/ / Səlim Müslümov: Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir
Səlim Müslümov: Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir
16.03.2010 [10:46]
- Səlim müəllim, Azərbaycanda həyata keçirilən uğurlu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi hər birimizi sevindirir. Bu, bir tərəfdən ölkəmizin dinamik inkişafının təsdiqidirsə, digər tərəfdən qloballaşan dünyada inkişaf etmiş dövlətlərin tarix boyu formalaşmış idarəetmə əsaslarına sürətlə yiyələnməmizin əyani göstəricisidir. ölkəmizdə yeni qurulmuş sığorta-pensiya sisteminin beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsi barədə ətraflı məlumat verməyiniz maraqlı olardı.
- Azərbaycanın müasir qloballaşma dövrünün reallıqlarına cavab verən müstəqil milli iqtisadiyyatının formalaşdırılması və bütün şəraitlərdə öz mövqeyini daim qoruyub saxlaması möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsidir. Bu əsasda ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modelinin təşəkkül tapması və həmin modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsini Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqət mərkəzində saxlaması bütün uğurların başlıca təminatçısı olmuşdur.
İlk növbədə, qeyd etmək istərdim ki, Avropanın Birinci Regional Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun təltifi ölkəmizdə qurulmuş sığorta-pensiya sisteminə verilən ilk qiymət deyil. Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, hələ 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Qeyd edim ki, Assosiasiyanın Avropa toplantısı 2005-ci ilin sentyabrında Bakıda keçirilmişdir. Eləcə də, Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin ilk iclasının 2008-ci ilin iyulunda Bakı şəhərində keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdəndir. Bu əlaqələrin inkişafının davamı kimi 2008-ci ilin oktyabr ayında Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun birgə təkilatçılığı ilə Assosiasiyanın üzvü olan 16 ölkənin iştirakı ilə beynəlxalq texniki seminar keçirilmişdir. Assosiasiyanın təşkilatçılığı ilə növbəti belə beynəlxalq seminarın aprel ayında ölkəmizdə keçirilməsi planlaşdırılır.
Həmçinin, Dünya Bankı 2007-ci ilin iyun ayında özünün mərkəzi ofisində MDB ölkələrindən ilk dəfə Azərbaycanda qurulan sığorta-pensiya sisteminin geniş təqdimatını keçirmişdir. Həmin tədbirdə Dünya Bankı tərəfindən Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan model keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunmuşdur. Azərbaycan pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir. Hazırda Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri həyata keçirilir.
2009-cu ilin mart ayında Afina şəhərində BMT-nin İnkişaf Proqramının Şərqi Avropa və Orta Asiya ölkələrində demokratik idarəetmənin formalaşdırılmasına həsr edilmiş toplantısında Azərbaycanın sığorta-pensiya sistemindəki təcrübəsinin xüsusi təqdimatı olmuş və sonradan həmin təqdimat BMT-nin vebsaytında geniş işıqlandırılmışdır.
- Xahiş edirik, 3-5 mart tarixlərində Varşava şəhərində keçirilmiş Avropanın Birinci Regional Sosial Təminat Forumunu və həmin forumda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun təltif edilməsini bir qədər ətraflı şərh edəsiniz.
- Avropanın əksər ölkəsinin sosial təminat təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən Avropanın Birinci Regional Sosial Təminat Forumu hazırkı maliyyə böhranı şəraitində insanların sosial müdafiəsinin təşkili, Avropa qitəsində və dünyada yaranmış demoqrafik vəziyyətin müzakirəsi və onun XXI əsr sosial müdafiə məsəllərinə təsiri, XXI əsrdə maliyyə, texnoloji və sair çağırışlar üzrə cavab tədbirlərinin hazırlanması, yeni Avropa “sosial modelinin” işlənməsi sahəsində vəziyyətin təhlili, Avropada əmək bazarının sosial müdafiə məsələlərinə yaxın və uzaq perspektivdə təsiri kimi bir sıra strateji məsələlərin müzakirəsinə həsr olunmuşdu.
Forumda Beynəlxalq Sosial Təminat Assosiasiyasının elan etdiyi “Avropanın uğurlu təcrübəsi” müsabiqəsi qaliblərinə müvafiq Fəxri Fərmanların rəsmi təqdim edilməsi mərasimi də keçirildi. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu “İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə” nominasiyası üzrə Avropa qalibi elan edilərək, Assosiasiyanın xüsusi Fəxri Fərmanı ilə təltif edildi.
- Yəqin ki, böyük inkişaf tarixinə malik Avropa dövlətləri ilə bir sırada rəhbər komitədə təmsil olunmaq və beynəlxalq səviyyəli nominasiya üzrə qalib seçilmək heç də asan deyildir. Qalibin müəyyən olunmasında hansı meyarlar əsas götürülmüşdü?
- Təbii ki, belə yüksək səviyyəli müsabiqənin keçirilməsində həm ciddi meyarlar əsas götürülür, həm də münsiflər sərt tələblərlə çıxış edir və qiymətləndirmə nəticələri qalibin elanınadək tam məxfi saxlanılır. Konkret olaraq isə müsbət təcrübənin hansı qlobal problemin həllinə yönəlməsi, məqsədlər və gözlənilən nəticələr, məqsədə çatmaq üçün hansı strategiyanın müəyyənləşdirilməsi, təcrübənin tətbiqi məqsədilə mövcud resurslardan səmərəli istifadə, hazırkı vəziyyətdə hansı nəticələrə nail olunması, müsbət təcrübənin digər sosial müdafiə qurumları tərəfindən tətbiq edilməsinin mümkünlüyü bu qiymətləndirmədə əsas götürülmüşdür.
- Sadaladığınız meyarlardan aydın olur ki, müsabiqə şərtlərinin müəyyənləşdirilməsində beynəlxalq standartların nəzəri və praktiki əsaslarının formalaşdırılmasına təsir prinsipi əsaslı rol oynayır. Maraqlıdır, Azərbaycanın müsbət təcrübəsi daha çox hansı qlobal problemin həlli üçün nümunəvi hesab olunur?
- Dövlət müstəqilliyini əldə etdikdən sonra sərbəst bazar iqtisadiyyatı yolunu tutmuş Azərbaycanda əvvəlki sovet təsərrüfatçılığı və həmrəylik prinsiplərinə əsaslanan pensiya sistemi ilə bazar iqtisadiyyatının ciddi uyğunsuzluğu mövcud olmuşdur. Digər tərəfdən, yeni iqtisadi sistemin bəzi məqamlarının əhalinin ümumi sosial müdafiəsinə mənfi təsiri, texniki və texnoloji gerilik, müasir standartların çatışmazlığı da keçid dövrünün bir həqiqəti kimi öz təsirini göstərmişdir. Bu dövrdə Azərbaycanı digər dövlətlərdən fərqləndirən cəhətlərdən biri bazar iqtisadiyyatına keçid şəraitində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məsələsinə nəzəri və praktiki yanaşma tərzidir. ölkəmizdə sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulması üçün zəruri dəyişikliklərə etibarlı iqtisadi baza yaradıldıqdan və demoqrafik baxımdan əlverişli vaxt seçildikdən sonra başlamaq və sürətlə yeni sistemə keçidə nail olmaq əsas taktiki addım kimi seçilmişdir. Respublikamızın qeyd olunan sahədəki zəngin təcrübəsi analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də nümunə kimi qiymətləndirilir.
Sosial sığortaya mahiyyətinə uyğun daha düzgün yanaşılması, sığorta-pensiya sistemi və dövlət sosial yardımı sisteminin bir-birindən tam ayrılması, sosial sığorta, fərdi uçot və pensiya təminatı fuksiyalarının düzgün əlaqələndirilməsi, sığorta-pensiya sisteminin əhatəliliyi ölkəmizdə qurulan modelin əsas xüsusiyyətləri kimi təqdim olunur. Yeni sistemin sürətlə qurulması üçün müəyyənləşdirilən əsas strategiya kimi isə informasiya kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmərəliliyinin artırılması çıxış edir.
- Qeyd etdiyiniz yeni sığorta-pensiya sisteminə sürətli keçidin uğurla nəticələnməsinin başlıca səbəblərini necə xarakterizə edərdiniz?
- İlk növbədə, qeyd etdiyim kimi, bazar iqtisadiyyatına keçid şəraitində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məsələsinə nəzəri və praktiki yanaşma tərzi, bunun davamı olaraq islahatın mahiyyəti, məqsəd və prinsiplərinin düzgün müəyyənləşdirilməsi görülən işlərin uğurla nəticələnməsinin başlıca şərtidir. ümummilli liderimiz Heydər Əliyevin Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. Konsepsiya ilə müəyyən edilmiş dəyişikliklərin başlıca elementi sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan avtomatlaşdırılmış sığorta-pensiya sisteminin yaradılmasıdır. Qeyd olunan məqsədə çatmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya sisteminin idarə olunması üzrə prinsipial tələblər, pensiya islahatının həyata keçirilməsi mərhələləri böyük öndərimiz tərəfindən dəqiq müəyyən olunmuşdur.
Respublikamızın həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılmışdır. Bu məqsədlə 2003-2005-ci illərdə pilot tədbirləri başa çatdırılmış, 2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilmişdir. 2006-cı ilin 1 yanvarından ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sistemi tətbiq olunmuş, pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimləməsi və bazar münasibətləri əsasında təminatının müasir forması təşəkkül tapmışdır.
Hazırkı mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə idarəetmədə səmərəliliyin artırılması xüsusi diqqət mərkəzində saxlanılmaqdadır.
Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
