Prezident İlham Əliyevin çox cəsarətli mövqeyi tarixçilərdə ruh yüksəkliyi yaradır
08.01.2010 [01:19]
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Yaqub Mahmudov www.yap.org.az saytına müsahibə verib:
- Yaqub müəllim, ilk olaraq, istərdik ki, Azərbaycan tarixinin araşdırılması istiqamətində görülən son işlər haqqında məlumat verəsiniz. Bu sahədə AMEA-nın Tarix İnstitutunun fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Azərbaycan son dərəcə şanlı və şərəfli tarix yaşadığı kimi, qloballaşan dünyada çətin, mürəkkəb tarixi proseslərdən keçməyə məhkum olub. Ona görə də, biz daim informasiya müharibəsindəyik və cəmiyyətimizin hər bir fərdi bu işdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Təbii ki, bu müharibənin ön cəbhəsində tarixçilər dayanır. Müasir dövrdə tarix elminin inkişafı üçün son dərəcə əlverişli şərait mövcuddur. Bu şərait Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdən etibarən qabarıq şəkildə hiss olunur. ümummilli liderimiz Heydər Əliyev daim Azərbaycan tarixinin keşiyində dururdu. Onun həyata keçirdiyi bütün tədbirlər millətimizə xidmət edirdi. Ulu öndər Heydər Əliyevin hər bir addımı tarixçilərimizin qarşısında çox mühüm vəzifələr qoyurdu. Bu siyasət bu gün də davam etdirilir. Prezident İlham Əliyev də bütün fəaliyyətində tariximizin keşiyində durduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin itirilmiş torpaqlarımızla bağlı cəsarətli, tarixi faktlara söykənən fikirləri tarixçilər qarşısında böyük vəzifələr qoyur, bu baxımdan tarixçilərin fəaliyyət göstərməsi, dəqiq, əhatəli araşdırmalar aparması daha da asanlaşır. çünki arxamızda böyük dəstək hiss edirik. Bu baxımdan AMEA-nın Tarix İnstitutunun fəaliyyətində ciddi dönüş yaratmışıq. Amma Azərbaycanda elə insanlar var ki, bu işlərdən razı qalmırlar. Xaricdən qrant alıb vətəni satanlar da var. Ən mühüm yenilik budur ki, institut Azərbaycan xalqının əsl tarixini araşdırmağa başlayıb. Heç kimə sirr deyil ki, əvvəllər bu xalqın tarixini hara desən bağlamaq olardı, amma türk tarixinə əl atan kimi qıcıqlanma başlayırdı. Bu, tariximizdə böyük fəlakət idi, tariximizdə saxtalaşmaya gətirib çıxarmışdı. Bu gün isə institutda qadağan olunmuş mövzu yoxdur. Bizim etnik tariximiz araşdırılır və istisna edilmir ki, Azərbaycan xalqının təşəkkülündə digər etnoslar da iştirak edib. Amma Azərbaycan xalqını həyat ağacına bənzətsək onun ana kökü də, şah budağı da türkdür. Ana kökündən də, şah budaqdan da yazılmalıdır.
- Bəzən, Azərbaycan tarixinin araşdırılmasında böyük qüsurlara yol verildiyi haqqında ittihamlar da səsləndirilir. Siz bu fikirlərlə razılaşırsınızmı?
- Tarixini bilməyən xalq məhv olmağa məhkumdur. Ona görə də, bu sahəyə ciddi diqqət yetiririk. Əvvəllər üçcildlik, yeddicildlik Azərbaycan tarixi nəşr olunub. Amma ən böyük səhv bundan ibarətdir ki, Azərbaycan deyiləndə Araz çayından şimaldakı Azərbaycan ərazisi düşünülür. Yəni, Azərbaycan deyiləndə Arazdan şimaldakı ərazinin tarixi araşdırılıb. Bu da Azərbaycanın tarixi torpaqlarının beşdə birinə bərabərdir. Belə olan halda gələcək nəsillər öz vətənlərini çox məhdud çərçivədə görəcəklər, öz tarixini bilməyəcəklər, Təbrizin, Ərdəbilin, Qəzvinin tarixini bilməyəcəklər. Azərbaycan xalqının tarixində xüsusilə milli-mənəvi dəyərlər baxımından çox böyük rol oynayan İrəvan bölgəsinin, Zəngəzurun tarixini, Dərbəndin tarixini bilməyəcəklər. Məhz tarixi torpaqlarımızı unutmaq, tariximizi xatırlamamaq bizə həmişə böyük problemlər yaradıb. Ona görə də, ərazilərimizi itirə-itirə gəlmişik. Bu səbəbdən tarix elminin qarşısında duran ən mühüm vəzifələrdən biri bizim keçmiş tariximizin olduğu kimi öyrənilməsidir.
- Tarixin müəyyən dövrlərində, Azərbaycanın tarixi torpaqları müxtəlif vasitələrlə başqa dövlətlərə birləşdirilib. Amma tarixi başqa cür yazanda yalnız özümüzü müdafiə etmək və ya təkzib etməklə kifayətlənirdik. Hazırda bu mövqedən çıxaraq informasiya müharibəsində hücumçu mövqe nümayiş etdirə bilirikmi?
- Prezident İlham Əliyevin dediyi kimi, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında yaradılıb. Əgər bu gün Zəngəzurla, Qarabağla bağlı tarixi araşdırmasaq, ermənilərin yazdığı saxta tarixlə razılaşsaq, onda belə çıxır ki, Azərbaycan xalqının ərazisi yoxdur. Biz bütün istiqamətlərdə informasiya cəbhəsində düşməni qabaqlamağı bacarmalıyıq. Ən mühüm tələb odur ki, yalnız müdafiə mövqeyində qalmayaq. Kimsə tariximizlə bağlı yanlış əsər yazıbsa, onlara arayışlar verməklə məşğul olmayaq. İnformasiya müharibəsində hücumda olmalıyıq. Əgər bu gün ermənilər bizim torpaqlarımızı zəbt edibsə, torpağımızda öz dövlətini qurubsa, biz əsl tariximizi xalqımıza çatdırmalıyıq. Bu gün Ermənistan deyilən ərazidə 1918-ci il mayın 29-na qədər erməni dövləti olmayıb. Deməli, biz İrəvanı öz qədim şəhərimizin tarixi kimi öyrənməliyik. Hər bir toponimin tarixini öyrənməliyik və bunu bütün dünyaya təqdim etməliyik. Bunu etməsək, ermənilər özlərini Cənubi Qafqazın ən qədim xalqlarından biri kimi dünyaya təqdim edəcək. Biz isə, sadəcə, onları təkzib etmək məcburiyyətində qalırıq. Amma bu, belə olmalı deyil. Biz qabaqlayıcı tədbirlər görməli, hücum mövqeyində dayanmalıyıq. Ermənilərdən fərqli olaraq, buna bizim haqqımız da çatır, tarix də bizim haqlı olduğumuzu göstərir. İrəvanın, Zəngəzurun, Naxçıvanın tarixini əvvəlcədən yazaq ki, ermənilər əks arqument ortaya qoya bilməsinlər.
- Bu baxımdan, Tarix İnstitutunun nəşr etdirdiyi Azərbaycan tarixinin atlası böyük maraqla qarşılanır ...
- İtirilmiş torpaqlar haqqında da geniş əsərlər yazılıb. Amma etiraf edək ki, bu mövzu istənilən səviyyədə araşdırılmamışdı. Azərbaycan xalqının tarix xəritələri çıxmamışdı. Tarix İnstitutunda ilk dəfədir ki, Azərbaycan tarixinin atlasını nəşr etmişik. Bu nəşrdə ən qədim dövrdən bu günə kimi Azərbaycan tarixinin atlası var. Bu o deməkdir ki, artıq xalqımızın pasportu var. Bu pasportda aşağıdakılar öz əksini tapıb: bizim ərazilərimiz haralar olub, hardan-hara gəlmişik və tarixən çox böyük Azərbaycan indi məhdud bir hissədə öz dövlətçiliyini bərpa edib. Bunu millətimiz bilməlidir. Bu günə qədər də bu atlasın nəşr olunmasını qısqananlar var. Qonşu ölkələrdən bəziləri, tariximizə sahib çıxmaq istəyənlər bu atlasa qarşı nota dalınca nota verirdilər. Bu isə bizi narahat etmir. çünki cənub torpaqlarının iddiasında deyilik, amma cənubda soydaşlarımız yaşayır. Bu mədəniyyəti biz yaratmışıq. Ərəb xilafətindən sonra bütün bu əraziləri Azərbaycan sülalələri idarə edib. Biz, sadəcə olaraq, keçmişin pasportunu veririk. Qoy xalqımızın hər bir övladı tariximizi öyrənsin və tariximizə sahib çıxsınlar. Bir sözlə, atlasın nəşrini böyük nailiyyət hesab edirəm. Eyni zamanda, bu işimiz cəmiyyətdə təqdir olundu.
- AMEA-nın Tarix İnstitutunun Qarabağ haqqında nəşr etdiyi kitab da çox mühüm tarixi sənəd kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, bu kitabın nəşri ciddi rezonans doğurdu...
- Bu kitab Prezident İlham Əliyevin təşəbbüsü ilə çap olunub. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə elə bir Qarabağ tarixi kitabı yaratdıq ki, ermənilər də daxil olmaqla heç kim buradakı faktlara etiraz edə bilmir. Nəşrin adı “Qarabağ: real tarix, faktlar, sənədlər” adlanır. Bu kitabı altı dildə nəşr etmişik. Nəşr etdiyimiz kitabların hamısını ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr etmişik. Bu kitabın ön sözünün müəllifi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Kitab bir daha dəqiqliklə sübut edir ki, ermənilər özgə torpağında oturublar. Ona görə də, Qarabağ davası etməyə haqları yoxdur.
- Bu gün ermənilər Naxçıvana da qarşı iddialarla çıxış edirlər. ümumiyyətlə, bu barədə hansı elmi-tarixi əsərlər ortaya qoyulub?
- Bu da yeni məsələ deyil. Bayaq da qeyd etdiyimiz kimi, ermənilər Cənubi Qafqazda möhkəmlənməkdən ötrü özlərinə qədim dövlət yaratdıqlarını iddia edirdilər. Amma nəyin bahasına? Qarabağda keçmiş xristian alban məlikləri vardı. Onlar sonradan qriqoryanlığı qəbul edərək erməniləşiblər. Naxçıvan isə bu planetdə həyatın başlandığı ilk yerlərdən biridir. Nuh peyğəmbərlə bağlı çox məsələlər Naxçıvanda cəmləşir. Ona görə də, ermənilər özlərini qədim xalq kimi təqdim etməyə çalışırlar. Ağrı dağını gerblərinə daxil edirlər. Naxçıvan dünya tarixinə Ulu öndər Heydər Əliyevi, Nəsrəddin Tusini, Nəimini, Hüseyn Cavidi və başqa mütəfəkkirləri bəxş edib. Bəs ermənilər Naxçıvanın yetişdirdiyi bir erməninin adını çəkə bilərlərmi? Əlbəttə, yox. Ona görə də, Azərbaycan və ingilis dillərində Naxçıvan tarixini yaratdıq və bunu dünya ölkələrinə də yayırıq. Yeri gəlmişkən, bu nəşrin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova təşəkkür edirəm. Hər il ermənilər Qarabağla bağlı Moskvada bayram edirdilər. “Kürəkçay” müqaviləsinə istinad edərək deyirdilər ki, guya ermənilər xilas olunmaq üçün Rusiyanı köməyə çağırıb. “Kürəkçay” müqaviləsinin 200 illiyi ilə bağlı kitab nəşr etdik. Kitabda müqaviləni də təqdim etdik. Müqavilə İbrahimxəlil xanla ruslar arasında imzalanıb və orada heç bir ermənidən, xristiandan söhbət getmir. Bu nəşrdən sonra ermənilər Moskvada bu bayramı keçirmirlər.
- Rəhbərlik etdiyiniz institutun təşəbbüsü və təşkilatçılığı ilə bir sıra digər mühüm tarixi faktları özündə əks etdirən kitablar da nəşr olunub. İstərdik bunlarla bağlı da məlumat verəsiniz və bu kitabların əhəmiyyətini qeyd edəsiniz...
- Biz “Tarixi adlara qarşı soyqırımı” kitabını nəşr etmişik. Bu da indiki Ermənistan ərazisində dəyişdirilən yer adları haqqındadır. Həmin yerlərin adları Ermənistan Ali Sovetinin fərmanı ilə dəyişdirilib. Bu faktlar kitabda tam dəqiqliyi ilə göstərilib. Ermənilər bu faktları təkzib edə bilməzlər. Eləcə də, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair İngiltərədən arxiv sənədlərini gətirib çap etmişik. Sənədlərə əsasən deyə bilərik ki, ingilis kəşfiyyatının nümayəndələri Londona “bizim ermənilərə kömək etməyimiz səhv siyasətdir. Cənubi Qafqazda ən real qüvvə Azərbaycan xalqıdır. Əsl demokratik dövləti Azərbaycan yaradıb. Biz siyasəti dəyişməliyik və Azərbaycanla əlaqələri qurmaq lazımdır” şəklində məlumat yazıb göndəriblər.
- Yaqub müəllim, Tarix İnstitutunun yeni nəşrlərindən biri də İrəvan xanlığının tarixi ilə bağlıdır. Bu tarixi əsərin önəmi haqqında nə deyə bilərsiniz?
- Tarix İnstitutunun İrəvan xanlığı ilə bağlı “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı yeni kitabı nəşr olunub. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olan kitabdır. Kitabda da göstərilir ki, ermənilər Qarabağdan əl çəkməlidirlər. çünki Azərbaycan Qarabağın sahibidir. İrəvan da, Zəngəzur da Azərbaycan xalqına məxsusdur. Bu, Prezident İlham Əliyevin çox cəsarətli mövqeyidir. Bu cəsarət də tarixçilərdə ruh yüksəkliyi yaradır. Bu kitabın mahiyyəti odur ki, ermənilərin yaratdığı saxta tarixi faktları real faktlarla təkzib və ifşa edir. Bu kitab müxtəlif dillərə tərcümə olunacaq və gec-tez dünyaya sübut edəcəyik ki, ermənilərin Cənubi Qafqazda Qarabağ davası etməyə haqları yoxdur. çünki İrəvan xanlığı Azərbaycan xalqının tarixi olub. Bu həmin torpaqlardır ki, Rus imperiyasının köməkliyi ilə işğal edilib. İşğaldan sonra ermənilər İrəvan xanlığının ərazisinə köçürülüb, Rusiyanın köməyi ilə həmin ərazidə möhkəmləniblər. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Mayın 29-da isə böyük dövlətlər təzyiq göstərdilər ki, erməni məsələsini həll etməkdən ötrü Azərbaycan onlara yer versin. Azərbaycan hökuməti təzyiq nəticəsində İrəvanın ermənilərə verilməsi haqqında qərar qəbul etdi. Bu tarixdən etibarən erməni dövləti var və bu dövlət Azərbaycan torpağı hesabına yaranıb. Söz yox ki, Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində çox böyük yeri var. Amma o vaxtkı hökumətin bu qərarı düzgün deyildi. Tarixin müsbət tərəfləri deyildiyi kimi, mənfi tərəfləri də düzgün qeyd olunmalıdır. Heç bir hakimiyyət torpağı başqasına vermək hüququna malik deyil. çünki torpaq xalqa məxsusdur. Ona görə də, xalqın rəyi öyrənilməli idi. Ermənilər vəd etmişdilər ki, İrəvan veriləndən sonra bütün iddialar dayandırılacaq. Amma sonra digər torpaqlar da ermənilərə verildi. Biz Qarabağ məsələsi ilə məşğul olduğumuz halda, ermənilər başqa iddialar ortaya qoyurlar. Kitabda erməni saxtakarlığının iç üzü açılır. Bir neçə faktı deyim. Ermənilərin köçürülməsi işində erməni zabitləri iştirak edib. Onlardan biri G.Lazaryan İrandan erməniləri köçürməklə məşğul olub. O, “Türkmənçay” müqaviləsindən əvvəl ermənilərə müraciət edir ki, “tez olun rus qoşunları buradan çıxdıqdan sonra siz köçə bilməyəcəksiniz. Az itkiniz olsa da, özünüzə daimi vətən əldə edəcəksiniz”. Kitabda bəzi şəkillər də vermişik. Ermənilər Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar Ağdərədə abidə qoymuşdular. Kitabda həmin abidənin də şəkli var. Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlığının Rusiyaya birləşməsi faktı var. Kitabda bəzi xəritələr də əks olunub. Abidələrin də hamısını vermişik. Səfəvilər dövründə Sərdarabad şəhərimiz olub. Orada məscidlər, ticarət obyektləri və s. olub. İndi bu şəhərdən əsər-əlamət yoxdur. Bu fakt göstərir ki, bu “mədəni” millət sözün əsl mənasında vəhşi barbardır. Təkcə İrəvanda 10-a qədər məscid olub. Onlardan yalnız Göy məscidin bir hissəsini bərpa ediblər. Onu da İrandan gələnlərin xətrinə ki, namaz qılsınlar. Bəs qalan məscidlər, karvansaraların taleyi necə oldu?
Nəhayət, qeyd edə bilərik ki, bu kitab ən böyük işlərimizdən biridir. Yaxın günlərdə geniş oxucu kütləsinə təqdim edəcəyik. Hazırda kitabın rus və ingilis dillərinə tərcüməsinin üzərində iş gedir. Tarix sübut edir ki, Babilistanla Dəclə-Fərat çayları arası ilə yanaşı, ən qədim mədəniyyət mərkəzlərindən biri Azərbaycandır. 5 min illik dövlətçilik tariximiz var. Amma bunları əlimizdən almaq istəyənlər var. Ona görə institut işini daha yüksək səviyyədə qurmalı, bundan sonra da effektiv və əhatəli fəaliyyətini davam etdirməlidir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
