Hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik
13.08.2020 [08:29]
Milli Məclisin deputatı Eldəniz Səlimov www.yap.org.az saytına müsahibə verib:
- Eldəniz müəllim, dünyanı bürüyən yeni növ koronavirus infeksiyası ilə mübarizədə Azərbaycan digər dövlətlərə nümunə olan təcrübəsini nümayiş etdirir. Özünütəcrid COVID-19-lə mübarizədə qələbənin əsas şərti kimi irəli sürülərək karantin rejimində mərhələli şəkildə sərtləşmələr və yumşalmalar həyata keçirildi. Artıq avqustun 5-dən növbəti yumşalma qaydaları qüvvədədir...
- Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən atdığı addımların təməlində məsuliyyət hissinin artırılması, dövlət-vətəndaş birliyinin daha da möhkəmləndirilməsi dayanıb. Məhz sosial məsuliyyətə söykənərək həyata keçirilən sistemli tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınır. Azərbaycan, həmçinin COVID-19-la mübarizədə birliyin, həmrəyliyin vacibliyini dünyaya ünvanladığı çağırışlarını reallıqda təsdiqləməklə də nümayiş etdirir. Ölkəmizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə görüşlərinin, eyni zamanda, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi də deyilənlərin təsdiqidir. “Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” söyləyən cənab İlham Əliyev irəli sürdüyü təşəbbüslərlə dünyanı bu xəstəliklə mübarizəyə qarşı birləşdirdi.
Onu da deyim ki, xüsusi karantin rejiminin davam etdiyi dönəmdə hamı karantin qaydalarına, Operativ Qərargahın qərarlarına, TƏBİB-in tövsiyələrinə, xüsusilə dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışlarına əməl etməlidir. Hamı bir nəfər kimi tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir. Sərt karantin rejiminin yumşaldılması virusun yoxa çıxması demək deyil. İnsanlar ehtiyac və zərurət olmadığı təqdirdə, küçəyə çıxmamalıdırlar. Ən böyük sərvətimiz olan sağlamlığımızı qorumaq, ətrafımızdakı insanlara xoş ovqat bəxş etmək istəyiriksə, tələb olunan qaydalara əməl etməliyik. Bu, eyni zamanda, ölkəmizin davamlı inkişafına töhfə vermək deməkdir. Hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq vətəndaşlıq təəssübkeşliyindən çıxış edərək mübarizədən qalib çıxmağa dəstək olmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciətində “Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. O, əvvəlkitək hamı üçün ciddi təhlükə olaraq qalır və əvvəlkitək bizim aramızdadır. COVID-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Hələ ki, bu, baş verməyib, hamımız dərk etməli və qəbul etməliyik ki, biz bu yeni reallıqla yaşamalıyıq. Biz heç bir halda sayıqlığımızı itirməməli, ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik. Belə əziyyətlə nail olduğumuz nəticələri sıfıra endirərək itirmək yolverilməzdir. Laqeydlik hər birimizə, bizim yaxınlarımıza, bizim ölkəmizə real təhlükə törədəcəkdir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil - məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır. Yeni acı həqiqət budur və bununla Prezidentdən başlayaraq sıravi vətəndaşlaradək hamı hesablaşmaq məcburiyyətindədir” çağırışını edərək, bu inamı da ifadə edir ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Həmin gün uzaqda deyil: “Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayat olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!”.
COVID-19-la mübarizənin birinci mərhələsini uğurla başa vuran Azərbaycanın, müsbət dinamikanı sonadək davam etdirəcəyinə əminik. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri bu əminliyə əsas verir.
- Pandemiya dövrünün əsas prinsipləri insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın dayanıqlılığının təmin edilməsidir...
- Hökumət var gücü ilə çalışır ki, koronavirus bəlası insanlarımızın sağlamlığına, iqtisadiyyatımıza böyük zərbələr vurmasın. 6 aya yaxın dövr ərzində görülən tədbirlər də bu məqsədə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin son videoformat şəklində keçirdiyi müşavirədə qeyd etdiyi kimi, ötən dövrdə təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Aprel-may aylarında 600 min, iyun ayında isə 290 min insana birdəfəlik yardım verilib. Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq sosial dəstək və məşğulluq tədbirlərinin həyata keçirilməsi davamlılığı ilə diqqət çəkir. Dövlətimiz atdığı addımları ilə hər zaman vətəndaşının yanında olduğunu təsdiqləyir. Bir sözlə, insan amili dövlət siyasətinin ana xəttini təşkil edir.
Cənab İlham Əliyev son müşavirədə insanların sağlamlığının və sosial müdafiəsinin gücləndirilməsinin prioritet olduğunu önə çəkərək bu məqamı xüsusi qeyd etmişdir ki, bu iki vəzifəni yerinə yetirmək üçün iqtisadiyyatın dayanıqlılığının təmin olunması vacibdir. Dövlət başçısı bununla bağlı aidiyyəti qurumlara, dövlət şirkətlərinə və müəssisələrə tapşırıqlarını da verdi.
Onu da deyim ki, dövlətimizin başçısı İlham Əliyev ən çətin anlarda belə kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır. Zamanın, dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemində təkmilləşmə davamlı inkişafı şərtləndirir və cənab Prezidentin Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da bu istiqamətdə atılan növbəti addımdır.
- Eldəniz müəllim, necə düşünmək olar, karantin rejimində növbəti dəfə sərtləşmə ola bilərmi?
- Bugünümüzün müsbət dinamikası gələcəyə nikbin baxmağımıza əsas verir. Amma bu, heç kəsdə arxayınlıq yaratmamalıdır. Gigiyena qaydalarına əməl edək, tibbi maskadan istifadəni, sosial məsafəni gözləməyi unutmayaq. Bu tələblərə riayət edərək daha yüksək səslə “Biz birlikdə güclüyük!” deyək.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

