/ / Prezident İlham Əliyevin Sərəncamı ölkədə azad sözə, müstəqil media ənənələrinə diqqət və qayğının növbəti bariz nümunəsidir
Prezident İlham Əliyevin Sərəncamı ölkədə azad sözə, müstəqil media ənənələrinə diqqət və qayğının növbəti bariz nümunəsidir
06.07.2010 [11:24]
- Vüqar müəllim, Prezident İlham Əliyev milli mətbuatımızın 135 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sənədi necə qiymətləndirirsiniz?
- Möhtərəm Prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı ölkədə azad sözə, müstəqil media ənənələrinə diqqət və qayğının növbəti bariz nümunəsidir. Sərəncamda da göstərildiyi kimi, milli mətbuatımızın 135 il ərzində keçdiyi yola, tarixinə, müasirliyinə yeni bir baxış nümunəsi ortaya qoyulub. Bir mətbuat nümayəndəsi kimi bütün bunlara görə, Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Sərəncamdan irəli gələn məsələlərin həllinə yönələn tədbirlərə artıq start verilib. Respublikamızın bir sıra bölgələrində yubiley tədbirləri təşkil olunub. Yevlax şəhərində və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin yurdu Zərdab rayonunda ətraf rayonların nümayəndələrinin iştirakı ilə iki mühüm regional konfrans reallaşdırılıb.
- Qəzetlərə birdəfəlik yardımların edilməsi, jurnalistlərin mükafatlarla, fəxri adlarla təltif olunması hansı formada həyata keçiriləcək?
- Sərəncamda göstərilən bəndlərdən biri də ondan ibarətdir ki, xüsusi xidmətləri olan mətbuat nümayəndələrinin təltif olunması üçün müvafiq qaydada jurnalist təşkilatları və qəzet redaksiyaları təqdimatla müraciət etməlidir. Bu günə qədər də bir çox jurnalistələrin təltifi və redaksiyalara maliyyə yardımları edilib. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi mühüm bir sənəd təsdiq olunub. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərməkdədir ki, bu da dövlət tərəfindən mətbuata olan qayğıdan xəbər verir. Fondun yaradılması Azərbaycan mətbuat tarixində müsbət bir hadisədir. ötən bir ildə Fond bir çox uğurlu işlər reallaşdırıb. Qurumun layihə müsabiqələri redaksiyaların maddi imkanlarının yaxşılaşmasına kömək göstərib. Jurnalistlərin fərdi yazı müsabiqələri isə onların əməyinin stimullaşdırılması, jurnalist peşəkarlığının artırılması və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bildiyiniz kimi, ötən il Mətbuat Günü ərəfəsində Fond tərəfindən ölkənin gündəlik yayımlanan, ictimai fikrə təsir edən 40-dək kütləvi informasiya vasitəsinə birdəfəlik yardımlar edilib. Onu da əlavə edək ki, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birgə layihə həyata keçirilib ki, bunun nəticəsində də təxminən 9 mövzu üzrə 27 jurnalist müvafiq yerlər üzrə mükafatlara layiq görülüb. Əlavə olaraq 10 jurnalist isə müsabiqə üzrə həvəsləndirici mükafatlarla təltif olunublar. Bütün bunlarla yanaşı Milli Mətbuat Günü ərəfəsində Fondun jurnalistlər arasında elan etdiyi fərdi yazı müsabiqəsinin növbəti qalibləri də elan olunacaq. Artıq jurnalistlər fəal şəkildə müsabiqə mövzularına uyğun yazılarla çıxış edirlər. Bir mətbuat nümayəndəsi kimi, bu işin uğurla davam etdirələcəyinə tam əminəm. Düşünürəm ki, jurnalistlər arasında elan olunmuş fərdi yazı müsabiqələri peşəkarlığın artırılmasında böyük rol oynayır. Ardıcıl olaraq həyata keçirilən bu işlər ümumilikdə mətbuatın inkişafına yönəldilmiş siyasətin məntiqi davamıdır.
- Peşə davranış qaydalarını pozan “reket jurnalist”lərin və onların çalışdığı KİV-lərin yubileylə bağlı cəzalarının aradan qaldırlması və hansısa bir formada onlara güzəştlərin edilməsi gözlənilirmi?
- Bildiyiniz kimi, bununla bağlı artıq 103 KİV haqqında Mətbuat Şurasının İdarə Heyətinin müvafiq qərarı var. Onlar peşə qaydalarını pozduqlarına və peşə fəaliyyətləri ilə bir araya sığmayan əməllərinə görə MŞ-nin “qara siyahı”sına salınıblar. Onu da qeyd edim ki, MŞ-nin bu addımı çox uğurludur. Bu, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Eyni zamanda həqiqi jurnalistikaya, həqiqi sözə xidmət göstərən mətbuat nümayəndələri tərəfindən də yüksək dəyərləndirilir. Mətbuatımızın daha da saflaşması, daha da sağlamlaşması, neqativ hallardan təmizlənməsi bütövlükdə sosial sifarişdir. Ona görə də MŞ-nin mövcud istiqamətdəki fəaliyyəti davam etdiriləcək. Sualınıza gəldikdə isə onu deyim ki, “qara siyahı”dakı bəzi qəzetlər MŞ-yə fəaliyyətlərində müyyən dönüş yaratdıqlarına dair müraciətlər ünvanlayırlar. Fevral ayından etibarən Şurada yaradılan “apellyasiya qrupu” daxil olan müraciətləri araşdırıb müvafiq rəylər çıxararaq İdarə Heyətinə təqdim edəcək. Artıq aparılan araşdırmalar bəzi nəşrlərin öz fəaliyyətlərində müəyyən müsbət dönüşlər etdiklərini söyləməyə əsas verir. Lakin bununla bağlı son qərar İdarə Heyəti tərəfindən veriləcək.
- MŞ-nin təsis etdiyi “Ali Media” mükafatı sahiblərinə çatdırılmadan bəzi mətbu orqanlar bununla bağlı müəyyən ziddiyyətli mövqelər sərgiləyirlər. Mətbuat Şurasının bu cür hallara reaksiyası necə olur?
- MŞ-nin təsis etdyi “Ali Media” mükafatı mətbuat nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir. Bu çox vacib bir addımdır ki, MŞ qeyri-dövlət təşkilatı olaraq məlum mükafatın təsis olunmasında zəruri nəticəyə nail olub. Hər bir jurnalist və mətbu orqan isə buna çox hörmətlə yanaşmalıdır. Bəzi qəzetlər, jurnalist təşkilatları da müəyyən mükafatlar təsis edir. Bunların təsir gücü isə olduqca zəif olur. Amma MŞ media mükafatını təsis etməklə buna təkcə jurnalistlərin deyil, ümumilikdə cəmiyyətin marağını cəlb etməyi prioritet sayır. Düşünürəm ki, “Ali Media” mükafatı öz həqiqi dəyərini daim qoruyacaq, indi fərqli düşünən insanlar onun mahiyyətini anlayacaqlar.
- “Ali Media” mükafatına layiq görüləcək jurnalistlərin sayı barədə nə deyə bilərsiniz?
- Bununla bağlı artıq MŞ-də müəyyən müzakirələr gedir və Mətbuat Şurası İdarə Heyətinin yekun qərarından sonra mükafatlar öz sahiblərinə çatacaq.
- Vüqar müəllim, Mətbuat Günü ərəfəsində jurnalsitlərə arzunuz nədir və Azərbaycan mətbuatının perspektivini necə görürsünüz?
- Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunmaqdadır. Bu böyük və əlamətdar hadisə münasibətilə bütün mətbuat nümayəndələrini, eyni zamanda, Azərbaycan ictimaiyyətini ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər bir jurnalist dövlətimizin inkişafı və xalqımızın rifahı naminə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin. Hər bir jurnalist öz vicdanına, qələminə söykənərək, haqqın, ədalətin carçısına çevrilməlidir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

