/ / Səttar Mehbalıyev: Həmkarlar ittifaqları bütün qüvvəsini işçilərin sosial müdafiəsinin təşkili məsələlərinin ədalətli həllinə yönəldib
Səttar Mehbalıyev: Həmkarlar ittifaqları bütün qüvvəsini işçilərin sosial müdafiəsinin təşkili məsələlərinin ədalətli həllinə yönəldib
06.07.2010 [11:25]
- Səttar müəllim, məlum olduğu kimi Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətinin genişlənməsində və inkişafında ümumilli liderimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. İstərdik ki, öncə bu haqda fikirlərinizi bildirəsiniz?
- Cəmiyyətin aparıcı tərkib hissəsi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yarandığı gündən ictimai həyatda öz fəallığı ilə fərqlənir və onun fəaliyyətinin ən məhsuldar mərhələsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə xalqın sosial problemlərinin həllinə diqqət artırılmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində sosialyönümlü siyasətin həyata keçirilməsi gücləndirilmişdir. Ulu öndər Heydər Əliyev işçilərin sosial problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət verir və onların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda sanatoriya və kurort sahəsinin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərin nəticələri bu gün göz qabağındadır. ümummilli liderin təşəbbüsü, cəsarətli mübarizəsi nəticəsində ötən əsrin 70-ci illərində “Naftalan”, “İstisu” kurortları və Xəzərin qərb sahillərinin kurort zonasına çevrilməsi barədə keçmiş ittifaq dövləti qərar qəbul etdi. Bundan sonra həmin ərazilərdə sağlamlıq ocaqları şəbəkəsinin tikintisi geniş miqyas aldı. “Şuşada kurort kompleksinin tikintisi barədə” ümummilli liderin qəbul etdiyi qərar həmin dövr üçün çox mühüm bir dövlət sənədi idi. Bu qərarların qəbul edilməsi və respublikada sağlamlıq ocaqlarının tikintisinin geniş vüsət alması əhalinin sağlamlığına və normal istirahətinə şərait yaratmaq, respublikanı turist diyarı kimi ittifaq miqyasında tanıtmaq idi. Ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə onun təşəbbüsü ilə 1983-cü ilin aprelində “Xəzər dənizinin Azərbaycan SSR-ə aid sahillərində ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında” qərarın qəbulu da dahi şəxsiyyətin Azərbaycanın gələcəyinə hesablanan nəcib təşəbbüslərinin davamı idi. ümummilli lider əhalinin sağlamlığının qorunması və istirahətlərinin təşkili məsələlərinin həlli istiqamətində həmkarlar ittifaqlarının gördüyü işləri daim yüksək qiymətləndirir, bu istiqamətdə onlar tərəfindən irəli sürülən təklifləri müdafiə edirdi.
- Hazırda işçilərin və onların ailə üzvlərinin istirahət hüququnun təmin edilməsi istiqamətində hansı addımlar atılır?
- İşçilərin və onların ailə üzvlərinin məişət və istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələri üçün şərait yaradılmasına xüsusi önəm verən Azərbaycan həmkarlar ittifaqları, bu məqsədlə onların sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi islahatlar həyata keçirir. ölkəmizdə işçilərin, onların ailə üzvlərinin sağlamlığını daim nəzarətdə saxlamaq üçün monitorinqlər keçirilir, üçtərəfli baş, ərazi, sahə müqavilələri imzalanır, istehsalat zədələrinin və peşə xəstəliklərinin azalmasına və profilaktikasına yönəldilmiş proqramlar işlənib hazırlanır. “Azərbaycan kurortları” Dövlət proqramı haqqında 27 fevral 2007-ci il tarixli Sərəncam isə Respublika Prezidentinin ölkə daxilində apardığı siyasətin sosial yönümlü olduğunu bir daha sübut etdi. Hələ 2005-ci ilin sonunda Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100, həmkarlar ittifaqı mərkəzi orqanının 85 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinə məktubunda da “müalicə və istirahət ocaqlarının, idman komplekslərinin və mədəniyyət mərkəzlərinin geniş şəbəkəsinin yaradılması və zəhmətkeşlərin xidmətinə verilməsi həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin mühüm istiqamətləri olduğunu” qeyd etmişdir. Dövlət başçısı bu Sərəncamla ölkədəki sanatoriya və kurortların, o cümlədən həmkarlar ittifaqlarının sanatoriya və kurort şəbəkəsinin müasir tələblərə uyğun inkişafı, insanların sağlamlıqlarının qorunması naminə yüksək səviyyəli müalicə, istirahət ocaqlarının fəaliyyət göstərməsi üçün böyük imkanlar açmışdır. Məlum olduğu kimi, həmkarlar ittifaqları yarandığı gündən etibarən işçilərin məişət, sağlamlıq şəraitinin yaxşılaşdırılmasında, sağlamlıq ocaqları vasitəsilə onların ailə üzvlərinə xidmət göstərilməsində, sanatoriya və istirahət evlərinin şəbəkəsinin genişləndirilməsində fəal iştirak etmişlər. Mövcud sanatoriya və kurortlar şəbəkəsinin yaradılmasına illər boyu milyon manatlarla vəsait xərclənmiş, yüz minlərlə işçi həmkarlar ittifaqlarının yollayışları ilə istirahət evlərinə, kurort və sanatoriyalara göndərilmişdir.
- Hazırda sanatoriya və kurortlara müalicə, yaxud istirahətə göndərişlər hansı prinsiplərlə aparılır? Bu məsələdə hər hansı yeniliklər varmı?
- Həmkarlar ittifaqı təşkilatları daxili imkanlar hesabına həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətlərini təşkil etmişlər. ümumilikdə, həmkarlar ittifaqlarının xətti ilə 30000 nəfərdən artıq əməkçinin sanatoriya-kurort müalicəsi və istirahəti təşkil olunmuşdur. Yollayışların 10 %-i əməkçilərimizə tam güzəştlə pulsuz, qalan 90%-i isə yollayışların dəyərinin yalnız 15%-i ödənilməklə verilmişdir. İşçilər iş yerlərində, tələbələr isə təhsil aldığı müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək müalicə və istirahət üçün yollayışlar alırlar. Müəssisənin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir, onların uçotunu apardıqdan sonra Rəyasət Heyətinin yığıncağının qərarına əsasən, işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq, müvafiq yollayışlarla təmin edir. Yollayışların dəyərinin 85%-i həmkarlar ittifaqı təşkilatı tərəfindən, 15%-i isə yollayış alan şəxs tərəfindən ödənilir. İlk növbədə şəhid ailələri, müharibə iştirakçıları, qaçqın və məcburi köçkün ailələri norma daxilində pulsuz yollayışlarla təmin olunurlar.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

