/ / Sabir Hacıyev: Azərbaycan Prezidenti ölkəmizin haqlı və ədalətli mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı
Sabir Hacıyev: Azərbaycan Prezidenti ölkəmizin haqlı və ədalətli mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı
10.03.2021 [08:48]
Müsahibimiz Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyevdir:
- Sabir müəllim, məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında yerli və xarici media qurumlarını təmsil edən 35 jurnalistin 50-yə yaxın sualını cavablandırdı. Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətini məlumatlandırmaq baxımından həmin mətbuat konfransının əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransında yerli və beynəlxalq jurnalistlərin çoxsaylı suallarını cavablandırması təkcə ölkəmizin deyil, dünya mediasının gündəm mövzusuna çevrilib. Müddəti, əhatə dairəsi, ünvanlanan mühüm mesajların əhəmiyyəti baxımından bu mətbuat konfransı özlüyündə böyük bir hadisə oldu.
Eyni zamanda, Xocalı soyqırımının anım günündə mətbuat konfransı keçirən dövlət başçısı aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın xalqımıza qarşı yürütdüyü soyqırımı və işğalçılıq siyasətinə yönəltdi, informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirmiş oldu. Bu məqamda qeyd edim ki, Vətən müharibəsi dövründə Azərbaycan Prezidentinin xarici media orqanlarına verdiyi çoxsaylı müsahibələr də həmin vaxt informasiya savaşında üstün mövqeyimizi şərtləndirdi.
Ən mühüm məqamlardan biri budur ki, dövlətimizin başçısı bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə və dəqiqliklə cavablar verdi. Birmənalı şəkildə demək olar ki, yüksək diplomatik məharət, natiqlik nümayiş etdirən və bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirən Azərbaycan Prezidenti ölkəmizin haqlı və ədalətli mövqeyini bir daha dünya ictimaiyyətinə çatdırdı.
- Bəllidir ki, Ermənistan 30 ilə yaxındır, işğal altında saxladığı ərazilərdə vandalizm aktları törədib, minalama işləri aparıb və minalı sahələrin xəritələrini Azərbaycana təqdim etmir...
- Uzun illər Azərbaycana qarşı təcavüzkar siyasət aparan Ermənistanın işğal etdiyi rayonların əksəriyyətində hər yeri minalaması, minalı sahələrin xəritələrini verməməsi, ilk növbədə, beynəlxalq konvensiyaların pozulmasıdır. Düşmənin mülki vətəndaşların həlak olmasına, soydaşlarımızın həmin ərazilərə qayıdışının uzanmasına hesablanan məkrli siyasəti beynəlxalq qanunvericiliyə görə hərbi cinayət hesab edilir.
Əslində, müharibə vaxtı mülki obyektləri raket və artilleriya atəşinə tutaraq dinc sakinlərin yaralanmasına, ölümünə səbəb olan Ermənistanın cinayətkar mahiyyəti artıq bütün dünyaya məlumdur. Buna görə də ermənilərin hərbi təyinatı olmayan əraziləri minalaması və minalanmış ərazilərin xəritələrini verməməsi təəccüblü deyil. Təəccüblü olan odur ki, Azərbaycanın mülki əhalisi və hərbçiləri üçün təhlükə yaradan, bəşəriyyətə yönəlmiş cinayət hesab edilən bu əmələ görə Ermənistana qarşı beynəlxalq reaksiya yox dərəcəsindədir. Ona görə də beynəlxalq ictimaiyyətin Ermənistanın törətdiyi cinayətlərə biganə qalmaması və bu dövlətin əməllərinin ifşası istiqamətində fəaliyyətimizi genişləndirməliyik.
- Sabir müəllim, Prezidentin son mətbuat konfransında toxunduğu məsələlərdən biri də regionda yeni unikal əməkdaşlıq imkanlarının yaranmasıdır. Bu kontekstdə Azərbaycanın iştirakı ilə yeni regional və beynəlxalq əməkdaşlıq platformasının, bölgədə yeni təhlükəsizlik mühitinin formalaşması perspektivini necə qiymətləndirirsiniz?
- Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni reallıq yaradıb. Bu reallıq region ölkələrinin əməkdaşlığı üçün unikal imkanlar vəd edir. Prezidentimizin qeyd etdiyi kimi, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolu əməkdaşlıqdır. Azərbaycan regionun lider dövləti kimi hər zaman uğurlu əməkdaşlıq nümunəsi olub. Qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkərsə, Ermənistanın da yeni əməkdaşlıq platformalarında iştirakı mümkündür. Bu, Ermənistan rəhbərliyinin müasir reallıqları düzgün qiymətləndirməsindən, baş verənlərdən nəticə çıxarmasından asılı olacaq.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25

