarşı hansısa mənfi addımlar atmaq iqtidarına malik deyillər. Çünki xalqımız kifayət qədər ayıq-sayıqdır. Sadəcə olaraq bizə tamaşa göstərirlər. SEPAH-ın “toy gəlini” kimi geyinən “bəzəkli” generalları Azərbaycanı təhdid edirlər, amma öz daxillərindəki olaylara diqqət etsinlər. İran Azərbaycana heç bir zaman hərbi güc tətbiq etməz, çünki bilir ki, bu, onların sonunun başlanğıcı olar!
- Güneyli soydaşlarımızın hüquqlarını qorumaq üçün cəmiyyət olaraq nə edə bilərik?
- Azərbaycanda çoxlu sayda QHT-lər var. Onlar xalqın istəklərini dilə gətirməli, bu işlə məşğul olmalıdırlar. Ayrı-ayrı fərdlər, sənət adamları Cənubi Azərbaycandakı qardaşlarımıza mənəvi dəstək olmalıdırlar. QHT-lər ölkəmizdə və Cənubi Azərbaycanda müəyyən tədbirlər keçirməlidirlər. Azərbaycanlılar BMT-də “Parçalanmış xalq” statusunu çoxdan alıb. Parçalanmış xalqların da birləşmə hüququ var. Bu baxımdan dünyada yaşayan 62 milyon azərbaycanlılar İranda fəaliyyət göstərməlidirlər, Cənubi azərbaycanlıların ana dilində təhsil alma, azad yaşama, milli kimliyini ifadə etmək hüququnu qorumaq istiqamətində işlər görməlidirlər. Azərbaycandakı ictimai təşkilatlarımızın da hər biri kardinal şəkildə hərəkət etsələr, böyük işlər görə bilərik. Millət tarixinin və taleyinin sahibinə çevrildikdə millət olur. 200 ildən artıq müddət ərzində, itirə-itirə gəlmişik, bölünüb parçalanmışıq, taleyimizi başqaları həll edib. İndi isə Şimalda güclü və qüdrətli müstəqil Azərbaycan dövləti qurmuşuq. Dünyada yaşayan azərbaycanlıların nüfuzundan istifadə edərək, kardinal şəkildə fəaliyyət proqramları hazırlamalı, millətimizin haqqını və hüquqlarını qorumalıyıq. Nəticə etibarı ilə bir gün dünyaya yenidən böyük Azərbaycan günəşi doğmuş olacaq. Bu, bizim əlimizdədir, biz qüdrətli xalqıq. Yetər ki, bir olaq... Bir yumruğa çevrilib dünyanın böyük dövlətləri ilə savaşdıq və qalib gəldik. Məhəmməd Hüseyn Şəhriyar deyirdi ki, “Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan”. Məmməd Araz boş yerə hayqırıb demirdi ki, “Ayağa durun, taleyin və tarixin sahibi olun!”. O millətlər tarixdə qalıb yaşayacaqlar ki, onlar öz milli kimliklərini qoruyub saxlaya biləcəklər. 21-ci əsr Türk dünyasının əsridir! Gələcək bizimlədir...
Söhbətləşdi: Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
09 İyun 09:28

Xəbər lenti
09 İyun 09:25

Xəbər lenti
08 İyun 21:00

Xəbər lenti
08 İyun 18:54

YAP xəbərləri
08 İyun 17:51

Xəbər lenti
08 İyun 17:49

Xəbər lenti
08 İyun 17:45

Xəbər lenti
08 İyun 16:49

Xəbər lenti
08 İyun 16:35

Xəbər lenti
08 İyun 16:03

Dünya
08 İyun 15:45

Xəbər lenti
08 İyun 15:02

Xəbər lenti
08 İyun 15:00

Xəbər lenti
08 İyun 14:27

Xəbər lenti
08 İyun 14:18

Xəbər lenti
08 İyun 14:01

Xəbər lenti
08 İyun 13:22

Xəbər lenti
08 İyun 13:20

Dünya
08 İyun 13:07

Xəbər lenti
08 İyun 12:56

Xəbər lenti
08 İyun 12:41

Xəbər lenti
08 İyun 12:39

Xəbər lenti
08 İyun 12:25

Xəbər lenti
08 İyun 12:22

Xəbər lenti
08 İyun 12:05

Mədəniyyət
08 İyun 12:00

Xəbər lenti
08 İyun 11:30

Sosial
08 İyun 11:28

MEDİA
08 İyun 11:25

Sosial
08 İyun 11:20

Xarici siyasət
08 İyun 11:15

Siyasət
08 İyun 11:11

Xəbər lenti
08 İyun 11:04

Sosial
08 İyun 11:00

Analitik
08 İyun 10:50

Siyasət
08 İyun 10:47

Siyasət
08 İyun 10:40

Siyasət
08 İyun 10:36

Siyasət
08 İyun 10:30

Xəbər lenti
08 İyun 10:23

Siyasət
08 İyun 10:20

Xəbər lenti
08 İyun 10:14

İqtisadiyyat
08 İyun 10:10

Xəbər lenti
08 İyun 10:05

Gündəm
08 İyun 10:00

Xəbər lenti
08 İyun 09:49

Dünya
08 İyun 09:32

Xəbər lenti
08 İyun 09:30

Xəbər lenti
08 İyun 09:20

Xəbər lenti
07 İyun 21:42

Xəbər lenti
07 İyun 20:11

Xəbər lenti
07 İyun 19:51

Xəbər lenti
07 İyun 18:40

Dünya
07 İyun 17:34

Xəbər lenti
07 İyun 16:49

Xəbər lenti
07 İyun 16:24

Xəbər lenti
07 İyun 16:07

Xəbər lenti
07 İyun 15:26

Xəbər lenti
07 İyun 14:54

Xəbər lenti
07 İyun 14:24

Xəbər lenti
07 İyun 13:25

Xəbər lenti
07 İyun 13:04

Xəbər lenti
07 İyun 13:02

Xəbər lenti
07 İyun 12:34

İdman
07 İyun 12:26

Xəbər lenti
07 İyun 12:18

Xəbər lenti
07 İyun 12:13

Mədəniyyət
07 İyun 11:51

Xəbər lenti
07 İyun 11:35

Sosial
07 İyun 11:30
