/ / “Radikal, ekstremist qruplara qarşı mübarizənin ən gözəl yolu dini olduğu kimi insanlara çatdırmaqdır”
“Radikal, ekstremist qruplara qarşı mübarizənin ən gözəl yolu dini olduğu kimi insanlara çatdırmaqdır”
13.03.2020 [09:29]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının SİA-ya müsahibəsi:
- Mübariz müəllim, yeni Milli Məclis artıq öz işinə başladı. Yeni heyəti necə dəyərləndirirsiniz və budəfəki heyətin fəaliyyətindən nələri gözləyək?
- Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Bu parlament seçkiləri ölkəmizdə azad, demokratik, ədalətli şəkildə keçirilən seçkilər kimi tariximizə daxil oldu və yeni Milli Məclis formalaşdı. Artıq yeni Milli Məclisin rəhbər heyəti seçildi. Cənab Prezident Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında iştirak etdi, orada böyük nitq söylədi. Ölkə başısı nitqində həm Milli Məclisin qarşısında duran vəzifələr, konkret olaraq deputatların qarşısında duran vəzifələr, eyni zamanda, bütövlükdə cəmiyyətimizdə, dünyada gedən hadisələrlə bağlı dəyərli fikirlərini səsləndirdi. Deyərdim ki, Milli Məclis üçün, deputatlar üçün, həm də cəmiyyət, müxtəlif sahələr üçün Azərbaycanın qarşısında duran vəzifələr konkret şəkildə ifadə edilərək bu tövsiyələri verdi. Hesab edirəm ki, yeni Milli Məclis zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında duran vəzifələrin həllinə, o cümlədən islahatlar xəttinə öz dəyərli töhfəsini verə biləcək.
- Yeni tərkibdə Yeni Azərbaycan Partiyası digər siyasi partiya nümayəndələrinin də Milli Məclisdə yüksək post tutmasında maraqlı oldu. Buna səbəb nə oldu?
- YAP bu seçkilərdə parlamentdə üstünlük əldə etdi. Yəni Milli Məclisdə 70 yer qazanıb. Bundan başqa, parlamentdə ayrı-ayrı siyasi partiyaların nümayəndələri də yer qazanıblar. O cümlədən onların arasında heç bir siyasi partiyanın üzvü olmayan deputatlar da vardır. YAP Qanuna, daxili Nizamnaməyə, o cümlədən demokratiyanın tələblərinə görə seçki yolu ilə parlamentdə həm komitə sədrləri, müavinləri, həm də parlamentdə digər seçkili vəzifələri tuta bilərdi. Amma üstünlüyün YAP-da olmasına baxmayaraq, hakim partiya digər partiyaların, o cümlədən heç bir siyasi partiyanın nümayəndəsi olmayan deputat qrupunun da həmin parlamentdə rəhbər vəzifələrində təmsil olunması üçün şərait yaratdı. YAP-ın nümayəndəsi Sahibə Qafarova parlamentin sədri, Əli Hüseynli sədrin birinci müavini, Adil Əliyev, Fəzail İbrahimli isə sədr müavinləri seçildilər.
- Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni Milli Məclisin ilk iclasında belə bir fikir bildirdi ki, “Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır və parlamentin rolu burada çox vacibdir. Biz 20 il, 30 il, 50 il sonra hansı dövlətdə yaşamaq istədiyimizi bilməliyik. Biz bilirik və xalq da bilir. Amma bunu təmin etmək lazımdır”. Məhz sizin qurumun, həm də yeni heyətin bununla bağlı görəcəyi hansı işlər var?
- Cənab Prezident çıxışında Azərbaycanda dövlət-din münasibətlərinə, o cümlədən dini radikalizmə qarşı mübarizə məsələlərinə toxundu. Ölkə başçısı xüsusi vurğuladı ki, “biz Azərbaycanın dünyəvi dövlət modelini məxsusi olaraq təşviq etməliyik və bu istiqamətdə əldə etdiyimiz nailiyyətləri daha geniş şəkildə yaymağa çalışmalıyıq”. Bilirsiniz ki, Azərbaycan, Konstitusiyaya görə, dünyəvi dövlətdir. Azərbaycanın dünyəvi dövlət-din modeli dünyanın ayrı-ayrı qurumları tərəfindən, o cümlədən Azərbaycanın dini baxımdan təmasda olduğu ölkələr tərəfindən çox yüksək səviyyədə dəyərləndirilir. Ötən il Azərbaycanda Dünya dini liderlərinin ikinci Bakı Sammiti keçirilərkən burada iştirak edən ayrı-ayrı dini liderlər Azərbaycanın dövlət-din modelinə toxundular və onu yüksək dəyərləndirdilər. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən İslam dünyası çərçivəsində də Azərbaycanın dövlət-din modeli hamı üçün bir nümunə kimi qeyd olunur. Ümumiyyətlə, dünyada heç bir din radikal deyil. İslam dinində, xüsusilə qeyd edə bilərəm ki, Qurani-Kərimdə bununla bağlı çoxlu ayələr, hədislər var ki, insanlığı bir-birinə çox səmimi olmağa, qardaşlığa çağırır. İslam dininin özü də elə qardaşlıq dinidir. Yəni bu baxımdan, biz dini radikal adlandıra bilmərik. Dindən sui-istifadə edən qruplar, dairələr olur. Onlar öz məqsədlərinə çatmaq üçün din içərisində bu cür təbliğatlar aparırlar. Biz buna din adı altında gizlənən radikal və ekstremist qruplar deyirik. Bu din adı altında gizlənən radikal, ekstremist qruplara qarşı mübarizənin ən gözəl yolu dini olduğu kimi insanlara çatdırmaqdır.
- Necə düşünürsünüz, hazırda bütün dünyanın kabusuna çevrilən koronavirus Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər? Bunun qarşısında dayanıqlı bir iqtisadiyyatımız varmı?
- Ümumiyyətlə, bu tipli kütləvi xəstəliklərdən yayınmaq o qədər asan məsələ deyil. Bu gün dünyanın 120-dən çox ölkəsinə bu virus yayılıb. Bəşəriyyət tarixində çoxlu bu cür kütləvi xəstəliklərlə müşayiət olunan və böyük insan qırğınına gətirib çıxaran xəstəliklər mövcud olub. Bu cür qrip xəstəlikləri fonunda olan viruslar vardır. Hətta mütəxəssislər bildirirlər ki, bu tipli 4 mindən çox virus vardır. Onlar ayrı-ayrı dövrlərdə təzahür ediblər. Hətta vaxtilə “ispan qripi” deyilən bir qrip olub. O da xeyli insanın həyatdan getməsinə gətirib çıxarıb. Bununla belə statistika göstərir ki, sadə saydığımız qripin özündən də vəfat edənlərin sayı kifayət qədər çox olur. Koronavirus deyilən virusla bağlı problem ondan ibarətdir ki, hələlik bu virusun qarşısını almaq üçün tibb ona qarşı lazımi səviyyədə dərmanı yaratmayıb. Doğrudur, bu müalicə olunur. Artıq Çində bu virusa yoluxanların müalicə aldığını və sağaldığını statistikalar da göstərir. Orada aparılan profilaktik tədbirlər nəticəsində yoluxmanın genişlənmədiyi də göstərilir. Artıq Dünya Səhiyyə Təşkilatı bu virusu pandemiya kimi elan etdi. Çinin özündə də sakit dayanmayıblar və bu mübarizə davam edir. Bu virusların ən problemli cəhəti ondan ibarətdir ki, bunlar mutasiyaya uğrayır. Biz ümidsiz olmalı deyilik və dünya səhiyyəsində çox böyük yeniliklər meydana gəlib.
Əlbəttə ki, dünya iqtisadiyyatına bu virus təsirsiz ötüşməyib. Heç şübhəsiz ki, bizim ölkəmizə də müəyyən təsiri olacaq. Bu gün neftin qiymətinə də məhz elə bu koronavirus təsir göstərib. Amma əminəm ki, Azərbaycan iqtisadiyyatı bu cür təlatümlərə davamlıdır və bunu aradan qaldırmağa qadirdir. Bizim iqtisadiyyat üzrə həm mütəxəssislərimiz, həm də rəhbər işçilərimiz Azərbaycanda qabaqlayıcı tədbirlərlə bağlı fikirlər səsləndiriblər. Vətəndaşlarımız da bu məsələdə həmrəylik nümayiş etdirməlidir.
- Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu müxtəlif layihələr həyata keçirir. Qadın hüquqları ilə bağlı məsələlər də bu səpkidəndir. Sizin fikrinicə, özlərini “feminist” adlandıranların keçirdiyi aksiyanın qadın hüquqları ilə əlaqəsi var? Əslində, Azərbaycan qadını özünü necə təqdim etməlidir?
- Ümumiyyətlə, “feminist” hərəkatı Qərbdə meydana gəlib. Qərb dünyasında “feminist” hərəkatının meydana gəlməsinin əsasında duran məsələlər qadınların seçki hüququ əldə etməsi, qadınların iş yerlərində kişilərlə bərabər hüquqlar əldə etməsi, əməkhaqqı məsələləri və s. çox geniş bir mövzudur. Amma Azərbaycan qadını həmişə azad olub. Biz müsəlman dünyasının bir parçasıyıq, İslamı qəbul etmişik amma bizim ənənəvi olaraq tarixən xalqımıza məxsus dünyagörüşümüz, ənənələrimiz olub. Dədə Qorqud dastanlarından başlayaraq nağıllarımızı, dastanlarımızı, folklorumuzu götürsək, görərik ki, Azərbaycan qadını hər zaman azad olub. Yəni Azərbaycanda “feminist” hərəkatının mahiyyətində nə dayanır? Azərbaycan qadınının ailədə bərabərliyimi? Bizdə monoqam ailədir. Bizdə ailədə bir qadın-bir kişi mövcud olub. Eyni zamanda, Azərbaycanda hər zaman qadın ailədə böyük hörmət sahibi olub. Əgər biz “feminizm”ə baxsaq, Qərbdən öncə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib. Yəni 1918-ci il AXC Azərbaycan qadınına seçib-seçilmək hüququ verəndə Qərb ölkələrinin bəzilərində bu yox idi. Ölkəmizdə seçki ilə bağlı, peşə seçimi ilə bağlı və s. qadınla kişi arasında qanunvericiliyimizdə, fəaliyyətimizdə bir fərq varmı? Təbii ki, yoxdur. “Feminist” hərəkatı davam edə bilər. “Feminizm”in müasir dövrə aid hansısa məsələlərlə bağlı fikirləri ola bilər. Məsələn, qadına şiddət və s. Bu gün qadına şiddət dünyanın hər yerində var. Qadına şiddətlə bağlı Qərbdə, ən qabaqcıl ölkələrdə, ABŞ-da kinoxronikalar və sənədli filmlər var. Ona baxdıqda adam dəhşətə gəlir. Amma Azərbaycanda “feminizm” adı altında bizim milli-mənəvi dəyərlərimiz, ailə dəyərlərimizə zidd çağırışlar etmək, əlbəttə ki, yolverilən və bağışlanan deyil. Əminəm ki, cəmiyyət də buna öz təpkisini göstərib. Biz bunu sosial şəbəkələrdə də görürük.
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

