Gələcəkdə daha geniş dialoq mühitinin şahidi olacağıq
20.03.2020 [09:54]
Fazil Mustafa: Azərbaycanın gələcəyini düşünən siyasi partiyalar hakimiyyətlə dialoqa getməli və bu prosesə töhfələrini verməlidir
Müsahibimiz Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafadır:
- Fazil müəllim, məlumdur ki, ölkəmizdə bütün sahələr üzrə islahatlar həyata keçirilir. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı islahatlarla bağlı fikirlərini geniş şəkildə bildirdi. Bu mənada siyasi islahatların, o cümlədən qanunvericilik sahəsində islahatların əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, biz qanunvericilik orqanının müstəvisində ilk dəfə olaraq islahat xarakterli, forma və məzmunca dəyişikliyin şahidi olduq. Bu, ilk növbədə ölkə Prezidentinin iradəsi ilə bağlı məsələ idi. Dövlət başçısı birinci növbədə Milli Məclisin vitrinini dəyişdi. Gərək vitrin dəyişilsin ki, ondan sonra o kursu həyata keçirəcək bir komandanın varlığı ortaya çıxsın. Milli Məclisin yeni sədri Sahibə Qafarova cəmiyyətin ziyalı təbəqəsinə aiddir. Yeni Azərbaycan Partiyasının məhz onun namizədliyinin dəstəkləməsi müsbət tendensiyadır. Bu istiqamətdə növbədə Milli Məclis sədrinin birinci müavininin, müavinlərinin də tamamilə yeni bir anlayışla seçilməsi olduqca vacib idi.
Eyni zamanda, birinci vitse-spikerin Azərbaycanın tanınmış hüquqşünaslarından biri, cəmiyyətdə, parlamentdə reputasiyası yüksək olan Əli Hüseynlinin seçilməsi Milli Məclisin vitrinində xeyli dəyişiklik yaratdı, bu islahatçı komanda obrazını inandırıcı şəkildə təqdim edə bildi. Həmçinin həm bitərəflərin namizədi kimi cəmiyyətdə seçicilər arasında böyük nüfuzu olan, seçicilərlə daha çox təmasda olan Adil Əliyevin, azlığın təmsilçisi olaraq tanınmış ziyalı Fəzail İbrahimlinin vitse-spiker seçilmələri islahatların Milli Məclis sferasında birinci inandırıcılığını ortaya qoydu. O baxımdan da, dəyişkliyin formaca müsbət tərəfini qeyd etmək lazımdır.
Mahiyyətcə isə ilk dəfə Milli Məclisdə idarəetmə bölgüsü başa çatdı. Ölkə Prezidenti tövsiyə etdi ki, YAP azlığın da təmsilçiliyinə dəstək verməlidir. Bu, ideya olaraq Azərbaycanda ilk dəfə idi ki, gerçəkləşirdi. Çünki indiyə qədər parlament azlığının nümayəndələri parlament idarəetməsində yox idi. Milli Məclis Sədrinin müavini, komitə sədri, komitə sədrinin müavini postuna o şəxlərin gətirilməsi situasiyanın, həqiqətən də, məhz islahata gerçək bir dəstək vermək istiqaməti olduğunu bir daha sübut etdi.
Prezident çıxışı zamanı çox konseptual məsələlərə toxundu. Parlamentin dövlətin yükünü götürməkdə zəif qalmasını qeyd etdi və bunu artırmağın yollarını təklif etdi. Yəni, artıq yalnız Prezidentin üzərində dövlətin məsuliyyəti təmərküzləşməyəcək. Parlament burda daha əhəmiyyətli rol alaraq həm bu yükü yüngülləşdirəcək, həm də özünün bu prosesə, Azərbaycanın tanıtımı, problemlərin həlli istiqamətində özünün müəyyən dərəcədə töhfələrini vermək imkanını ortaya qoydu. Bu baxımdan da, ölkə Prezidentinin parlamentə bu dəfəki gəlişi əvvəlki gəlişlərindən tamamilə fərqli idi. Bu dəfə istiqamətlər birbaşa islahatlar kimi verildi. Bu da sevindiricidir ki, məhz parlamentin nüfuzunun artması elə dövlətin nüfuzunun artması kimi anlaşıldı. Və bu yöndə yeni situasiya yarandı.
- Sizcə, siyasi sistemin möhkəmləndirilməsi siyasi dialoqun və milli birliyin güclənmsəində nə dərəcədə rol oynayacaq?
- Qeyd edim ki, Prezident İlham Əliyev bu prosesə hələ Milli Məclisdəki çıxışından əvvəl parlamentlə bağlı məsələlərin daha yüksək səviyyədə qurulması, ali icra orqanı ilə qanunverici orqan arasında əməkdaşlığın daha səmərəli formasının tapılması istiqamətində konkret addımlar atdı. Ötən ilin noyabr ayında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqə şöbəsinin yaradılması və şöbənin müdiri vəzifəsinə tanınmış ziyalı Ədalət Vəliyevin təyin olunması xəbər verirdi ki, artıq burda ciddi bir düşüncə, anlayış dəyişikliyi baş verəcək. Ədalət Vəliyev də parlament seçkilərindən dərhal sonra görüşlərə başladı və heç bir fərq qoymadan bütün siyasi partiyalara görüş üçün dəvət göndərildi. Dialoqa hazır olan partiyalar görüşdü, hazır olmayanlar “naz” etdilər və ya guya daha çox kütləyə nəzarət edən partiya olduqlarını deyərək geridə durdular. Amma buna baxmayaraq onlara da qapı açıq saxlanıldı.
Bu o deməkdir ki, indiki parlament formalaşmazdan öncə prosesə start verilmişdi. Zəmin hazırlananda artıq anlaşılırdı ki, cənab Prezident ölkə idarəetməsində siyasi partiyaların rolunun artırılmasına maraqlıdır. Bunun da yolu siyasi dialoqdan keçir. Hakim partiya dialoqa fərdi qaydada başladı. Əvvəllər də dialoq var idi. Amma hamını bir yerə yığıb ümumi müzakirə formatında partiyaların nə istədiyini, hansı ideyaların, təkliflərin olduğunu üzə çıxarmaq biraz çətin idi.
Lakin bu dəfə limitsiz bir mövzu ətrafında Prezidentin səlahiyyət verdiyi şəxsin hər kəslə görüşməsi və səmimi bir dialoq qurması bunun gələcəkdə fərqli bir formada genişlənəcəyinə işarə idi. Parlament rəhbərliyi formalaşandan sonra bu istiqamətin götürülməsi çox daşları yerinə qoydu. Artıq göründü ki, islahat məsələsində atılan addımlar çox ciddidir, sadəcə koronavirusla bağlı problemlər bir qədər intensivliyi ləngitdi. Bu da təbiidir. Çünki ölkənin bütün resursları bu prosesə cəlb olunub. Problemi aşandan sonra ümid edirəm ki, gələcəkdə daha geniş dialoq mühitinin şahidi olacağıq.
- Siz siyasi dialoqun əhəmiyyətinə toxundunuz. Bəzi siyasi təşkilatların görüşlərdən imtina etməsi onların klassik müxalifətçilik missiyasından uzaq olduğunu göstərmirmi?
- Bilirsiniz, əslində, burada özündənmüştəbehlik anlayışı daha çox yerinə düşür. Onlar elə bilirlər ki, kütləni dirijor çubuğu ilə idarə edirlər. Amma anlamırlar ki, onların öz düşüncələrini cəmiyyətə təlqin etmək imkanları məhduddur. Bunu pərdələmək üçün ən yaxşı yol nədir? Məlumdur ki, görüşəndə qabında nə varsa, ortaya qoymalısan. Qabında heç nə yoxdursa, o qabı gizlədirsən. Yəni Prezident Administrasiyasından dəvət alan, amma görüşə getməyənlərin qabında heç nə yoxdur. Ona görə də görüşə getməyiblər.
Kim ki fəaliyyətində açıq, şəffaf olursa, öz imkanlarına inanırsa, dialoqa getməyə hazır olur. Hakimiyyət öz gücünə inandığına görə, rahatlıqla dialoqa getmək istəyini ortaya qoyur. Əksər siyasi partiyalar da bu dialoqa açıq olduğunu göstərdilər. Lakin özündənmüştəbehlər görüşə getmək əvəzinə şərtlər irəli sürdülər. Bu şərtlər görüşdə də deyilə bilər. Bu yanaşma isə, əslində, onların düşüncəsində heç nəyin olmamasının göstəricisidir. Azərbaycanın gələcəyini düşünən siyasi partiyalar hakimiyyətlə dialoqa getməli və bu prosesə töhfələrini verməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

