Veto hüququna malik Ağ Ev "soyqırımı"nın tanınması üzrə təşəbbüsə yol verməyəcək
18.03.2010 [10:13]
- ABŞ Konqresinin aşağı palatasının qondarma “erməni soyqırımı” üzrə qətnamə qəbul etməsini necə qiymətləndirirsiniz? Konqres “soyqırımı”na dair yekun qətnamə qəbul edəcəkmi? Və belə addımın nəticəsi necə ola bilər?
- ABŞ 1915-ci il “erməni soyqırımı”nı hələ tanımayıb. ABŞ Konqresinin profilli komitəsinin bununla bağlı qətnamə qəbul etməsi isə birinci hadisə deyil, bir müddət bundan öncə analoji hal baş vermişdi. Qətnamənin belə şəkildə qəbul olunacağı fakt deyil, üstəlik, ən profilli komitədə üstünlük minimal olub, 22 səsə qarşı 23 səs. Bu qərar Türkiyədə olduqca mənfi qarşılanır, çalarsız, nüansız, əslində isə bunlar çoxdur. Amerika diplomatiyasında iki xətt var - birincisi, Türkiyə ilə münasibətlərdə risk etmək istəməyən praqmatik siyasətçilər. İkinci istiqamət isə moralizatorlardır - bunlar o siyasətçilərdir ki, onların fikrincə, elə əbədi dəyərlər var ki, hər şeydən üstündür. “Soyqırımı” mövzusu dəfələrlə baş qaldıracaq. Lakin, ümumilikdə Konqres və veto hüququna malik Ağ Ev “soyqırımı”nın tanınması üzrə təşəbbüsə yol verməyəcək.
- Avropa İttifaqının, xüsusən də, Fransanın rolunun güclənməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir göstərəcək?
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Fransa və Avropa İttifaqının rolu kifayət qədər önəmlidir. Avropa İttifaqı Gürcüstanda beşgünlük müharibədən sonra Cənubi Qafqazdakı hadisələrdə öz iştirakının genişlənməsində maraqlıdır. Avropada belə bir fikir var ki, ABŞ, Rusiya və Türkiyə kimi iri regional oyunçular regionda öz müttəfiqlərinin maraqlarına cavab verirlər. Aİ bu kontekstdə müstəqil arbitr kimi çıxış edə bilər. Bundan əlavə, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçi kimi təcrübəsi var. Əgər, Fransanın mövqeyindən danışsaq, Prezident Nikola Sarkozi ABŞ və Rusiya prezidentləri ilə birgə beynəlxalq normalara əsaslanan yenilənmiş Madrid prinsiplərini imzalamaqla onu müəyyən edib.
- Münaqişənin beynəlxalq hüquq əsasında nizamlanmasında ATƏT-in Minsk qrupunun nə kimi şansı var? Bu format danışıqlar üçün lazımdırmı?
- Minsk qrupu danışıqlar formatıdır və problemi Bakı və ya Yerevanın xeyrinə həll edə bilməz. Onlar sadəcə dialoqun təşkil olunmasına kömək edə bilər. Minsk qrupu danışıqlar aparmaq, vasitəçilik etmək, iki cəmiyyətin əhval-ruhiyyəsini nəzarət altında saxlamaq üçün lazımdır və artıq bir neçə ildir qrup uğurla bunun öhdəsindən gəlir. Lakin, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistan prezidentlərindən başqa qəti olaraq heç kəs həll edə bilməz.
- “NABUCCO” qaz kəməri vasitəsilə Xəzər regionundan Avropaya qaz tədarükü layihəsi öz aktuallığını itirir. Gələcək layihə barədə nə fikirləşirsiniz?
- “NABUCCO” bir o qədər iqtisadi deyil, siyasi məqsəd daşıyır. Hazırda əsas olan İranın “NABUCCO” layihəsinə qoşulması məsələsidir. Belə ki, İran olmadan bu borunun mənası yoxdur. İranla isə sonunun nə ilə bitəcəyi məlum olmayan çox çətin oyun gedir. Buna görə də “NABUCCO” siyasi poliqondur, gələcək mənfəətin şəffaf sxemi ilə sırf iqtisadi layihə deyil. Hesab edirəm ki, ən yaxın perspektivdə “NABUCCO” olmayacaq, lakin, əlbəttə ki, müzakirələr davam etdirilir və ola bilsin ki, uzunmüddətli perspektivdə onlar layihənin həyata keçirilməsinə başlayacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

