Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP-ın uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır

YAP-ın uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır

03.11.2009 [09:03]

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, dekabr ayında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. İstərdik, ilk olaraq, Azərbaycanın həyatında bələdiyyə orqanlarının yeri və rolu haqqında fikirlərinizi bildirəsiniz.
- Bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir və bu səbəbdən də sosial məsələlərin həllində onların görəcəyi işlər daha çoxdur. Bilirsiniz ki, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyada bələdiyyələrin funksiyalarına dair müddəalar öz əksini tapıb. Bir institut kimi Azərbaycanda 10 il öncə yaradılan yerli özünüidarəetmə orqanları öz işini məhz əsas qanunumuzun tələblərinə uyğun qurub. ötən 10 il ərzində bələdiyyə orqanlarının fəaliyyətinin tənzimlənməsi üçün çox mükəmməl və ciddi bir hüquqi baza formalaşıb. Bu da yerli özünüidarəetmə orqanlarının daha effektiv və keyfiyyətli fəaliyyətinə zəmin yaradıb. Milli Məclis tərəfindən bələdiyyələrin birləşdirilməsi haqqında qanunun qəbul edilməsini də təsirli bir addım kimi qiymətləndirə bilərik. Bundan başqa, ötən 10 ildə əldə olunmuş təcrübə də imkan verir ki, daha yüksək səviyyədə fəaliyyət göstərmək mümkün olsun. Mən inanıram ki, budəfəki bələdiyyə seçkilərindən sonra bu institut daha fəal və səmərəli olacaq.
- Bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası xüsusi fəallığı ilə seçilir. YAP Siyasi Şurasının üzvü kimi partiyanın bu seçkilərə hazırlığı barədə nə deyə bilərsiniz?
- Bu, müqayisəolunmaz həqiqətdir ki, YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, inanır. Onu da vurğulamalıyıq ki, partiyamız da gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub və bundan sonra partiyamızla xalqımız arasındakı bu birlik daha da möhkəmlənəcək. Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın standartlarını, təcrübələrini mənimsəyir. O cümlədən, partiyamız seçkilərdən-seçkilərə mükəmməl seçki texnologiyaları tətbiq edir. Partiyamız bələdiyyə orqanlarının işinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq, müxtəlif təklif və ideyalar irəli sürür. Bunlar hamısı bələdiyyələrin işində müsbət irəliləyişlərin yaradılmasına xidmət edir. Budəfəki seçkilərdə də YAP öz zəngin təcrübəsinə və seçki mədəniyyətinə, beynəlxalq praktikaya əsaslanaraq bəzi yeniliklər tətbiq etmək niyyətindədir. Bunlar Azərbaycanın ictimai-sosial mənzərəsinin tələblərinə tam uyğun gəlir. Yeri gəlmişkən, bir məsələni vurğulamaq istəyirəm ki, əhalinin təxminən yarıya qədərini qadınlar təşkil etdiyi halda, onların bələdiyyələrdə təmsilçiyi 3-5 faizi aşmır. Bunu gənclərimiz haqqında da deyə bilərik. Azərbaycanda qadınların da, gənclərin də ictimai-siyasi proseslərdə fəallığı yüksək göstəricilərlə ifadə olunur. Ona görə də, YAP bələdiyyə seçkilərində gənclərin və qadınların iştirakının artırılması, onların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin yüksəlməsi ilə bağlı təkliflərini verib. Partiyamız bələdiyyələrə namizədlərin müəyyənləşdirilməsində də bu məqamı nəzərə alıb.
Bilirsiniz ki, hələ bu ilin may ayında YAP-ın İdarə Heyəti bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramını təsdiq edib. Partiyanın İcra Katibliyi bu proqrama əsasən öz işini qurub. Mütəmadi olaraq, seçkiyə hazırlıqla əlaqədar partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirələri, toplantıları keçirilir, görüləcək işlər müzakirə olunur. Bundan başqa, digər mərhələlərdə də partiyamızın cəmiyyətə müxtəlif yeniliklər, ideyalar təqdim edəcəyi təbiidir.
- Aydın müəllim, sədrlik etdiyiniz YAP Qaradağ rayon təşkilatının seçkilərə hazırlığı ilə bağlı nə deyə bilərsiniz? Hazırda bu istiqamətdə hansı işlər görülür?
- Təşkilatımız partiyanın İdarə Heyətinin təsdiq etdiyi fəaliyyət proqramına uyğun olaraq öz işini qurub. YAP Qaradağ rayon təşkilatı artıq bələdiyyələrə namizədlərini müəyyənləşdirib və bununla əlaqədar sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim edib. Namizədlərimiz komissiyalardan imza vərəqələri götürüblər və imzatoplama kampaniyasını uğurla başa çatdırıblar. Rayon təşkilatı olaraq, qəsəbə bələdiyyələrinin hamısına namizədlər təqdim etmişik. Belə ki, biz Sahil qəsəbəsində 15, Lökbatanda 15, Qobustanda 13, Müşfiqdə 11, Ələtdə 13, Qızıldaşda 9, Sənqəçalda 9, çeyildağda 7, ümiddə 7, Korgözdə 9 və Putada qarşıdan gələn bələdiyyə seçkilərinə 7 nəfərin, ümumilikdə isə 115 nəfərin namizədliyini irəli sürmüşük. Qeyd edim ki, rayonumuzun 52000 nəfərdən çox seçicisi 11 saylı və 12 saylı seçki dairələrinin ərazisində yerləşən məntəqələrdə səs verəcəklər. Təşkilat əvvəlcədən müəyyənləşdirilmiş proqram əsasında işlərini davam etdirir. İnanıram ki, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də YAP Qaradağ rayon təşkilatının üzvləri və ümumiyyətlə, bütün qaradağlılar yüksək fəallıq nümayiş etdirəcək, dövlətçiliyimizin, inkişafın keşiyində dayandıqlarını bir daha sübuta yetirəcəklər.
- YAP-ın seçkilərə mütəşəkkil şəkildə hazırlaşdığı göz önündədir. Amma seçki kampaniyasına rəsmi startın verilməsinə baxmayaraq, digər partiyaların fəallığı hiss olunmur. Bu faktı nə ilə izah edərdiniz?
- Azərbaycanın seçki qanunvericiliyi kifayət qədər mükəmməldir və beynəlxalq standartlara tam cavab verir. Bu faktı nüfuzlu beynəlxalq təşkilatların və demokratik institutların nümayəndələri də xüsusi olaraq vurğulayırlar. Eyni zamanda, Azərbaycan hakimiyyətinin demokratik, azad və ədalətli seçkilər keçirmək iradəsi də ortadadır. Bunlarla yanaşı, vətəndaşlarımız bütün seçkilərdə öz iradələrini sərbəst şəkildə ifadə edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdan gələn bələdiyyə seçkilərinin demokratik, azad, ədalətli və mütəşəkkil təşkil olunması üçün ilkin şərtlər tam təmin olunub. Əmin ola bilərik ki, bundan sonra da bütün proseslər qanuna müvafiq şəkildə davam edəcək.
Bələdiyyə seçkilərini digərlərindən fərqləndirən başlıca cəhətlərdən biri onun daha konkret ərazilərdə keçirilməsi və daha böyük zəhmət tələb etməsidir. Bu seçkilər özünün spesifikliyi ilə fərqlənir. Belə ki, yerli seçkilərdə iştirak edib qələbə qazanmaq üçün həmin ərazidə kifayət qədər tanınmalısan. Bu prosesə qatılan siyasi təşkilatın da böyük potensialı və çox güclü sosial dayaqları olmalıdır. Yuxarıda YAP-ın seçkiyə hazırlığı ilə bağlı fikirlərimizi bildirdik. Partiyamız hər zaman ötən seçkilərin nəticələrini təhlil edir, uğurları qeyd etməklə yanaşı, haradasa çatışmazlıqların olub-olmamasını öyrənir və beləliklə də, keçmiş təcrübədən istifadə etməklə növbəti seçkilərə hazırlaşır. Hazırda 500 minə yaxın üzvü olan partiyamız üçün bu prosesdə iştirak etmək çətin olmayacaq. Amma bunları müxalifət haqqında söyləyə bilərikmi? Təbii ki, xeyr. Müxalifətin sosial bazası onların bu marafonda uğur qazanmasını mümkünsüz edir. Başqa bir məsələ də müxalif qüvvələrin ictimai nüfuzu ilə bağlıdır. Bu gün Azərbaycan müxalifəti faktiki olaraq cəmiyyətdəki dayaqlarını, nüfuzunu itirib. Ətrafındakı insanlar tamamilə onları tərk edib, müxalifət partiyaları bir - iki nəfərin qazanc yerindən başqa heç nəyi ifadə etmir. Onlar özləri də bunu yaxşı dərk edirlər və bilirlər ki, belə bir şəraitdə seçkilərdə iştirak etməklə məğlubiyyətə məhkumdurlar. Ona görə də, müxtəlif bəhanələr, iddialar irəli sürürlər.

Paylaş:
Baxılıb: 1213 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30