Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir
19.01.2021 [09:11]
Müsahibimiz Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevdir:
- Razi müəllim, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Moskvada baş tutmuş üçtərəfli görüş olduqca mühüm məqamları ilə diqqət çəkdi. İlk növbədə, vurğulamaq lazımdır ki, bu görüş noyabrın 10-dan sonrakı mərhələdə ilk belə tədbir idi və orada müzakirə olunacaq məsələlər, veriləcək bəyanatlar, əldə olunacaq nəticələr hər kəs üçün maraq kəsb edirdi. Moskva görüşünün, eləcə də imzalanmış üçtərəfli bəyanatın nəticələrini dəqiq müəyyənləşdirmək üçün Azərbaycan və Ermənistanın mətbuatına, hər iki ölkənin siyasətçilərinin ritorikasına və cəmiyyətin ayrı-ayrı zümrələrinin fikirlərinə diqqət yetirmək kifayətdir. Ermənistan KİV-ləri artıq bir neçə gündür ki, yekdil olaraq bu görüşü Paşinyanın, dolayısı ilə rəsmi Yerevanın növbəti məğlubiyyəti adlandırır. Ermənilər Moskva görüşündə Azərbaycan Prezidentinin növbəti diplomatik qələbə qazandığını etiraf edirlər. Azərbaycana baxanda isə ölkəmizin əldə etdiyi növbəti diplomatik qələbə aydın şəkildə görünür. Azərbaycan öz qələbəsini siyasi-diplomatik yolla gücləndirir. Düzdür, bəzi insanlar məqsədli şəkildə bu qələbəyə kölgə salmaq istəyirlər, amma onların iddiaları əsassız və qərəzlidir.
- Moskva bəyanatı regionun gələcək iqtisadi mənzərəsini hansı yeniliklərlə zənginləşdirəcək?
- Bu görüşün və bəyanatın ən mühüm məqamlarından biri məhz regionun yeni yol xəritəsinin ortaya qoyulması oldu. Regionda mühüm əməkdaşlıq platformaları formalaşır, yeni iqtisadi reallıqlar yaranır. Sənəddə öz əksini tapan nəqliyyat-kommunikasiya xətlərinin bərpasının ardından bölgənin ümumi inkişaf mənzərəsi tamamilə yenilənə bilər. Düşünürəm ki, Azərbaycanın Naxçıvanla quru yolunun açılması, “Mehri dəhlizi”nin bərpası ciddi imkanlar yaradır. Əlavə olaraq Azərbaycan “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə yanaşı, yeni bir nəqliyyat kommunikasiyası yaradır. Bu, Azərbaycan iqtisadiyyatı üçün mühüm dividendlər vəd edir. Eləcə də qonşu ölkələr, digər dövlətlər də bu tranzit xəttinə qoşulma imkanı qazanıb. Artıq Ermənistan da bu barədə düşünməlidir və bu nəqliyyat kommunikasiyasında fəal iştirak etməlidir. Çünki bu addım onları məhv olmaqdan xilas edəcək yeganə vasitədir. Ermənistan bütün əsassız və revanşist iddialarından əl çəkməli, regiondakı əməkdaşlıq imkanlarından istifadə etməlidir. Prezident İlham Əliyev Moskva görüşündə bildirdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Mənə elə gəlir ki, Ermənistanın hazırkı rəhbərliyi bunu anlayır. Amma bu gün Ermənistanda nasist ideologiyanın daşıyıcısı olan bəzi siyasi qüvvələr də var və onlar hazırkı hakimiyyətə imkan vermək istəmirlər.
- Qeyd etdiniz ki, qələbəmizə kölgə salmaq istəyən bir sıra qərəzli insanlar da var. Onların belə yalanlar səsləndirmələrinin məqsədi nədir?
- Təəssüf ki, belələri tapılır. Xüsusilə, ölkə xaricində yaşayan bəzi qərəzli insanlar müxtəlif vasitələrlə qazanılan zəfərə kölgə salmaq istəyirlər. Bu, o qədər eybəcər görünür ki, hətta Azərbaycan cəmiyyətini qəzəbləndirir. Azərbaycan Vətən müharibəsində qələbə qazandı, işğal altındakı torpaqlarımız azad edildi. Ermənistan məğlub oldu və hərbi gücü sıradan çıxarıldı. Bu, Ermənistanın məğlubiyyəti deyilmi? Biz 30 ildir ki, erməni qəsbkarlarının məğlubiyyətini istəmirdikmi? Azərbaycan buna nail olub, ərazi bütövlüyümüzün təmin edilməsi noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla təsdiq olunub. Hətta Moskva görüşündə imzalanan bəyanatda belə hər hansı statusdan danışılmadı. Beləliklə, bu faktlar qələbəmizə kölgə salmaq istəyənlərin qərəzli olduğunu təsdiqləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

