İrəvan xanının nəticəsi: İnanıram ki, bir gün İrəvana da qayıdacağıq
06.09.2022 [10:28]
Müşfiqə BAYRAMLI
“Yeni Azərbaycan” qəzetinin bugünkü qonağı İrəvan xanları nəslinin varisi və nümayəndəsi Əmir Əli Sərdari İrəvanidir. Əmir Əli bəy İrəvan xanları Hüseynəli Xan və Məhəmməd Xanın nəticəsidir. Bu soyun canlı tarixi olan həmyerlimiz uzun müddətdir ki, Almaniyada yaşayır. Ona görə də söhbətimizi yarı Azərbaycan, yarı ingilis dilində etməli olduq.
- Vətənə xoş gəlmisiniz, Əmir Əli bəy. Bəlkə sizi bir az yaxından tanıyaq?
- Azərbaycanda - Vətənimdə olmaqdan çox şadam. Burada olduğum müddətdə həmyerlilərimlə görüşmək imkanı əldə etdim. Mən Əmir Əli Sərdari İrəvani İrəvan xanın nəslindənəm. Mənim ulu babalarım 1755-ci və 1805-ci illərdə İrəvan xanlığını idarə etmişdilər. Babalarım Qafqazda baş verən hadisələr ucbatından İranın Maku şəhərinə köçürülüblər. Mən də İranda anadan olmuşam. Sonra Almaniyaya köçmüşəm. 2003-cü ildə təhsil almaq və işləmək məqsədilə Almaniyaya köçdüm. Məqsədim mühəndis olmaq idi. 5 il sonra Almaniyada çox perspektivli işlə təmin olundum. 16 ilə yaxındır ki, orada həyatımı davam etdirirəm. Mühəndisəm.
Bununla yanaşı, tarixi, köklərimizi araşdırmağı çox sevirəm. Hər zaman İrəvandan olan sakinlərlə görüşmək istəyirdim. Bilirəm ki, Qərbi Azərbaycandan və İrəvandan olan sakinlər öz torpaqları, kökləri barədə unutmurlar və bu barədə daha çox araşdırma aparırlar. Məhz bu səbəbdən də həmyerlilərimlə görüşmək istədim. Bu gün dünyanın bir çox ölkələrində İrəvandan olan azərbaycanlılar yaşayırlar. Təəssüflər olsun ki, bəzən onlar öz köklərini və nəsil-şəcərələrini unudurlar. Buna yol verə bilmərik.
- İkinci dəfədir ki, Azərbaycandasınız. Amma budəfəki səfəriniz daha unudulmaz olub. Bu yaxınlarda Qarabağdan qayıtmısınız. Hansı təəssüratlarla qayıtdınız?
- İlk dəfə 2019-cu ildə Azərbaycana səfər edərkən Bakıdan əlavə Şəki və Gəncə şəhərlərində oldum. Şəki Xan Sarayını ziyarət etmişdim. Bilirdim ki, İrəvan Xan Sarayı ilə memarlıq üslubuna görə çox bənzəyir. Oranı bu səbəbdən görmək istəyirdim. Bilirsiniz ki, İrəvan Xan Sarayı mövcud deyil, dağıdılıb. Ona görə də Şəkidə özümü İrəvandakı Xan Sarayındakı kimi hiss etdim. O hisləri sizə izah etməkdə çətinlik çəkirəm. Bu hislər sözlə ifadə oluna bilməz. Daha sonra Gəncəyə getdim. Burada Cavad Xan məqbərəsini ziyarət etdim. Yəqin ki, bilirsiniz, Cavad Xan ilə İrəvan xanı arasında yaxın qohumluq əlaqələri olub. Builki səfərimdə isə mən Qarabağda oldum. Oraya getmək hər kəs kimi mənim də arzum idi. Qarabağda olarkən fərqli hislər yaşadım. Bir tərəfdən ermənilər tərəfindən dağıdılmış tarixi abidələrimizin, mədəni-irsimizə vurulan ziyanı gördüm. Həqiqətən də çox kədərləndim. Digər tərəfdən isə aparılan bərpa və quruculuq işlərini görüb çox sevindim. Tarixi abidələrimizin rekonstruksiyasının aparılması, eyni zamanda, hava limanının tikilməsi və magistral yolların çəkilməsi məni çox qürurlandırdı. Dədə-baba torpaqlarda olmağım ölçüyəgəlməz hisdir. Şuşa, sən azadsan! Daha sonra Pənahəli xanın Ağdamdakı Sarayında oldum. Həqiqətən də təəccüb içindəydim. Xanın və xan qızı Natəvanın məzarları tamamilə dağıdılmışdı. Bir vaxtların möhtəşəm sarayında ermənilər heyvan saxlayıblar. İnanılmazdır. Mədəni irs qorunub saxlanılmalıdır.
- Heç İrəvana getməyi düşünmüsünüz?
- Mən heç vaxt İrəvanda olmamışam. İrəvanda olan insanlar tərəfindən bir neçə dəvət alsam da, açığı oraya getmək istəmirəm. Yalnız ulu babam Hüseynəli Xan tərəfindən inşa edilən Göy Məsciddən başqa heç bir tarixi abidə qalmayıb. Belə bir sarsıdıcı mənzərə ilə qarşılaşmaq, dağıdılmış bir əraziyə getmək mənim üçün sarsıdıcı olardı. Düşündükcə çox kədərlənirəm. Amma ümid edirəm ki, növbəti görüşümüz İrəvanda öz dədə-baba torpaqlarımızda baş tutacaq. İnanıram ki, bir gün İrəvana da qayıdacağıq...
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

