25-30 il əvvəl jurnalistlər daha peşəkar idilər...
12.10.2022 [10:25]
Bu gün Visiontv.az analitik saytının baş redaktoru Şöhrət El-Dənizin 50 yaşı tamam olur. Bu münasibətlə həm onu təbrik etmək, həm də yaşadığı 50 illik ömür tarixçəsinə nəzər salmaq üçün baş redaktorla əlaqə saxlayıb, söhbətləşdik.
Müsahibimiz 32 illik jurnalistika fəaliyyətindən, mediamızın keçmiş və indiki durumundan danışdı.
- İlk iş yeriniz hara olub?
- 1989-cu ildə orta məktəbi bitirib, universitetə qəbul olundum. Axşam oxuyurdum, səhərlər də “Tibb jurnalında” kuryer kimi işləyirdim. Əmək haqqım az idi. Göyçə mahalından təzə qaçqın düşmüşdük. Maddi sıxıntılarımız var idi. Bir il orada işləyəndən sonra o vaxt “Kommunist”, indi isə “Azərbaycan” nəşriyyatında “qoryaçi sex” deyirdilər orada “linotip” və “metronpaş” işlədim. Bir il burada işləyəndən sonra AzTV-də radioda səs operatoru işinə düzəldim. Bir müddət sonra reportajlar hazırlamağa başladım və bir gün Mövlüd Süleymanlı məni radionun “Hərbi vətənpərvəlik” redaksiyasında redaktor təyin etdi, bununla da ilk peşəkar jurnalist fəaliyyətimə başladım.
Radiodan işdən çıxandan sonra, jurnalist fəaliyyətimin növbəti mərhələsi isə siyasi-analitik yönümlü olub. Bu istiqamətdə yetişməyimdə isə “Yeni Azərbaycan” qəzetinin rolu böyük oldu. Bu qəzetdə köşə janrını tətbiq etməyə başlamışdılar. O vaxt mənim qəzetdə “Gördüklərim” rubrikası adı altında ciddi tənqidi köşə yazılarım çap olunurdu.
Sonra 1997-ci ildə SPACE televiziyası açıldı və orada fəaliyyətə başladım. “Hərb və Sülh”, P.S verilişlərin müəllifi və aparıcısı, “Hər həftə” və “Nəbz” analitik verilişlərinin redaktoru, prodüseri, aparıcısı olmuşam. Ümumiyyətlə, 50-dən çox müxtəlif janrlı, o cümlədən “Heydər Əliyev generalları” adlı 3 hissəli sənədli filmin müəllifiyəm. Və beləliklə...
32 ildir fərqli media qurumlarında, televiziyalarda redaktor, baş redaktor, siyasi verilişlər müəllifi və aparıcısı kimi fəaliyyət göstərmişəm. Hal-hazırda da Visiontv.az analitik saytın baş redaktoruyam.
- Mətbuatın indiki vəziyyəti sizi qane edirmi?
- Qane etmir. Mediamızda ciddi problemlər var. Həm peşəkarlıq baxımından, həm jurnalistlərin sosial vəziyyəti ilə bağlı, həm beynəlxalq informasiya setində kifayət qədər təmsil olunmamağımız, həm dünyanın aparıcı media qurumları ilə əlaqələrin düzgün qurulmaması, erməni və havadarları ilə informasiya savaşında düzgün strategiya qurmamağımız və sair. Amma bu o demək deyil ki, iş getmir. Prezident İlham Əliyev mediada islahatlar elan edəndən sonra MEDİA agentliyi yaradıldı, Media haqqında yeni qanun qəbul edildi, Mətbuat Şurasının siması dəyişdi və sair. Bütün bunlar məndə gələcəyə optimist baxmağa imkan verir. Amma mediamızın güclü olması üçün jurnalistlər mübariz olmalıdırlar. Yeni trendlərlə ayaqlaşmalıdırlar, mətbuatımızda kök salan təsadüfi “media” kapitanlarından xilas olmalıdırlar, reket, söyüş jurnalistikasının kökünü kəsməlidirlər. Bu iş inzibati üsullar yox, peşəkar, cəmiyyətin qəbul etdiyi, sevdiyi, etibar etdiyi simaların mediada öz mövqeyini bərpa etməsi ilə həll olunacaq. Təbii seçim medianın təmizlənməsində mühüm rol oynamalıdır.
- Hazırda informasiya əldə etmək və yaymaq kifayət qədər asanlaşıb. Əvvəllər isə belə deyildi...
- İnformasiya əldə etmək hələ peşəkar jurnalist olmaq demək deyil. Hal-hazırda ən operativ məlumatları sosial şəbəkə istifadəçiləri əldə edir. Çünki birbaşa hadisənin içində olurlar və telefonun kamerasını açır, canlı məlumat yayır. Sosial medianın yaranması hər bir vətəndaşı potensial informasiya daşıyıcısına və yayımçısına çevirib. Yəni “jurnalist” edib. Amma bu informasiyaların obyektivliyi nə dərəcədədir, bax, peşəkar media nümayəndəsi burada özünü büruzə verir. Mediamızdakı informasiya kirliliyin əsas səbəbi budur. Baxış, populyarlıq naminə sosial şəbəkədə əldə etdiyi informasiya araşdırılmadan peşəkar mediaya gətirilir. Və bununla da bugünkü media xaosu yaranır. Təbii ki, 25-30 il bundan əvvəl media nümayəndələri daha peşəkar idilər. Tənbəl deyildilər, məsuliyyətli idilər. Mən 25-30 il bundan əvvəlki peşəkarlıqla bugünkü texnologiyanın vəhdətindən yaranan medianın olmasını arzulayıram.
- Sizcə hazırda mediamızda nə kimi yeniliklərə ehtiyac var?
- Həmrəylik, peşəkarlıq, reklam bazarının şəffaflığı və düzgün bölüşdürülməsi, sosial problemlərin həlli, müstəqil, obyektiv və tənqidi medianın inkişafı və sair.
- “VisionTv” üçün nə kimi gələcək planlarınız var, hansı yeniliklər etmək istərdiniz?
- Biz hələlik yalnız analitik sayt kimi fəaliyyət göstəririk. Auditoriyamız daha çox peşəkar siyasi şərhçilər, politoloqlar, ziyalılar, siyasi aktiv təbəqədir. Yaxın dövr üçün planlarımız sırasında saytın vizual, yəni internet televiziya variantını işə salmaqdır. MEDİA Agentliyi reyestr sistemi yaradır. Oradan qeydiyyatdan keçəndən sonra internet televiziya variantını yaradıb Audiovizula Şuradan kabel televiziyasına çıxmaq üçün lisenziya almaq fikrindəyik. Yəni görmək istədiyimiz işi peşəkar səviyyədə qurmaq istəyirik. Həvəskar səviyyədə təqdim olunan internet televiziyalar mənə sözün düzü Tik-tok təsiri bağışlayır. Televiziyanın öz standartları var. Dəxli yoxdur internet televiziyadı, yoxsa ümumrespublika yayımlı.
- İndiki maliyyə durumunuzdan bir az danışaq... Verilən məbləğ sizi qane edirmi?
- MEDİA Agentliyinin layihələrində iştirak edirik və qalib olmuşuq. Ayda 3 min manat pul alırıq. Qane etsə də budur, etməsə də. Əksinə, biz çox sağ ol deməliyik ki, bu dəstəyi edirlər. MEDİA Agentliyinin, dövlətin borcu deyil özəl medianı maliyyələşdirsin. Əslində bu pul tam maliyyələşmə üçün deyil. Büdcəmizin 3-də birini təşkil etməlidir. Və daha çox sıravi jurnalistlərin əmək haqqına yönəldilməlidir və texniki xidmətlərə xərclənməlidir. Düşünürəm ki, çox düzgün tələbdir. O cümlədən bəzi reklam müqavilələrimiz var, oradan maliyyə gəlir və elə də böyük olmayan bir kollektivlə işləyirik. O cümlədən müstəqil siyasi şərhçilərin, politoloqların yazıları da ciddi dəstəkdir. Azərbaycan mediasında sağlam reklam bazarının formalaşdırılması üçün ciddi işlər görmək lazımdır. Bu məsələ bildiyimə görə hazırda MEDİA Agentliyinin rəhbərliyinin diqqət mərkəzindədir. Və əminəm ki, yaxın günlərdə bu sahədə ciddi addımlar atılacaq. Reklam bazarında yaranan xaos, ədalətsizliklər aradan qalxacaq.
- 50 yaşınız tamam olur. 20-25 yaşlı Şöhrət El-Dənizlə 50 yaşlı Şöhrət El-Dəniz arasında hansı fərqlər var?
- Fizioloji baxımdan hələlik elə də böyük fərq görmürəm. Yenə də həmişə olduğu kimi mübarizəm, aktivəm, türklər demiş pəs etmirəm, bezmirəm, düzəlməyəcək deyib kənara çəkilmirəm, axıra kimi savaşıram.
Təbii düşüncələrimdə, intellektimdə, fikirlərimdə dəyişiklik olub. 25 yaşlı dəliqanlı düşüncəsi 50 yaşlı məntiqə, intellektə söykənən düşüncə ilə əvəz olunub. İnsanın ən yaxşı dövrüdür. Özünü, ətrafını, dünyanı tanıyan dövrüdür. Öz səhvlərini görən, qiymət verən, cığallıq etməyən dövrüdür. Mən bu yaşımdan çox məmnunam. Bəzən fikirləşirəm ki, kaş adam elə bu yaş dövrünün ağlı ilə doğulaydı.
Söhbətləşdi: Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 21:02

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12
