Astanadakı birgə bəyanat Ermənistanın destruktiv addımlar atması imkanlarını məhdudlaşdırır
03.12.2010 [10:02]
Trend-in Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsi:
- Astanada dekabrın 1-2-də keçirilən ATƏT-in sammitinin yekunlarını necə qiymətləndirirsiniz?
- 56 ölkəni özündə birləşdirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sammiti təəssüf ki, hərdənbir keçirilir. Astanadakı sammitə qədər belə tədbir 11 il əvvəl keçirilmişdi. Adətən belə sammitlərdə ATƏT-in görülən işlər və müəyyən ideyalar, gələcəklə bağlı fikir və qərarlar, Avropa ölkələrinin və ona yaxın dövlətlərin bütövlüyü haqqında hesabatı açıqlanır. Bununla əlaqədar sammitdə dövlət, hökumət və nümayəndə heyətlərinin başçıları çıxış edirlər.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib. Azərbaycanın dövlət başçısının çıxışı konkret və ATƏT-ə güclü mesaj oldu və böyük diqqətlə dinlənildi. Düşünürəm ki, bu çıxış ismarıc kimi qəbul olunacaq. Azərbaycan Prezidenti çıxış etməklə yanaşı, sammit çərçivəsində müxtəlif dövlətlərin başçıları, nümayəndə heyətlərinin rəhbərləri ilə ondan artıq görüş keçirdi. Bu görüşlərdə ikitərəfli əlaqələr, onların inkişafı müzakirə olundu və qeyd etmək istəyirəm ki, bu görüşlərin gedişində nümayəndə heyətlərinin rəhbərləri, dövlət başçıları və baş nazirlər Azərbaycan Prezidentindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın mövqeyi, nizamlanma prosesinin hazırkı vəziyyəti, onun perspektivləri haqqında soruşurdular. Bununla əlaqədar Azərbaycan Prezidenti ətraflı məlumat verdi, fikir mübadiləsi aparıldı. Eyni zamanda sammitdə, məlum olduğu kimi, münaqişə tərəfləri olan ölkələrin - Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının birgə bəyanatı qəbul edildi. Bu bəyanat çox vacibdir və 3+2 formatında qəbul edildi ki, bu da öz növbəsində, indiki məqamda Qarabağ münaqişəsinin həlli üzrə səylərin daha da artırıldığını göstərir və səylərin artırılmasının təsdiqidir.
Bəyanat göstərir ki, tərəflərin, xüsusilə də, Ermənistanın bu prosesdə destruktiv addımlar ata və nizamlanmanın uzadılması üçün səbəblər axtara bilməyəcəyi belə şəraitin yaradılması vacibdir. Beləliklə, bu sənəd Ermənistanın destruktiv addımlar atması imkanlarını məhdudlaşdıran sənəddir. Bəyanat münaqişənin sülh və danışıqlar, sabitliyin və təhlükəsizliyin təmin edilməsi yolu ilə nizamlanmasını əsas məqsəd kimi qarşıya qoyur. Eyni zamanda, bəyanat münaqişənin güc tətbiq olunmadan, beynəlxalq hüquq normaları çərçivəsində, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının qaydalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bu prosesdən sonra qəbul olunan digər sənədlərə əməl olunması əsasında nizamlanmasını nəzərdə tutur.
Bununla bərabər, bəyanat Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını da nəzərdə tutur. çünki bu bəyanatın istinad etdiyi sənədlərin bəndlərindən biri Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından ibarətdir.
ümumilikdə onu da qeyd etmək vacibdir ki, bu, münaqişə tərəfi olan ölkələrin prezidentlərinin və həmsədr ölkələrin bəyanatı olduğuna görə onu belə anlamaq lazımdır ki, həmsədr ölkələrin prezidentlərinə münaqişənin nizamlanması prosesində daha fəal olmaq öhdəliyi qoyulur. çünki bu günədək bir ildən artıq müddət ərzində bu məsələdə Rusiya Federasiyası ən fəal ölkə olub. Təbii ki, əgər üç həmsədr ölkə varsa, onda onların hər biri bu prosesdə aktiv olmalıdırlar. Və bu, bəyanatda öz əksini tapıb.
- Fikrinizcə, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkündürmü?
- Hamı gözəl bilir ki, münaqişənin sülh yolu ilə nizamlanmasının düzgün yolu güc tətbiq etmədən danışıqlar yoludur. Şübhəsiz ki, bu, əsasdır və ATƏT-də qəbul edilən birgə bəyanatın məqsədlərindən biridir. Və biz bununla razıyıq. Ermənistan tərəfinin bir ildən çox müxtəlif vədlər verərək, müxtəlif addımlar ataraq münaqişənin nizamlanması prosesinin yubadılması ilə məşğul olmasına baxmayaraq, Azərbaycan Prezidenti məhz bu istiqamətdə əlindən gələni edir. Bəyanatın məqsədlərindən biri münaqişənin dinc yolla həllidir. Və bu bəyanat həmsədr ölkələrin prezidentlərinin mövqeyini əks etdirir. Prinsipcə, bunu ATƏT-in mövqeyi kimi də qəbul etmək olar. Lakin bu heç də o demək deyil ki, münaqişə nizamlanmasa, biz onun həlli üçün digər imkanlardan istifadə etməyəcəyik. Biz istəyirik ki, münaqişə güc tətbiq edilmədən həll olunsun. Biz məcburiyyət prinsipinə əl atmaq istəmirik.
- Ermənistan Prezidenti Serj Sarkisyanın ATƏT-in sammitində həddən artıq destruktiv çıxışını necə şərh edərdiniz?
- Azərbaycan Prezidentinin çıxışı Serj Sarkisyanın çıxışına güclü cavab oldu. Eyni zamanda, bu, Serj Sarkisyana və ATƏT-in üzv ölkələrinin rəhbərlərinə güclü mesaj oldu ki, vəziyyət belədir və münaqişənin həlli ilə yaxından məşğul olmaq lazımdır. Bununla bağlı mənim demək istədiyim bu qədər.
- Bəzi Ermənistan KİV-ləri ATƏT-in sammitini Ermənistan tərəfinin uğuru kimi göstərirlər. Bununla bağlı Sizin fikrinizi bilmək istərdik.
- Reallığı öz maraqlarına uyğun təhrif etmək indi dəbdədir. Əslində isə bu heç də belə deyil. Ermənistan sammitdə nəyə nail oldu? Mən bunu başa düşə bilmirəm. Ermənistan heç nəyə nail ola bilmədi və nail ola da bilməzdi. Buna Ermənistan rəhbərliyinin avantürist siyasəti səbəb olub. Ermənistan rəhbərliyi və erməni xalqı bilməlidir ki, bu, ölkəni uçuruma aparır. Gec-tez Azərbaycan öz torpaqlarını qaytaracaq, işğaldan azad edəcək. Bununla bağlı heç kəsdə şübhə olmamalıdır.
- “WikiLeaks” saytının yaydığı məlumatları necə şərh edərdiniz? Bu məsələ ATƏT-in sammitində müzakirə olundumu? Dünyada bu informasiyalara necə reaksiya verirlər?
- Bu barədə sammit zamanı müxtəlif ölkələrin nümayəndə heyətlərinin görüşlərində də danışılıb. ümumi fikir belədir ki, bu saytın yaydığı informasiyalara ciddi münasibət bildirmək lazım deyil. Əslində buna ehtiyac da yoxdur. Bu informasiyalar çox güman ki, müəyyən məqsədlərlə yayılır. Məsələn, kimsə ölkələr arasında münasibətləri pozmaq və ya kiminsə nüfuzuna xələl gətirmək istəyir. Görüşlər zamanı təsdiq edildi ki, bu məlumatlar yalandır, həqiqətəuyğun deyil.
Azərbaycan ilə bağlı da bəzi informasiyalar olub. Mən bütün görüşlərdə iştirak edən şəxs kimi artıq qeyd etmişəm ki, Prezident İlham Əliyev görüşlər zamanı ikitərəfli münasibətləri, onların inkişafını müzakirə edir. Görüşlərdə üçüncü tərəf müzakirə edilmir. Buna görə də, Azərbaycan haqqında yayılan informasiya həqiqətəuyğun deyil. Və mən belə görüşlərdə iştirak edən şəxs kimi bunu tamamilə təsdiq edirəm.
Bununla əlaqədar olaraq digər ölkələr də belə reaksiya veriblər. Bu ölkələrin nümayəndələri də bu məlumatların həqiqətəuyğun olmadığı barədə danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

