Bələdiyyə seçkiləri kampaniyası Yeni Azərbaycan Partiyası üçün uğurlu olub
19.12.2009 [22:05]
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, artıq bələdiyyə seçkiləri kampaniyası, o cümlədən, kampaniyanın təşviqat mərhələsi başa çatmaq üzrədir. Bir neçə gündən sonra ölkədə fəaliyyət göstərən bələdiyyələrə yeni seçkilər keçiriləcək. Bütün seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə də ciddi hazırlaşıb. İstərdik ki, partiyanın seçkilərlə bağlı həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verəsiniz...
- Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə kifayət qədər ciddi hazırlaşıb. Bu günə qədər seçki proqramı üzrə geniş, çoxşaxəli işlər həyata keçirilib. Seçki kampaniyasının son mərhələsinə gəlib çatmışıq və hazırda irəli sürdüyümüz namizədlərin təşviqat kampaniyası uğurla aparılır. YAP həm seçki prosesinin birinci mərhələsini - namizədlərin müəyyənləşdirilib irəli sürülməsi və onların namizədliyinin qeydə alınması prosesini, həm də namizədlərin təşviqatının təşkil olunmasından ibarət olan ikinci mərhələsini, hesab edirəm ki, kifayət qədər düşünülmüş proqram əsasında həyata keçirməyə müvəffəq olubdur. Azərbaycanda yeganə olaraq Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb. Bunun özü bir tərəfdən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə kifayət qədər ciddi şəkildə yanaşmasından xəbər verir. Prinsip etibarilə, YAP bütün seçkilərə - istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri olsun, bütün seçkilərə ciddi yanaşır və 2009-cu ilin bələdiyyə seçkilərinə də Yeni Azərbaycan Partiyasının ciddi yanaşması bunu bir daha təsdiqləyir. Digər tərəfdən, Yeni Azərbaycan Partiyası istənilən seçki kampaniyasında, o cümlədən, böyük insan resursları və çoxlu sayda namizədlərin irəli sürülməsini nəzərdə tutan bələdiyyə seçkilərində iştirak etmək üçün özündə həm lazımi iradə, həm də güc hiss edir. Bələdiyyə seçkilərində partiya şəklində iştirak etmək səlahiyyətini də YAP məhz bu imkanları hesabına əldə edə bilib. Məsələn, bələdiyyə seçkilərində partiya şəklində iştirak etmək üçün Azərbaycanda mövcud olan bütün seçki dairələrinin yarısından çoxunda namizədlər irəli sürmək kimi çox vacib bir şərt ortaya qoyulubdur. Bu şərtin həyata keçirilməsi istənilən partiyadan çoxlu sayda namizədləri müəyyənləşdirib irəli sürmək tələb edir. Yeni Azərbaycan Partiyası Azərbaycanın bütün bələdiyyələrinə öz namizədlərini irəli sürüb və beləliklə, YAP-ın irəli sürdüyü namizədlərin sayı təxminən 16 minə yaxındır. Daha dəqiq desək, 15638 namizəd Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bizim irəli sürdüyümüz namizədlərin böyük əksəriyyəti zəruri prosedurları keçərək, imzaları toplayaraq, müvafiq sənədləri təqdim edərək dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. İndi biz seçki kampaniyasının ikinci mərhələsini - təşviqat kampaniyasını uğurla həyata keçirməkdəyik. Bələdiyyə seçkilərinin bir sıra mühüm özəllikləri mövcuddur və bu özəlliklər sırasında mən seçkinin təşviqat kampaniyasına yanaşmanı ayrıca qeyd etmək istəyirəm. Bələdiyyə seçkiləri təbii ki, yerli xarakterli seçkilərdir. Söhbət bu və ya digər bələdiyyələrə üzvlərin seçilməsindən gedir. Bələdiyyə seçkilərinin bu xüsusiyyəti seçki kampaniyasının, xüsusilə də seçkinin təşviqat mərhələsinin bütün ağırlığının yerlərə köçürülməsini tələb edir. Söhbət konkret bələdiyyələrə üzvlərin seçilməsindən gedirsə, irəli sürülmüş namizədlərin təşviqat kampaniyası da həmin namizədlərə səs verəcək insanların arasında aparılmalıdır. çünki konkret olaraq bələdiyyəyə üzvlərin seçilməsi üçün səsvermə hüququ həmin bələdiyyənin ərazisində yaşayan seçicilərə mənsubdur. Belə olan halda, təbii ki, təşviqat kampaniyası da, məhz bu dairəni əhatə etməlidir. Bu xüsusiyyəti nəzərə alaraq, təşviqatın daha səmərəli təşkil olunmasını təmin etmək niyyətilə irəli sürdüyümüz namizədlərin təbliğatının, məhz yerlərdə aparılmasına üstünlük verdik. Qeyd edim ki, müəyyənləşdirdiyimiz seçki konsepsiyasına uyğun olaraq seçkinin təşviqat kampaniyasının başlandığı gündən etibarən Yeni Azərbaycan Partiyasının təşviqatçıları Azərbaycanın bütün bölgələrində, şəhər və rayonlarında təşviqatla məşğuldurlar. Bizim təşviqat kampaniyasına cəlb etdiyimiz kontingent də həm peşəkar, həm də Azərbaycan cəmiyyətində kifayət qədər nüfuza sahib olan insanlardır. YAP-ı Azərbaycan Respublikası Milli Məclisində təmsil edən deputatların əksəriyyəti təşviqat kampaniyasında iştirak ediblər. Digər tərəfdən, Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan ziyalılar, tanınmış ictimai xadimlər, hörmətli insanlar, bu və ya digər regionun ağsaqqalları təşviqat kampaniyası prosesinə cəlb olunublar. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın bütün bölgələrində bizim irəli sürdüyümüz namizədlərin təşviqatı üçün çoxlu sayda görüşlər keçirilib. Artıq təşviqat kampaniyasının sona yaxınlaşmasına baxmayaraq, bu günün özündə də Azərbaycanın müxtəlif regionlarında uğurlu təşviqat kampaniyası həyata keçirilməkdədir.
- Təşviqat kampaniyasından gəldiyiniz qənaət nədən ibarətdir?
- Bu kampaniyanın təhlili çox ciddi şəkildə fikir söyləməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər seçicilər tərəfindən rəğbətlə qarşılanır. Təbiidir ki, bunun kökündə bir sıra reallıqlar dayanır. Mən birinci olaraq, həm bələdiyyə seçkilərinin ümumi əhval ruhiyyəsinin, həm də partiyamız tərəfindən irəli sürülmüş namizədlərə münasibətin formalaşmasında Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin nüfuzunu qeyd etmək istəyirəm. Bu münasibətin əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə olan rəğbət, Onun həyata keçirdiyi siyasətin gətirdiyi uğurların insanlar tərəfindən yüksək qiymətləndirilməsi dayanır. Bayaq da qeyd etdiyimiz kimi, bələdiyyə seçkiləri yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdir. Son illərdə, Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə respublikamızın regionlarının sosial-iqtisadi həyatında böyük uğurlar əldə olunubdur, regionların infrastrukturlarının yeniləşdirilməsi və təkmilləşdirilməsi, regionların simasının dəyişdirilməsi, istehsal potensialının möhkəmləndirilməsi, yeni iş yerlərinin açılması istiqamətində çox böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilibdir. Bütün bunlar isə Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inam və etimadını müəyyənləşdirib. Bu amillər Onun rəhbərlik etdiyi partiyanın irəli sürdüyü namizədlərin dəstəklənməsində ifadəsini tapır. Keçirilən bütün tədbirlərdə bu reallıq, bizim irəli sürdüyümüz namizədələrə münasibətdə bu əhval-ruhiyyə açıq şəkildə özünü göstərməkdədir. Və bu, namizədlərimizin uğur qazanacağına inamımızı əhəmiyyətli dərəcədə artırır.
Təbii ki, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi təşviqat kampaniyasının özünün də effektini və insanlarda yaratdığı inamı unutmaq olmaz. Ədalət naminə qeyd etmək lazımdır ki, bizim apardığımız təşviqat kampaniyası və bu kampaniyaya cəlb olunmuş insanların fəaliyyəti, fədakarlığı irəli sürdüyümüz namizədlərə vətəndaşların və seçicilərin müsbət münasibətinin formalaşmasında özünü əhəmiyyətli şəkildə göstərib. Və nəhayət, mən irəli sürdüyümüz namizədlərin özlərinin də şəxsi keyfiyyətləri haqqında danışmağı vacib hesab edirəm. Düşünürəm ki, prosesin bizim üçün uğurla yekunlaşacağına ümidimizin formalaşmasında namizədlərimizin bu və ya digər bələdiyyə ərazisində böyük nüfuz və hörmət sahibi olan insanlar olması əhəmiyyətli rol oynayır. çalışmışıq ki, hər bir bölgənin ən hörmətli, perspektivli insanlarını bələdiyyələrə namizədlər kimi irəli sürək. Bizim irəli sürdüyümüz namizədlərin bu keyfiyyətləri onlara müsbət münasibətin formalaşmasının kökündə dayanan digər bir reallıqdır. Gənclərə, qadınlara üstünlük verməyimiz hesab edirəm ki, bələdiyyə seçkiləri kampaniyasının uğurlu keçməsini təmin edən mühüm cəhətlərdəndir. Beləliklə, iki aydan artıqdır davam edən bələdiyyə seçkiləri kampaniyası hesab edirəm ki, Yeni Azərbaycan Partiyası üçün uğurlu olubdur. Bu nailiyyətlər səsvermənin də Yeni Azərbaycan Partiyasının namizədləri üçün uğurlu olacağına inam formalaşdırıb. Mən hesab edirəm ki, bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının 1993-cü ildən davam edən uğurlar silsiləsinə yeni bir qələbənin gətirilməsi ilə nəticələnəcək.
- Qeyd etdiyiniz kimi, YAP bu seçki kampaniyasında gənclərin və qadınların da namizədliyinə üstünlük verib. Sizcə, gənclərin və qadınların təmsilçiliyinin artması yerli özünüidarəetmə orqanlarının işinin keyfiyyətcə dəyişməsində nə dərəcədə rol oynayacaq?
- Bələdiyyələr insanların daha mütəmadi olaraq müraciət etdiyi və təbii olaraq, insanların iradlarının daha tez-tez tuş gəldiyi strukturlardır. Etiraf etmək lazımdır ki, bir yandan vətəndaşlarla daha çox təmasda olduqlarına görə, bəzən də öz vəzifələrinin öhdəsindən heç də vətəndaşların arzu etdikləri səviyyədə gələ bilmədiklərinə görə, bələdiyyələrə Azərbaycan cəmiyyətində tənqidi bir münasibət formalaşıb. Biz seçki konsepsiyamızı müəyyənləşdirərkən bələdiyyələrin fəaliyyətini təhlil etmiş, onların imicinin yaxşılaşdırılması hədəfini qarşımıza qoymuşduq. Hesab edirik ki, bələdiyyələrin imicinin yaxşılığa doğru dəyişdirilməsində kifayət qədər məsuliyyət Yeni Azərbaycan Partiyasının və onun irəli sürdüyü namizədlərin üzərinə düşür. Namizədləri müəyyənləşdirib irəli sürərkən, elə kriteriyalardan çıxış etməyi qarşıya məqsəd qoyduq ki, həmin namizədlər bütün parametrləri ilə vətəndaşların rəğbətini qazanmaqla yanaşı, bələdiyyə üzvü seçildikdən sonra öz üzərinə düşən vəzifələri yerinə yetirməyə potensialı çatan insanlar olsunlar. Digər tərəfdən, apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycan bələdiyyələrində qadınlar və gənclər çox aşağı səviyyədə təmsil olunurlar. Rəqəmlərlə ifadə etsək, mövcud bələdiyyələrdə qadınlar 3-4 faiz, gənclər 2-3 faiz təşkil edirlər. Təbii ki, bu, nə qadınların, nə də gənclərin Azərbaycan cəmiyyətində tutduğu yerə uyğun gəlmir. Bu da qadınların və gənclərin potensialından bələdiyyələrdə istifadə etmək imkanının əldən çıxması deməkdir. Biz hesab etdik ki, qadınların və gənclərin yerli özünüidarəetmə orqanlarında potensialından yararlanmaqla bir yandan bu iki demoqrafik qrupun bələdiyyələr səviyyəsində əhəmiyyətli dərəcədə fəallaşmasına təkan, digər yandan da bələdiyyələrin işinin yaxşılaşmasına töhfə verə bilərik. Beləliklə, hər iki vəzifənin öhdəsindən gəlmək məqsədilə çalışdıq ki, irəli sürdüyümüz namizədlərin arasında qadınların və gənclərin sayı çoxalsın. Hesab edirəm ki, bu məqsədə birinci mərhələdə - namizədlərin irəli sürülməsi mərhələsində nail ola bilmişik. Belə ki, namizədlərimizin təxminən 30 faizini qadınlar və 30 faizini gənclər təşkil edirlər. Mən bunun nə qədər əhəmiyyətli bir rəqəm olduğunu vurğulamaq üçün qeyd etmək istəyirəm ki, bütövlükdə Azərbaycanda bələdiyyə seçkilərində irəli sürülən namizədlər sırasında qadınlar da, gənclər də ayrı-ayrılıqda 20 faiz təşkil edir. Yeni Azərbaycan Partiyasının namizədləri içərisində isə bu iki demoqrafik qrupdan olan namizədlər 30 faiz təşkil edirlər. Beləliklə də, biz irəli sürdüyümüz namizədlərin tərkibində keyfiyyət dəyişikliyinə nail ola bilmişik. Digər bir tərəfdən, ali təhsilli insanların bələdiyyələrdə təmsil olunması məsələsini də diqqətdə saxlamışıq. Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər sırasında ali təhsilli insanlar 70 faizdən artıqdır. Bütövlükdə bələdiyyələrə namizədliyi irəli sürülən şəxslər sırasında isə bu rəqəm əhəmiyyətli dərəcədə aşağıdır. Beləliklə, biz bələdiyyələrə namizədləri müəyyənləşdirərkən tərkibin keyfiyyətcə yeniləşməsinə xüsusi fikir vermişik və namizədlərin irəli sürülməsi mərhələsində bu məqsədə nail olmuşuq. Güman edirəm ki, irəli sürdüyümüz gənclərin və qadınların böyük bir hissəsi seçici rəğbəti qazanaraq bələdiyyələrdə təmsil olunmaq hüququ əldə edəcək. Həm də ona inanıram ki, gənclərin və qadınların Azərbaycan bələdiyyələrində geniş şəkildə təmsil olunması Azərbaycan bələdiyyələrinin işinin keyfiyyətcə yeniləşməsinə böyük töhfə verəcəkdir. Xüsusilə vurğulamaq istəyirəm ki, bələdiyyələr elə bir fəaliyyət sferasıdır ki, burada gənclər bir yandan öz potensiallarını ifadə etmək imkanı əldə edirlər, digər tərəfdən, Azərbaycan vətəndaşları gəncləri daha yaxından tanımaq imkanı qazanırlar. Bununla da, bacarıqlı, istedadlı, səriştəli gənclərin Azərbaycanın ictimai mühitinə daha yaxından qoşulması üçün bir meydan yaranmış olur. Mən belə hesab edirəm ki, bizim irəli sürdüyümüz gənc namizədlərin bir hissəsi bir müddət sonra Azərbaycan ictimai mühitində tanınmış simalara çevriləcəklər. Bu, bizim qarşımıza qoyduğumuz vacib hədəfdir. Digər tərəfdən, təbiidir ki, bələdiyyələrə gənclik gələcək, yeni dünyagörüşü, yeni ideyalar, yeni baxış gələcək. Qadınların bələdiyyələrdə təmsilçiliyi isə cəmiyyətin yarısını təşkil edən demoqrafik qrupun həm baxışlarının, həm də tələbatının bələdiyyələrin fəaliyyətində öz əksini tapmasına imkan yaradacaq. Bu dəyşikliklər nəticə etibarilə bələdiyyələrin işində də keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq.
- Əli müəllim, bəs, ümumilikdə, ölkədəki seçki mühitini necə qiymətləndirmək olar? Məlum olduğu kimi, YAP-la yanaşı, həm digər partiyaların nümayəndələri, həm də bitərəflər də namizəd olaraq seçkilərdə iştirak edir.
- Azərbaycanda normal, ədalətli, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən müvafiq şərait yaradılıb. Həm seçki kampaniyasının aparılması, həm seçki hərəkətlərinin edilməsi, həm də şəffaf səsvermənin keçirilməsi üçün Azərbaycan hökuməti üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Azərbaycanda səsvermənin şəffaf keçirilməsi üçün, hətta bir sıra dövlətlərdən sözün yaxşı mənasında fərqlənən şərait yaradılıbdır. Bunu ölkəmizdə seçkiləri izləyən beynəlxalq qurumlar məxsusi qeyd ediblər. Seçki məntəqələrinin texniki avadanlıqlarla təmin edilməsi, dairə seçki komissiyaları üçün binaların tikilib istifadəyə verilməsi, dairə və məntəqə seçki komissiyalarına cəlb olunmuş insanların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün hökumət tərəfindən atılan digər addımlar sərbəst seçki yarışının təşkil olunması üçün geniş imkanlar açır. Azərbaycanda istənilən vətəndaş, istənilən partiya bələdiyyə seçkilərində sərbəst şəkildə iştirak etmək imkanına malikdir və heç bir maneə ilə rastlaşmırlar. Eyni zamanda, istənilən vətəndaşın və partiyanın nümayəndələri seçkilərin gedişatını izləyə bilər. 40 mindən artıq yerli müşahidəçi mərkəzi və dairə seçki komissiyaları tərəfindən qeydə alınıblar. Bu da ilk növbədə seçkilərin şəffaflığını təmin edən bir amildir, ölkəmizdə normal, ədalətli seçki mühitin olmasından xəbər verir. Təbiidir ki, ölkədəki sabitlik və əmin-amanlıq azad seçkilərin keçirilməsi baxımından vacib şərtlərdən biridir. Bu da Azərbaycanda seçkiöncəsi mühitin özəlliklərindən biri kimi qiymətləndirilə bilər. Bütün bunlar isə ona gətirib çıxarıb ki, Azərbaycan kimi kiçik bir ölkədə 30 mindən artıq namizəd qeydə alınıb və hazırda onlar özlərinin kampaniyasını aparmaqla məşğuldurlar.
Bununla belə, Azərbaycanda seçki mühitini tənqid etməyə cəhd göstərən qüvvələr də var. Əgər diqqətlə təhlil aparsaq görərik ki, bunlar kifayət qədər insani resursları olmadığı üçün bələdiyyə seçkilərində lazımınca təmsil olunmaq hüququ əldə edə bilməyən siyasi qüvvələrdir. Onlar bu seçkilərdə iştirak etmək üçün kifayət qədər qüvvəyə malik olmadıqlarından, yetərincə ictimai dəstək ala bilmədiklərindən, xalqımız tərəfindən dəstəklənmədiklərindən guya Azərbaycanda normal seçki mühitinin olmaması yönündə bəhanələrin arxasında gizlənməyə çalışırlar. Hesab edirəm ki, həm 2004-cü ilin reallıqları, həm də 2009-cu ilin reallıqları bu qüvvələrin ittihamlarının əsassız olduğunu sübuta yetiribdir. Azərbaycanda bir çox siyasi partiyaların bələdiyyə seçkilərində bütün bələdiyyələrə namizədliklərini irəli sürəcək qədər üzvləri, onların bayraqları altında bu prosesə qatılmaq istəyən yetərincə namizədləri yoxdur. Belə olduğu təqdirdə, onların bələdiyyə seçkilərində iştirak etmək imkanlarının məhdudlaşdırılması barədə iddiaları tam əsassızdır. Azərbaycanda ayrı-ayrı partiyaların özlərinin içərisində problemlər var və mən bu problemləri Azərbaycanın seçki mühitinin problemləri kimi təqdim olunmasını siyasi etikadan kənar hesab edirəm.
- Seçkilərdə YAP-ın rəsmi olaraq namizəd kimi irəli sürdüyü şəxslərlə yanaşı, müəyyən sayda müstəqil şəkildə öz namizədliyini irəli sürmüş partiya üzvləri də var. Bilmək istərdik ki, partiya tərəfindən həmin insanlarla bağlı hansı qərar qəbul ediləcək?
- Bilirsiniz ki, Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın passiv seçki hüququndan istifadə etməsi təsbit edilib. Yeni Azərbaycan Partiyası bütün vətəndaşların, o cümlədən, partiyamızın üzvlərinin bu hüquqlarının qorunmasının tərəfdarı kimi çıxış edir. Həmçinin, partiyamızın üzvü olan hər bir vətəndaşın Azərbaycan ictimai-siyasi mühitində fəal iştirak etməsini həm alqışlayır, həm də bunun üçün müvafiq şəraitin yaradılması məqsədilə səylərimizi davam etdiririk. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyaya daxil olanda öz üzərinə müəyyən vəzifələr də götürür. Seçki kampaniyasına qoşulan siyasi təşkilatların bir sıra özəllikləri vardır. Əgər partiya prosesdə bir təşkilat olaraq iştirak edirsə, onda müəyyən məsləhətləşmələrdən sonra özünün namizədlərini də müəyyənləşdirir və irəli sürür. Təbii ki, bu namizədlərin uğur qazanması üçün partiyanın bütün resursları, o cümlədən, insani resursları işə cəlb edilir. Əgər partiya öz namizədlərini müəyyənləşdirib irəli sürürsə, onda partiyanın hər bir üzvünün vəzifəsi bu namizədlərin qələbəsinin təmin olunması üçün çalışmaqdır. Təbii ki, partiyanın irəli sürdüyü namizədlər onun bütün strukturları tərəfindən müzakirə olunmuş və bəyənilmiş siyahıdır. Belə olan halda, bütün strukturlar və üzvlər partiyanın qəbul etdiyi bu qərarın seçki qələbəsinə çevrilməsinə öz töhfələrini verməlidirlər. Bu, adi bir partiya intizamıdır. Biz seçkidən öncə apardığımız söhbətlərdə də çalışdıq ki, hər bir partiya üzvü bu reallığı dərk etsin. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, buna nail olduq. Bu, partiya üzvlərinin öz öhdəliklərini və vəzifəsini dərk etmələrindən xəbər verir. Eyni zamanda, az sayda insanlar var ki, onlar partiya siyahısından kənarda, fərdi qaydada namizədliklərini irəli sürüblər. Bu, Yeni Azərbaycan Partiyasının mərkəzləşmiş şəkildə təşviqat aparmasına, bizi narahat edən dərəcədə olmasa da, əngəllər yaradır. çünki nəzərə alsaq ki, həmin insanlar partiyanın rəsmi namizədləri ilə rəqabət aparır, onda belə bir fikir söyləyə bilərik ki, partiya daxilində rəqabət həmin partiyanın namizədlərinin qalib gəlməsinə az-çox problem yaradır. Bizim arzumuz ondan ibarətdir ki, fərdi qaydada namizədliyini irəli sürən həmin şəxslər namizədliklərini geri götürsünlər və öz səslərini irəli sürdüyümüz namizədlərə versinlər, partiyamızın qələbə çalmasına kömək göstərsinlər. Əksər yerlərdə biz bu məntiqi fərdi qaydada namizədliyini vermiş insanların diqqətinə çatdıra bilmişik. Amma bir sıra hallarda çox məhdud sayda insanlar var ki, onlar görünür öz istəklərini partiya maraqlarından üstün tutmağa meylli olublar. Bu, əlbəttə ki, partiya tərəfindən heç də müsbət qiymətləndirilmir. Belə hərəkətlərə yol verən partiya üzvləri ilə biz işləri bundan sonra da davam etdirəcəyik. Hər halda biz onların diqqətinə çatdırırıq ki, partiya maraqlarına qarşı çıxan adamlar nəticə etibarilə özlərini partiyadan və partiyadakı fəaliyyətindən kənarda qoymuş olacaqlar.
- Əli müəllim, artıq Azərbaycanda bələdiyyə institutunun yaradılmasından 10 il ötür. ötən müddət ərzində müəyyən müsbət nəticələrlə yanaşı, bələdiyyələrin fəaliyyəti haqqında ciddi tənqidlər də səslənir. Sizcə, dekarın 23-də keçiriləcək növbəti seçki və onun nəticələri Azərbaycan cəmiyyətinə nə verəcək? Bələdiyyələr vətəndaşların gözləntilərini reallaşdıra biləcəkmi?
- Mən də yuxarıdakı fikirlərimdə Azərbaycan cəmiyyətində bələdiyyələrə tənqidi yanaşmanın mövcud olduğunu bildirdim. Bu seçkilərdə kampaniyanın və proqramımızın vacib hədəflərindən biri də tənqidlərin nəzərə alınması və bələdiyyələrin gələcək fəaliyyətində əhəmiyyətli dəyişikliklərin edilməsi ilə bağlıdır. Bələdiyyələrin fəaliyyətində yeniləşmə və kamilləşmə hiss olunmalıdır. YAP bu seçki kampaniyasında “Xalqa xidmət naminə” şüarını irəli sürüb. Burada güddüyümüz niyyət də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi ilə bilavasitə əlaqədardır. Onların vəzifəsi xalqa xidmət etməkdir. Ona görə də, bu xidmətin keyfiyyəti yüksək olmalıdır. Biz çalışırıq ki, yeni formalaşacaq bələdiyyələrdə YAP-ı təmsil edən hər bir üzv özünün vəzifəsinin xalqa xidmət olduğunu dərk etsin və bu xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını əsas məqsədinə çevirsin. Qeyd etdiyim kimi, ölkənin regionlarının inkişafında böyük nailiyyətlər əldə edilib. Bu inkişafın fonunda bələdiyyələrin fəaliyyətinin kölgədə qalması yolverilməzdir. Yerli özünüidarəetmə orqanları bölgələrdəki fəallığa uyğun şəkildə fəaliyyətlərini qurmağa səylər göstərməlidirlər. Bələdiyyələr öz vəzifəsinin xalqa xidmət olduğunu dərk etdikdə işlərində əhəmiyyətli keyfiyyət dəyişikliyi baş verəcək. Digər tərəfdən, bu orqanlara namizədlər irəli sürərkən yeni insanlara daha çox üstünlük verməyimiz də ona işarədir ki, YAP bələdiyyələrin işində ciddi dəyişikliklərin olmasını arzulayır. Nəzərinizə çatdırıram ki, namizədlərin dörddə üçü yeni insanlardır. Bütün bunları nəzərə alaraq inanırıq ki, yeni seçkilər nəticəsində formalaşan bələdiyyələrin fəaliyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunacaq.
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
