Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Mükafatı dərsimin keyfiyyətinin daha da yaxşılaşması üçün xərcləyəcəm"

"Mükafatı dərsimin keyfiyyətinin daha da yaxşılaşması üçün xərcləyəcəm"

27.11.2009 [09:26]

Almaz Həsrət: Ən böyük uğur, ən şərəfli diplom Prezident İlham Əliyevin Sərəncamı ilə aldığım “İlin ən yaxşı müəllimi” diplomudur
Təhsil Nazirliyində onun haqqında rəy çox yüksəkdir. Şəhid Ələkbər Əliyev adına orta 204 saylı ümumtəhsil məktəbində biologiya fənnini tədris edən Almaz Həsrət peşəsinə dərindən yiyələnən, digər fənlərlə tədris etdiyi fənn arasında məharətlə əlaqə quran əsl peşəkardır. Onun öz peşəsi ilə əlaqəli ixtisaslardan biri də prioritet sahələrdən hesab edilən informasiya-kommunikasiya texnologiyalardır (İKT). Almaz xanımın bu texnologiyanın uğurlu tətbiqi nəticəsində qazandığı nailiyyətlər dərsinin keyfiyyətində də, qiymətləndirilməsində də öz rolunu oynayıb. İndi onun 20-dən çox qalib diplomu və fəxri fərmanları var. Buna baxmayaraq, onun üçün ən böyük uğur, ən şərəfli diplom Prezident İlham Əliyevin Sərəncamı ilə aldığı “İlin ən yaxşı müəllimi” diplomudur. Almaz Həsrət 2008-2009-cu tədris ilinin yekunlarına əsasən, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biridir.
Müsabiqədə iştirakım həm həyacanlı, həm də qürurverici idi
Peşəkar olmasına, beynəlxalq müsabiqələrdə fəal iştirakına, hətta ixtisası ilə bağlı tədbirlərdə dəfələrlə qalib olmasına baxmayaraq, bu müsabiqədə iştirakını və qələbəsini həyacanla xatırlayır: “Doğrusu, müəyyən tərəddüdlər ucbatından ötən il müsabiqəyə qatılmadım. Ancaq prosesi müşahidə etdim və hər şeyin şəffaf, ədalətli olduğu qənaətinə gəldim. Ona görə də bu il mən də müsabiqəyə qatıldım. İlk mərhələdən uğurla keçdim. çünki beynəlxalq müsabiqələrdə iştirakımız və uğurlarımız kifayət qədər idi. Tərcümeyi-halım ilk mərhələdən keçəcəyimə şübhə yeri qoymurdu. Növbəti mərhələlər isə kifayət qədər yaddaqalan oldu. Həm həyacanlı idi, həm də qürurverici”.
Açıq dərs
Əvvəlcə xüsusi komissiya qarşısında baş tutacaq “Açıq dərs” üçün həyacan keçirib: “Açıq dərs”ə bir günə hazırlaşmaq lazım gəlir. Bir gün dərsin saatını, yerini və fənni deyirlər və növbəti gün həmin dərsə girirsən. Bəlkə də düzgün deyil. Ancaq nə etmək olar?! Başqa çıxış yolumuz olmadığından nə edəcəyimi bir günə müəyyənləşdirməli idim. Yalnız dərs keçəcəyim sinfin kompüter biliyi ilə maraqlana bildim. Onların da biliyi nəzərdə tutduğum dərsi qurmağa imkan verdi. “Araz” Ekologiya Liseyində aşağı sinifdə dərs keçməli oldum. Artıq 13 ildir ki, 10-11-ci siniflərə dərs deyirəm. Bunu təqdim etdiyim sənədlərdə qeyd etmişdim. Müsabiqədə də məhz bunu nəzərə alırlar. Məsələn, aşağı sinifdə dərs deyən müəllimlərin “açıq dərs”i yuxarı siniflərə salınır, əksinə, yuxarı siniflərdə dərs aparanların “açıq dərs”ini aşağı siniflərdə təşkil edirlər. Yəni, burada müəllimin əvvəlcədən hazırlanmış dərsinin olması ehtimalı nəzərə alınır. Odur ki, biologiya fənnini tədris etsəm də, “açıq dərs”də zoologiyadan mövzu düşdü”.
Mövzu boxçadan çıxdı
Dərsə gəlincə, onu maraqlı təşkil etmək üçün xeyli düşünməli olub. Axırda orijinal bir fikir tapıb: “Dərsimiz qurdlardan olmalı idi. Bir yaylıq götürdüm. Dərsə aid qurda bənzər oyuncaqlar və aptekdən qurd dərmanları aldım. Sinfə girib adi qaydada salamlaşandan sonra uşaqları oyuna cəlb etdim. Guya mənə bir boxça veriblər. Bu boxçadan çıxan əşyalar əsasında uşaqlar cümlə qurmalı idi. “Bir qalanın sirri” filmində olduğu kimi. Uşaqlar dərsin mövzusunu bu yolla tapdılar. Yəni, mövzu boxçadan çıxdı. Artıq şagirdlərin diqqətini mövzuya cəmləmişdim. Bundan sonrakı prosesdə dərs tamamilə şagirdlərin ixtiyarında olmalı idi. Kompüterdə hazır slaydlarla işləyərək uşaqlar suallara cavab verir, cavablarını yoxlayır və özlərini qiymətləndirirdilər. Yeni təhsil metodikası da bunu tələb edir. Müəllim dərsdə bələdçi olmalı, şagird isə əsas rol oynamalı, hətta özünü qiymətləndirməlidir. Kompüterdə prosesi elə qurmuşdum ki, uşaqlar həm oynayır, həm də öyrənirdi”.
27 nəfərlik komissiyanın qarşısında keçən “Açıq dərs” uğurla nəticələnir. Almaz Həsrət 45 dəqiqə ərzində ən müasir dərsin bütün tələblərini ödəyir: “Dərsim hətta onu lentə alan operatoru da maraqlandırmışdı”.
Bütün dərslərinin müsabiqəyə təqdim etdiyi bu dərs nümunəsi kimi olmasına çalışsa da, A.Həsrət deyir ki, hər bir dərsi belə təşkil etmək üçün vaxt yoxdur. Ancaq bütün dərsləri maraqlı keçir: “Tutaq ki, kağızlarda çap olunmuş test nümunələri ilə işləmək xüsusən yuxarı sinif şagirdləri üçün darıxdırıcı olur. Onların dərsə marağını artırmaq üçün xüsusi qayda hazırlamışam. Bu, hamımızın bildiyi “Milyonçu olmaq istəyirsinizmi?” oyunudur. Kompüterdə sualları, onların cavablarını hazırlamışam. Uşaqlar sualı oxuyur, cavabı verir. Növbəti səhifədə həmin sualın düzgün cavabı göstərilib. Şagird doğru və ya yanlış cavab verdiyini bu yolla öyrənir. O, kompüterlə danışır, oynayır və öyrənir. Elə qiymətini də bu prosesin sonunda müəyyənləşdirir. Bu qaydanı adi dərslərimdə də tətbiq edə bilirəm”.
Tənbəl şagird yoxdur
Almaz Həsrət müəllim kimi, peşəkarlığına dəlalət edən daha bir amilə də toxundu: “”İntel” Gələcək üçün Təhsil və Rusiyanın “Trans Telekom” şirkətlərinin birgə təşəbbüsü ilə keçirilən “300 intellektual məktəb” beynəlxalq internet layihə müsabiqələrində 1-ci dərəcəli Fəxri fərman və diplomlara layiq görülmüşük. Bu Beynəlxalq tədris layihəsində məktəbimizdən “VİbioKİ” adlı komanda ilə iştirak etmişik. Bu komandanın üzvləri sinfin oxumayan, “tənbəllər” siyahısına salınan uşaqları idi. ümumiyyətlə, tənbəl hesab olunan uşaqlarla işləməyi daha çox sevirəm və nəticədə uğur qazana bilirəm”.
Repetitorlara ehtiyac qalmayacaq?
Almaz Həsrət çox fəal müəllimdir. Xətai rayonunun 245 saylı və 204 saylı orta məktəblərində, 287 saylı “Zəkalar” liseyində, “İntel” Gələcək üçün təhsil proqramı çərçivəsində müəllimlər üçün kursların təlimçisi, Azərbaycan İnternet Forumun üzvüdür. “Campus. ru” Beynəlxalq təhsil saytında da fəallığı ilə fərqlənib. Biologiya fənn kurrikulumunun hazırlanmasında iştirak edib. Müəllimlərin hazırlığında yaxından iştirak edən “İlin müəllimi” repetitor kimi də fəaliyyət göstərirmi?
öyrəndik ki, xüsusi hazırlığı ilə məşğul olduğu şagirdlər yalnız öz övladlarıdır. Repetitor fəaliyyətini isə qəbul etmir: “Fikrimcə, müəllim 45 dəqiqədə nə lazımdırsa, deməlidir”.
A.Həsrət hesab edir ki, dövlətin bütün addımları, stimullaşdırıcı tədbirləri məhz 45 dəqiqəlik dərsin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Odur ki, müəllimlər də gücünü məhz bu istiqamətə yönəltməlidir: “Məktəblərin və müəllimlərin fərqləndirilməsi onlarınn işinin keyfiyyətinin artması üçündür. Mən də aldığım mükafatı dərsimin keyfiyyətinin yüksəldilməsinə xərcləyəcəm”.
Repetitorlara böyük tələbatla bağlı isə maraqlı izahı var: “Proqramla dərslik eyni olmalıdır. Ancaq nəinki proqramla dərslik, hətta qəbul imtahanlarında istifadə olunan suallar da bir-birinə uyğun gəlmir. Proqram, dərslik və qəbul imtahanlarında istifadə olunan suallar uyğun gələndə, repetitorlara ehtiyac qalmayacaq”.
Bəs, bu uyğunsuzluğu peşəkar müəllim necə yoluna qoyur? A.Həsrət artıq üstünlük verdiyi dərsliyi müəyyənləşdirib: “İndiki dərsliyin müəllifinin adını xatırlamıram. Mən Məcnun Babayevin müəllifi olduğu dərsliklə işləyirəm”.
“İlin müəllimi” “İlin məktəbi”ndə
Şəhid Ələkbər Əliyev adına 204 saylı məktəb fəal müəllimlərinin işi sayəsində ötən tədris ilinin yekunlarına əsasən, 50 “İlin ən yaxşı ümumtəhsil məktəbi”ndən biri olub. Almaz Həsrətin də iştirakçısı olduğu bir sıra böyük layihələri və şagirdlərinin uğurları sayəsində məktəbin adı daha da yüksəlib: “Məktəbimiz “çağ” öyrətim İşlətmələrinin təşkil etdiyi “Ətraf mühitin mühafizəsi” Beynəlxalq layihə olimpiadasının iştirakçısı, “Yaşıl Paket” layihəsi çərçivəsində Azərbaycanda keçirilən “Yaşıl həftə” məktəblərarası müsabiqənin üçüncüsü olub. “Bayram istəyirik” adlı beynəlxalq şəbəkə layihəsinin 2008 və 2009-cu illərdə keçirilən hər iki mərhələsində ən yüksək nəticələr göstərib”.
Qeyd edək ki, bu layihənin yekunlarına əsasən, Almaz Həsrət ayrıca fərqləndirilib. Ona “XXI əsrin müəllimi” adı verilib.
RUHİYYƏ DAŞSALAHLI

Paylaş:
Baxılıb: 1266 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30