Ermənistanın yeni hakimiyyəti həqiqətən sülh istəyirsə, işğalçılıq siyasətinə son qoymalıdır
08.08.2018 [09:13]
Milli Məclisin deputatı Elman Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Elman müəllim, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirir. Bu kontekstdə Azərbaycan diplomatiyasının fəaliyyətini və əldə olunmuş nailiyyətləri necə dəyərləndirirsiniz?
- Azərbaycan dövlətinin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Azərbaycan bu istiqamətdə prinsipial mövqeyini, işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün fəaliyyətini davam etdirir.
Bizim üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib. Həmçinin Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib.
- Mövcud reallıqlar fonunda münaqişənin həlli məsələsinə beynəlxalq təşkilatlar və qurumların münasibəti ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanın tutduğu prinsipial mövqeyin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. İyulda Brüsseldə keçirilən NATO-nun Zirvə Sammitinin yekun sənədində, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində ölkəmizin ərazi bütövlüyünün tanınması buna sübutdur.
Bütövlükdə, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
- Azərbaycanın səmərəli xarici siyasəti və uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib, bütün layihələrdən təcrid olunub. Bunu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində mühüm amil kimi qiymətləndirmək olarmı?
- Hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Yəni Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.
Bütövlükdə, Azərbaycanın uğurlu diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın dərinləşməsini şərtləndirib. Ümumilikdə, Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkənin gələcəyini sual altına alıb. Bu gün heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistanda mövcud iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər bədbin proqnozlar ifadə edirlər. Ermənilər indi keçmiş hərbi xuntanın - Sarkisyan hakimiyyətinin kriminal xarakterli fəaliyyətinin ölkəni uçuruma apardığını etiraf edirlər.
Erməni xalqı 20 il ərzində onlara hərbi xunta rejiminin rəhbərlik etdiyini anlayıb və görür ki, bu müddət ərzində hərbi xunta rejiminin fəaliyyəti və yarıtmaz siyasəti nəticəsində Ermənistanda böhran və tənəzzül meyilləri pik həddə çatıb, işğalçı siyasətin davam etdirilməsi bu ölkənin sonunun başlanğıcına zəmin yaradıb. Ermənistanda dərin sosial-iqtisadi tənəzzül meyilləri sosial gərginliyin artmasını şərtləndirib və Sarkisyan hakimiyyəti dövründə hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmaya rəvac verib. Nəticədə cinayətkar Serj Sarkisyan hakimiyyətdən qovuldu.
- Azərbaycanın həm diplomatik, həm də hərbi-siyasi cəbhədə nailiyyətləri mühüm bir reallığı nümayiş etdirir: Paşinyan əvvəlki hökumətin səhvlərini təkrar etməməli və Ermənistan işğalçı siyasətdən əl çəkməlidir...
- Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, hətta digər bir sıra ölkələrə qarşı da ərazi iddiaları ilə çıxış edən Ermənistan olduqca mürəkkəb durumdadır. Onun tək çıxış yolu işğal edilmiş Azərbaycan torpaqlarının boşaldılması, təcavüzkar iddialardan vaz keçilməsidir. Bu gün bütün regional layihələrdən təcrid olunan - bölgədə blokada vəziyyətində olan Ermənistanın bir sıra dairələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərirlər. Mövcud reallıqlar, o cümlədən 2016-cı ilin aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi.
İşğalçı Ermənistanın yeni hakimiyyəti Sarkisyanın taleyindən dərs çıxarmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri, onun işğal olunmuş ərazilərimizə səfəri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Həmçinin o, aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir. O həm də bəyanatlarında sülh tərəfdarı olduğu görüntüsü yaratmağa çalışır. Əgər Ermənistanın yeni hakimiyyəti, Paşinyan həqiqətən sülh istəyirsə, işğalçılıq siyasətinə son qoymalıdır, Azərbaycanın qəsb olunmuş torpaqları geri qaytarılmalıdır.
Əslində, Paşinyan bu sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyir. Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Ona görə də Paşinyan vaxt udmaq istəyir. Amma başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə heç bir perspektivə nail ola bilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

