İranın ikili standartları - 40 milyonluq xalqın dilini məhv etmək cəhdi
27.10.2022 [10:30]
İranda Azərbaycan türkcəsində məktəblər fəaliyyət göstərməlidir - Deputat
Dünyanın əksər millətləri öz ana dillərini nəyin bahasına olursa-olsun qorumağı həyati əhəmiyyətli milli vəzifə hesab edirlər. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öndə gedən milli ziyalıları, vətənpərvər gəncləri öz ölkələrində ana dilinin hüquqları uğrunda mübarizə edirlər, fars dilinin söz, ifadə və ləhcələrinin Azərbaycan dilinə qarışdırılmasına, Cənubi Azərbaycanın radio-televiziyalarında türk (Azərbaycan) dilində verilişlərin anlaşılmaz bir şəkildə təşkil edilməsinə qarşı çıxırlar, ana dilinin ölkənin konstitusiyasında təsbit edilmiş statusunun təmin edilməsini hökumətdən tələb edirlər. Hələ neçə illər bundan öncə İran Azərbaycanlılarının İnsan Haqları Assosiasiyası Birləşmiş Millətlər Təşkilatı Uşaq Hüquqları Komitəsinə müraciət edərək İran hökumətini bu konstitusiyaya uyğun şəkildə bir sıra reformları həyata keçirməyə çağırmışdı. Ancaq soydaşlarımızın cəhdləri bu gün də nəticəsiz qalmaqdadır. Qəribədir ki, ölkənin hüquq məcəlləsində etnik azlıqların uşaqlarına ana dilini öyrətmək öhdəliyinə aid olan maddələrin mövcud olmasına baxmayaraq İranın riyakar rejimi qırx milyona yaxın bir xalqın ana dilinə olan istəyini basdırmağa çalışır.
Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli və mənəvi haqları, pozulan hüquqları, eləcə də cavabsız qalan reformlarla bağlı Milli Məclisin üzvü Siyavuş Novruzov “Yeni Azərbaycan”a danışıb.
- Siyavuş müəllim, İranda Azərbaycan türkcəsinin ana dili olduğu əyalətlərin məktəblərində Azərbaycan türkcəsi və ədəbiyyatı fənninin tədrisi o vaxt müraciət edənlərin tələblərindən biri idi. Bu tələblərin hələ də reallığa çevrilməməsinin səbəbi nədir?
- Bütün dünyada, müstəqil ölkələrdə o ərazidə yaşayan xalqlara hörmətlə yanaşılır. Onların dili, adət-ənənələri, mədəni muxtariyyətləri qorunub saxlanılır. Elə ölkələr var ki, orada çoxlu sayda xalqlar yaşayır. O cümlədən də İranda da bir sıra xalqların nümayəndələri məskunlaşıb. İranda 100 minə yaxın erməni yaşayırsa, onların erməni dilində məktəbləri var, yaxud 8 milyona yaxın kürdün ənənələri qorunub saxlanılır. Əfsus ki, Azərbaycan dili bu ölkədə ancaq məişət səviyyəsində mövcuddur. İranda 40 milyona yaxın soydaşımızın olmasına baxmayaraq Azərbaycan dilindən yalnız ünsiyyətdə istifadə edilir. Onlar öz dillərini elmi səviyyədə öyrənmək imkanı əldə edə bilmirlər, Azərbaycan türkcəsində kitab nəşrlərinə də icazə yoxdur. ütün bu məsələlər həm BMT-nin, həm UNESCO-nun, həm İSESCO-nun, həm də digər təşkilatların diqqət mərkəzindədir.
Məlumdur ki, İranda dövlət dili fars dilidir və məktəblərin də əsasını farsdilli məktəblər təşkil edir. Ancaq onlarla yanaşı Azərbaycan dilini tədris edən məktəblər də açılmalıdır. Çünki İranda yaşayan xalqlar arasında azərbaycanlılar çoxluq və üstünlük təşkil edir.
- İranda Azərbaycan dilinə münasibət təkcə hökumət səviyyəsində müəyyənləşmir. Qeyri-hökumət təşkilatlarına da Azərbaycan türkcəsini sərbəst şəkildə öyrədə bilmələri üçün şərait yaradılmır.
- Ölkəmizdə kifayət qədər dövlətin də dəstəyi ilə müxtəlif dillərin öyrədilməsi, adət-ənənələri ilə bağlı tədbirlərin həyata keçirilməsi təşkil olunur. Ancaq bu hala İranda rast gəlmək mümkün deyil. Onlarda hansısa QHT Azərbaycan dili və ya türk adət-ənənələri ilə bağlı fəaliyyətlər həyata keçirmir. İranda yaşayan digər xalqların nümayəndələrinə münasibət isə bizə olduğu qədər qatı deyil. Bu da İranın ikili standartlarının bir nümunəsidir. Ən azından QHT-lərin istənilən dilin tədrisinə imkan yaradılmalıdır. Bizdə QHT-lərdə erməni dilinin də sərbəst tədrisinə şərait yaradılır.
- Soydaşlarımız təkcə ana dilindən yox, həm də azadlıqlarından məhkum olublar. İllər öncə ana dilində təhsil almaq hüququnu tələb etdiklərinə görə həbs olunan azərbaycanlı fəalların azad edilməsi məsələsi bu günə qədər həllini tapmayıb...
- Bu da Iranda yaşayan soydaşlarımızın həllini tapmayan məsələlərindən biridir. Hazırda diqqət yetirsək, bu ölkədə iğtişaşlar hökm sürür. Hər biri də xalqın tələblərinə biganə yanaşmadan irəli gəlir. Bizim soydaşlarımız da həmin hadisələr zamanı yalnızca öz hüquqlarını tələb edirdilər. Millətin öz dilində təhsilini tələb etməsindən daha təbii bir hal ola bilməz. Belə bir cəhdə görə soydaşlarımızın həbsi ağlasığmazdır.
- İranda Azərbaycan dilini qorumaq və bu dildə uşaqlar üçün tədris kitabları çap etmək naminə “Türk dili institutu”nun yaradılması da tələb edilmişdi. Bu təklifə də biganə yanaşma müşahidə olundu.
- O torpaqların keçmişinə nəzər saldıqda görürük ki, hakimiyyətdə də türklər olub. Şah İsmayıl Xətai, Təhmasib şah, Nadir Şah, Şah Abbas, Qacar şahın hakimiyyəti böyük bir dövrü əhatə edib. Bir il olmayıb ki, bu faktları danasan. İndi də bu institutun yaradılmasında əsas məqsəd köklərimizin, əqidəmizin qorunub saxlanılması idi. İran “Türk dili institutu”nun yaradılmasının qarşısını alaraq, milli dəyərləri unutdurmaq cəhdinə əl atır.
- Azərbaycan türkcəsində uşaqlar və yeniyetmələr üçün televiziya verilişlərinin yayımlanması tələbi də nəticəsiz qaldı...
- Azərbaycan bu baxımdan dünya tələblərinə cavab verir. Biz kifayət qədər tolerant ölkəyik. Bütün xalqların öz dillərində olan materiallardan istifadə etməsinə şərait yaradırıq. Dövlət kanallarında xəbərlər proqramı müxtəlif dillərdə təqdim olunur, müxtəlif millətlərin adət-ənənələrindən bəhs edən verilişlər hazırlanır. Dünya da eyni şəkildə Azərbaycan xalqının, türk millətinin tarixinə, mədəni dəyərlərinə bu cür yanaşır. Ancaq İran buna əməl edə bilirmi? Əlbəttə ki, yox. 40 milyonluq xalqa, soydaşlarımıza qarşı XXI əsrdə ayrıseçkilik tətbiq edilirsə, artıq burada hansı yanaşmadan söhbət gedə bilər. Xüsusilə uşaq və yeniyetmə yaşlarında ana dilində verilişlərin izlənilməsi, məlumatların ana dilində toplanması əhəmiyyətlidir. İnsan təməldən nəyi duyursa, o cür də yetişir. Yəqin İranın da ürəyində bu qorxu olduğundan Azərbaycan dili ilə bağlı məsələlərə birmənalı yanaşa bilmir.
- Azərbaycan türkcəsində kitabların nəşrinə də subsidiyalar verilmir...
- İranın özündə kifayət qədər yaxşı qəbul edilən, sevilən Məhəmmədhüseyn Şəhriyarı misal gətirmək istərdim. Şəhriyar bütöv bir dünyaya bərabər şairdir. Ancaq onun azərbaycançılıq ideologiyası da İrana yaxşı məlumdur. Şəhriyarın öz əsərlərində çatdırmaq istədiyi məsələlər İrana bu gün də xoş gəlmir. Onun nəticəsidir ki, İranda Şəhriyar kimi şairlər haqda hansısa kitablar dərc olunmur, ədəbi məclislər təşkil olunmur, verilişlər hazırlanmır. Bunların hər biri İranın Azərbaycana qarşı münasibətinin göstəricisidir.
- Türk adlarının ictimai yerlərdə istifadəsi və uşaqlara türk adlarının verilməsinə də qadağalar qoyulmuşdu.
- İnsanı məhv eləmək üçün birinci onun dilini öldürmək lazımdır. Əgər dil faktoru ortadan qalxarsa, insan milli kimliyini, tarixini unudur, onlar arasında əlaqə itir. Adlara münasibət də bu addımların bir təzahürüdür. Türk adlarının ictimai yerlərdə qadağa olunması da məhz özünüdərkin yox edilməsidir. İranın bizə qarşı yönələn münasibətinə əks olaraq Azərbaycanda kifayət qədər fars mənşəli adlardan istifadə olunur. Bizdə belə bir ayrıseçkilik yoxdur.
- Türklərin tarixi heysiyyatına toxunan mövzuları aradan qaldırmaq üçün mövcud məktəb dərsliklərinə yenidən baxılması tələbi var idi. Bu məsələ də gələcək soydaşlarımızın düzgün əqidədə yetişməsi baxımından əhəmiyyət daşıyırdı.
- Tarixi mühakimə etmək, dəyişdirmək, öz istədiyin kimi yazmaq anlayışı yoxdur. Tarix birdir. Ancaq tarixi başqa cür təqdim etmək, dəyişmək ola bilsin ki, İrana sərf edir. Çünki bütün dövrlərə nəzər saldıqda İran-Turan müharibələrində Turanın qalib gəldiyini görürük. Bu tarixə müdaxilə etmək cəhdləri də ola bilsin uşaqların məktəb çağlarından təfəkküründə hansısa dəyişikliklərə nail olmaq məqsədi güdür. Ancaq biz hansısa ölkənin daxili işlərinə müdaxilə edə bilmədiyimizə görə bu məsələlər haqda hansısa təklif verməyimiz düzgün olmazdı. Bu məsələlər ölkə daxilində öz həllini tapmırsa, orada yaşayanların özləri beynəlxalq məhkəmələrə, təşkilatlara müraciət etməlidir və bununla bağlı ölçü götürülməlidir.
- İrandakı soydaşlarımızın nə qədər siyasi, milli, mədəni diskriminasiyaya məruz qaldıqlarını aydınca təsəvvür etmək olur.
- Dil yox, məktəb yox, müxtəlif azadlıqlardan məhrum qalırlar, tarixi şəxsiyyətləri aşağılanır. Yer adları dəyişdirilir, müxtəlif çayların, göllərin adları dəyişir, Urmiyanı qurutmaq üçün addımlar atılır. Bunların hamısı milli kök, milli heysiyyat, milli şüurun məhvinə dəlalət edir. Ancaq mümkün deyil, azərbaycanlılar bütün sahələrdə aktiv olublar və İranın təhdidlər bunun qarşısını ala bilməyəcək.
- O zaman BMT-nin komitəsinin soydaşlarımızın müraciəti ilə bağlı məsələyə biganə yanaşmasının səbəbi nə idi?
- O zamankı sistem fərqli idi, artıq bundan sonra biganə yanaşma müşahidə edilməyəcək. İndi dünyada müəyyən sistemlər dəyişilir və bu sayədə həmin məsələlərin gündəmə gəlməsi yenidən aktiv olacaq.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 21:02

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12
