Dövlətimiz koronavirus pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib
19.06.2020 [09:01]
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov www.yap.org.az saytına müsahibə verib:
- Əhliman müəllim, hazırda bütün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Hazırkı mənzərəni necə xarakterizə edərdiniz?
- Ümumiyyətlə, koronavirus infeksiyası (COVID-19) bütün dünyada yaşayan insanların hər birini narahat edir. Pandemiyanın elan olunmasından bir neçə ay vaxt keçməsinə baxmayaraq, bu gün təəssüflər olsun ki, bu xəstəliyə yoluxma və ölüm göstəriciləri artmaqda davam edir. Dünyada COVID-19-a yoluxanların sayı artıq 8 milyonu keçib. Bu xəstəlikdən dünyasını dəyişənlər isə 440 min nəfərdən çoxdur. Təəssüflər olsun ki, dünyada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb. Digər xəstəliklərin göstəricilərindən fərqli olaraq, koronavirusun bir neçə xarakterik xüsusiyyəti var. Bunlardan biri bu virusun insanlar arasında son dərəcədə sürətlə yayılma potensialının olmasıdır. İkincisi, bu xəstəliyin inkubasiya dövrünün xeyli uzun olmasıdır. Bu dövr 7-14, hətta 21 günü əhatə edir. Təsəvvür edin ki, xəstəliyə yoluxmuş bir insan 7-14 gün ərzində xəstəliyin əlamətini hiss etmədən insanlar arasında dolaşır və yüzlərlə insanı həmin virusa yoluxdurur. Bu da xəstəliyin artmasında əsas səbəblərindən biridir. Digər bir səbəb isə virusa qarşı spesifik müalicənin və peyvəndin hələ də tapılmamasıdır. Ona görə də infeksiya ilə kifayət qədər effektli mübarizə apara bilmirik. Bu üç səbəb infeksiyanı kifayət qədər təhlükəli edir.
- Azərbaycan dövləti də pandemiya ilə çox ciddi mübarizə aparır. Bu barədə nə deyə bilərsiniz?
- Ölkəmizə gəldikdə, dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə və Onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Koronavirusla mübarizə üçün 20-dən çox xəstəxana ayrılıb və xəstələrin müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanıqlarla təmin ediliblər. Bu gün ölkəmizdə həmin xəstəxanaların çarpayı fondu artıq 7 mini keçib. Bunu əgər əhalinin sayına görə müqayisə etsək, dünyada ən yüksək göstəricilərdən biridir. Eləcə də “Yeni kilinika” və modul tipli xəstəxanaların da tikilib istifadəyə verilməsi bu mübarizədə çox əhəmiyyətlidir.
Hesab edirəm ki, xaricdən gətirilən vətəndaşlarla bağlı Azərbaycan təcrübəsi də dünya üçün nümunədir. Dünyanın heç bir ölkəsi xaricdən gələn vətəndaşlarını dövlət hesabına karantində saxlamır. Onlar ev şəraitində karantində saxlanılır. Amma Azərbaycanda xaricdən gətirilən vətəndaşlar dövlət hesabına müasir standartlara cavab verən otellərdə 7-14 gün karantində saxlanılır.
Digər tərəfdən, bizdə bu xəstələrin müalicə olunması üçün kifayət qədər dərman preparatları xarici ölkələrdən gətirilib. Onların bəziləri Çində, bəziləri Avropa ölkələrində istifadə olunan dərman preparatlarıdır. Ölkəmizdə koronavirus xəstələrinin dərmanla təmin olunmasında heç bir problem yoxdur. Laboratoriyalara gəlincə, ilk günlərdən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə ölkəmizdə olan laboratoriyalar moderinizə olundu. İlk vaxtlarda testləşdirmə imkanımız yüksək deyildi. Amma bu gün ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən laboratoriyaların sayı 20-dən çoxdur. Bu laboratoriyalarda bir gün ərzində 5000-7000 test aparılır. Bu, əhalinin sayı ilə müqayisədə dünyada yüksək göstəricidir.
Digər bir müsbət məqam tibbi maska və digər qoruyucu vasitələrin təminatı ilə bağlıdır. Bilirsiniz ki, ilk günlərdə tibbi maska, digər qoruyucu vasitələr ölkəmizə xaricdən gətirilirdi. Amma qısa vaxt ərzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə tibbi maska, digər qoruyucu vasitələr istehsal edən müəssisələrin açılışı oldu.
- Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təcrübəsi dünyada necə dəyərləndirilir?
- Əlbəttə ki, dünyada ölkəmizin bu istiqamətdəki təcrübəsi çox yüksək qiymətləndirilir. Bu faktı Ümumdünya Səhiyyə Təşklatının və digər beynəlxalq təşkilatların məlumatlarında görmək mümkündür. Həqiqətən də, Azərbaycan beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə böyük töhfələr verir. Bilirsiniz ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu məsələ ilə bağlı Türk Şurasının və Qoşulmama Hərəkatının onlayn formada Zirvə görüşləri keçirilib. Həmin Zirvə görüşlərində möhtərəm Prezidentimiz koronavirus pandemiyası ilə mübarizə məqsədilə dəyərli təkliflər verib. Bütün dünya Prezidentimizin bu təşəbbüsünü çox yüksək qiymətləndirib.
Bundan başqa, Azərbaycan pandemiya ilə mübarizə üçün 30-a yaxın ölkəyə yardım edib. Hansı ki, həmin ölkələrin bu yardıma çox ehtiyacı var. Eləcə də, ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına ianə köçürülüb.
Bir məsələni də qeyd edim ki, bir çox ölkələrdə həm diaqnostika, həm müalicə heç də dövlətin hesabına həyata keçirilmir. Azərbaycanda isə hər bir xəstə stasionar şəraitdə dövlət hesabına müalicə alır.
- Həkimlərin fədakarlığı da xüsusi qeyd olunmalıdır...
- Əlbəttə ki, ölkəmizdə koronavirusla mübarizədə tibb personalımızın əməyini qeyd etmək istəyirəm. Doğrudan da, zaman göstərdi ki, bizim tibb personalımız virusla mübarizədə çox böyük əzmlə mübarizə aparır və yaxşı nəticələrə nail ola bilirik. İndiki şərait göstərdi ki, ölkəmizdə çox yüksək biliklərə sahib, fədakar tibb personalımız var.
- Əhliman müəllim, bəzi vətəndaşlar koronavirus infeksiyasının nə qədər təhlükəli olduğunu ciddi qəbul etmirlər. Onlara nə tövsiyə edərdiniz?
- Dövlətimiz, Prezidentimiz hər şey edir ki, koronavirusa qarşı uğurla mübarizə aparaq. Amma son vaxtlar bəzi rəqəmlər bizi narahat edir. Doğrudur, bu göstəricilər bir çox ölkələrlə müqayisədə xeyli yaxşıdır. Buna baxmayaraq, yoluxmanın artması bizi narahat etməyə bilməz. Mütəxəssislərin fikrinə görə, bunun əsas səbəbi karantin rejiminin yumşaldılması, bəzi insanların məsuliyyətsiz davranışlarıdır. Hər bir vətəndaş tibbi maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalıdır.
Düşünürəm ki, ən böyük təhlükə isə bizim bəzi ziyalıların, hətta bəzi həkimlərin koronavirus infeksiyasının mövcudluğunu şübhə altına almasıdır. Bu çox böyük təhlükədir. Əgər həkimlərimiz, ziyalılarımız deyirsə ki, ölkəmizdə koronavirus yoxdur, onda başqalarından nə gözləyək? Bu, təhlükəli tendensiyadır. Əgər belə məsuliyyətsiz olsaq, hansı nəticə ala bilərik?
Hər bir xəstəliyin müalicəsindən daha asan onun profilaktikası, qarşısının alınmasıdır. Amma biz müşahidə edirik ki, stasionar müalicə üçün müraciət edən xəstələr bəzi hallarda ağırlaşmış formada olanlardır. Onlar ağırlaşmalarla xəstəxanaya gətirilirlər. Bu xəstəliyin əlamətini hiss edən insanlar mütləq təcili olaraq həkimlərə müraciət etməlidirlər.
Mən əminəm ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verəcək, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə edəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54

