İnsan hər bir fəaliyyətin məntiqi sonluğudur
06.11.2010 [11:32]
Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanovun APA-ya müsahibəsi:
- Bakıda keçirilmiş “Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar” mövzusunda tədbirin əhəmiyyətini nədə görürsüz?
- Əlbəttə, Bakıda BMT İnkişaf Proqramının “İnsan İnkişafı Hesabatı”nın 20 illik yubileyinə həsr olunmuş “Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar” mövzusunda keçirilən tədbir xüsusi əhəmiyyətə malikdir. O, bir tərəfdən, insan amilinin hər bir dövlətin, millətin siyasi fəaliyyətinin əsas məqsədi kimi nəzərdən keçirilməsini dəyərləndirən mexanizmə istinad edirsə, digər tərəfdən, bu müstəvidə xüsusi nailiyyətlərə imza atan Azərbaycanın timsalında dünya ölkələrinə bir mesajdır. Tədbirin əhəmiyyəti müxtəlif müstəvilərdə, müxtəlif amillərlə izah edilir.
Bu, ilk növbədə, Azərbaycanın bölgədə aparıcı aktor kimi regional sistemin formalaşmasında özünəməxsus mövqeyinin tanınmasında öz ifadəsini tapır. Beynəlxalq birliyin məsul tərəfdaşı olan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas məqsədləri sırasında qərarlaşan və insan amilinin inkişafını şərtləndirən beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Biz bununla nəinki dünya birliyinin, xüsusilə də BMT-nin qarşısında duran vəzifələrin uğurla öhdəsindən gəlməsinə öz töhfəmizi veririk, həmçinin, onların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında, ictimai rəyi, düzgün məlumatlandırılmasında və mövcud proseslərin insan inkişafına təsiri ilə bağlı yeni düşüncə tərzinin formalaşmasında yaxından iştirak edirik.
Digər tərəfdən, bu gün cəmiyyət müxtəlif məzmunlu təhdid və risklərlə üzləşir və qloballaşan dünyaya inteqrasiya bir çox dövlətlər üçün əsas çağırışa çevrilib. Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycan inkişaf modelindən danışmağa imkan verir və sübut edir ki, milli xüsusiyyətləri nəzərə alan uzaqgörən, mütərəqqi və davamlı iqtisadi siyasət kursu iqtisadi proses və münasibətlərin yeni mərhələyə keçidini təmin edir. Bu isə əhalinin həyat səviyyəsinin, intellektual potensialının inkişaf etdirməsi üçün zəruri şərtlər yaradıb. Eyni zamanda, BMT-nin insan inkişafı indeksində əks edilən məlumatlar, xüsusilə Azərbaycanın qısa müddət ərzində 101-ci yerdən 67-ci yerə yüksəlməsi və keçmiş sovetlər məkanında yüksək göstəriciyə malik olması, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kursun məntiqi nəticəsi olan iqtisadi inkişafın insanların hərtərəfli tərəqqisi və intibahında öz ifadəsini tapmasını təsdiq edir.
- Tədbirdə səslənən ideyalar haqda nə düşünürsüz?
- Bilirsiniz, “insan amili” çox geniş bir anlayışdır və bəşər övladının bütün fəaliyyət sferasını əhatə edir. Bu baxımdan, insan hər bir fəaliyyətin məntiqi sonluğudur və bəşəriyyətin inkişaf tarixi məhz onun daha əlverişli şərtlər daxilində yaşamasını özündə əks etdirir. Bu baxımdan, BMT-nin insan inkişafı indeksi müasir dövrün tələbatına uyğun olaraq yaranan zəruri bir mexanizmdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar, insanın azad şəkildə öz potensialını və spesifik xüsusiyyətlərini inkişaf etdirmək üçün münbit zəmin yaradıb. Bu baxımdan, Dağlıq Qarabağ məsələsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və onun nəticəsində 1 milyondan artıq insanın öz doğma yurdundan, ev-eşiyindən didərgin düşməsi insan amilinin inkişafına maneə olmaqla yanaşı, XXI əsrdə qəbuledilməz bir vəziyyətdir. Tədbirdə bu məsələnin səsləndirilməsi həm beynəlxalq birlik üçün, həm də Dağlıq Qarabağda yaşayan ermənilər üçün bir çağırışdır. Birincisi, bu beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin təminatçısı kimi öz missiyasını yerinə yetirməli və hüquqi vəziyyətin bərpa edilməsini təmin etməlidir.
İkincisi, Dağlıq Qarabağda yaşayan ermənilər XIX əsrin əvvəllərində oraya köçürülüblər, onların iddia etdikləri tarixi legitimlik elmi cəhətdən əsaslandırılmış və sübut edilmiş heç bir real dəlillərə əsaslanmır. Bu ərazi tarixən Qafqaz Albaniyasının bir əyaləti olub, sonradan isə müxtəlif Azərbaycan feodal dövlətlərinin tərkibində olub. Nəhayət üçüncüsü, Azərbaycanın müasir iqtisadi inkişafı və insan amilinin yüksək göstəricilərə malik olması bir daha sübut edir ki, Dağlıq Qarabağda yaşayan erməni icmasının öz etnik xüsusiyyətlərini demokratik və təhlükəsiz bir mühitdə qoruyub, daha dolğun ifadə etməsi üçün bütün zəruri şərtlər mövcuddur. Ermənilərin öz müqəddəratını təyin etməsi üçün bundan da gözəl hansı şərait yaradıla bilər? Onlar, bir milli azlıq kimi, öz hüquqlarından bəhrələnməli və yaşadıqları dövlətin ərazi bütövlüyünə xələl gətirməməlidirlər.
- Tədbirin nəticələri barədə nə demək olar?
- Azərbaycan hər zaman konstruktiv dialoqa açıqdır. BMT-nin İnkişaf Proqramı çərçivəsində təşkil edilən bu tədbir bizim dünya birliyinə inteqrasiyamızın, mövcud çağırışların qarşılıqlı anlaşma şəraitində və ümumi səylər əsasında aradan qaldırılması istiqamətində fəaliyyətimizin bariz nümunəsidir. Bəşəriyyətin gələcək inkişafı və tərəqqisi, insanın hüquq və azadlıqlarının təmin edilməsi əməkdaşlığın yeganə legitim yol olduğunu sübut edir. Bu gün hər bir fərd artıq beynəlxalq hüququn subyekti kimi çıxış edir və hüquqlarının qorunması üçün zəruri mexanizm və vasitələrlə təmin edilmişdir. İnsan amili tarixi yetkinlik dövrünə qədəm qoyub. Bakıda keçirilən tədbirdə iki məqam xüsusilə vurğulandı. Birincisi, qloballaşan dünyada liberal demokratiyanın möhkəm özüllər üzərində təşəkkül tapması hər bir dövlətin iqtisadi tərəqqisini, onun dünyada ümumi inkişaf tendensiyalarından bəhrələnməsini önə çəkir. İkincisi, ümumbəşəri maraqlar ətrafında vahid baxışların, mövqelərin ifadə edilməsi insan amilinin inkişafına mane olan ikili standartlı yanaşmaya son qoyulmasını şərtləndirir.
- Gələcəkdə daha hansı tədbirlərin görülməsi planlaşdırılır?
- BMT-nin Azərbaycan nümayəndəliyi ilə gələcək münasibətlərin inkişaf istiqamətləri müzakirə edilir. Uzunmüddətli perspektivə hesablanmış müxtəlif sferaları əhatə edən proqramlarla bağlı fikir mübadiləsinin aparılması buna misaldır. Biz, həmçinin, BMT-nin müxtəlif ixtisaslaşmış institutları ilə sıx əməkdaşlıq edirik. Bu, Azərbaycanın beynəlxalq aləmdə malik olduğu mövqeyindən irəli gələn öhdəliklərinin yerinə yetirməsinin, onun dünya birliyinin getdikcə xüsusi əhəmiyyət kəsb edən fəal üzvü kimi bəşəriyyətin inkişafına verdiyi töhfənin göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

